Milli Kitabxanadan Uşaqlar Gününə
aid sərgi
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən Uşaqların
Beynəlxalq Müdafiəsi
Günü münasibətilə
virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki,
virtual sərgidə fotolar,
mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.
Qeyd edək
ki, 1 iyun Uşaqların Beynəlxalq
Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının
təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq
konfransında bu tarixi uşaqların müdafiəsinə həsr
etmək qərara alınıb. Bundan sonra həmin
gün uşaqların
beynəlxalq müdafiəsi
günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində
olduğu kimi, bu gün Azərbaycanda
da hər il
qeyd edilir. Ölkəmizdə müasir uşaqların
problemlərinin həlli,
onların hüquqlarının
qorunması kimi məsələlərin zəruriliyini
nəzərə alaraq
əlverişli mənəvi
və sosial mühitin yaranması istiqamətində ardıcıl
tədbirlər həyata
keçirilir.
Uşaqların qayğısına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə
tələb olunan şəraitin yaradılmasına
önəm verilir.
525-ci qəzet.- 2021.- 2 iyun.-S.13.