QURBAN
Ən böyük sevinci bir ahdan gələr,
Yurdunun kamıdır
Qurban Bayramov.
Nə fikir söyləsə, Allahdan gələr,
Tanrı ilhamıdır Qurban Bayramov.
Ömür yaşa dolan, qəm, ya şad
olan…
Məntiq
bulağına ismi ad olan,
Ruhu saf sulartək kükrəyib-dolan
Ağlın mis camıdır Qurban Bayramov.
Söz-zəmi, o, əkin-biçin adamı,
Ürəkdən-ürəyə köçün adamı.
Qarabağ yuxuymuş… O, çin
adamı –
Haqqın ehramıdır Qurban Bayramov.
İşıqdır sabahı, nurdu keçmişi,
Yaxşını pislərdən seçməkdir
işi…
Qədim
el-obanın təəssübkeşi,
Xalqının namıdır Qurban Bayramov.
Dildə
“can” kəlməsi gen yaddaşıdır,
Qüruru – bəy şəsti, xan yaddaşıdır.
“Qana-qan!” hikkəsi qan yaddaşıdır,
Bütövlük tamıdır Qurban Bayramov.
Düzünü sənətə karvan
deyibdir,
Sözünü karvana sarvan deyibdir.
Özünü sözünə qurban
deyibdir;
Qurban bayramıdır
Qurban Bayramov
525- ci qəzet.- 2021.-
1 iyun .- S.9.