Ukraynanın Dnepr şəhərində Azərbaycan
Mərkəzi açılıb
Ukraynanın
Dnepr şəhərində yerləşən Gömrük və
İqtisad Universitetinin binasında Azərbaycan Mərkəzi
açılıb. Açılış
mərasimində ölkəmizin
Ukraynadakı səfirliyinin
əməkdaşları, Dneprdə
yaşayan Azərbaycan
icmasının üzvləri,
universitetin rəhbər
heyəti və şəhərin ictimai-siyasi
xadimləri iştirak
ediblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,
Dnepropetrovsk Azərbaycanlıları
Liqasının rəhbəri
Sərxoş İsmayılovun
maliyyə dəstəyi
və ölkəmizin
Ukraynadakı səfirliyinin
dəstəyi ilə yaradılan Mərkəzin
açılışından əvvəl Azərbaycan nümayəndə heyəti
ilə universitetin
rektoru, hüquq elmləri namizədi Dmitriy Boçarov arasında görüş
keçirilib.
Mərkəzin yaradılmasına göstərdiyi dəstəyə
görə universitetin
rəhbərliyinə təşəkkürünü
bildirən səfirliyin
müşaviri Vüsal
Süleymanov deyib ki, hər iki
ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətində
işlər davam etdiriləcək.
D.Borçalov öz növbəsində
rəhbərlik etdiyi universitetin Azərbaycanın
ali təhsil ocaqları ilə birgə layihələrin həyata keçirilməsində
maraqlı olduğunu vurğulayıb.
Görüşdə səfirlik tərəfindən
universitetin rektoruna Azərbaycan xalçalarının
Qarabağ qrupuna aid olan kitab
hədiyyə olunub.
Sonra qonaqlar universitetin muzeyi ilə tanış olublar.
Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu
kimi, təhsil sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayan V.Süleymanov
bildirib ki, Azərbaycan Mərkəzinin
açılması ölkələrimizin
strateji münasibətlərinin
göstəricisidir. Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin
inkişafına böyük
dövlət qayğısının
göstərildiyini deyən
diplomat bu Mərkəzin
təhsilin inkişafına,
Azərbaycanın tanıdılmasına
öz töhfəsini
verəcəyini bildirib.
Daha sonra çıxış
edən tarixçi-alim
Eldar Tağıyev,
professor Süleyman Hüseynov,
Dnepropetrovsk Azərbaycanlıları Liqasının nəzdində
fəaliyyət göstərən
Azərbaycan dili həftəsonu məktəbinin
müəllimi Könül
Ağamalıyeva bildiriblər
ki, bu cür
mərkəzlərin açılması
Azərbaycan icmasının
fəaliyyətini gücləndirir
və stimullaşdırır.
Qeyd olunub ki, Mərkəz,
həmçinin Azərbaycan
haqqında reallıqların,
onun tarixinin və mədəniyyətinin
təbliği üçün
əlverişli platforma
olacaq.
Sonda Dneprdə
yaşayan istedadlı
azərbaycanlıların iştirakı
ilə bədii hissə olub. Soydaşımız Emin Əliyevin
skripkada “Sarı gəlin” mahnısını
səsləndirməsi, Orxan
Hacıyevin Müslüm
Maqomayevin “Azərbaycan”
mahnısını ifası
etməsi, məktəblilərdən
ibarət “Leyla” rəqs qrupunun çıxışı, dahi
mütəfəkkir Nəsiminin
qəzəllərindən parçaların
söylənməsi
iştirakçıların rəğbətinə səbəb
olub.
525- ci qəzet.- 2021.- 2 iyun.- S.13.