Bakıda erməni cinayətkarların məhkəməsi
başladı
ONLAR ƏSİRLİKDƏ OLAN
AZƏRBAYCANLILARA İŞGƏNCƏLƏR VERMƏKDƏ
VƏ QƏTLLƏR TÖRƏTMƏKDƏ
TƏQSİRLİ BİLİNİRLƏR
Bu gün Bakı
şəhəri Yasamal
rayon Məhkəməsininin inzibati binasında Qarabağda həbs olunmuş erməni yaraqlıları - Mkrtiçyan
Lüdvik Mkrtçoviç
və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi ilə bağlı məhkəmənin hazırlıq
iclası keçirilib.
525.az xəbər verir ki, iclasda
məhkəmə baxışının
təyin olunmasının
mümkünlüyünü təsdiq etmək üçün bir sıra məlumatlar dəqiqləşdirilib. Eyni zamanda,
zərərçəkmiş tərəflərin, o cümlədən,
təqsirləndirilən şəxslərin
hüquq və vəzifələrinə dair
etirazların olub-olmaması
müəyyənləşdirilib, dövlət ittihamçısının,
müdafiəçilərin rəyi nəzərə alınıb. Qeyd edək ki, proses Bakı Hərbi Məhkəməsinin
hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və
Camal Ramazanovdan ibarət tərkibdə həyata keçirilib.
Əvvəlcə, məsuliyyətə cəlb
olunan Mkrtiçyanın
və Xosrovyanın anket məlumatları dəqiqləşdirilib. Ermənistan
Respublikasının vətəndaşı,
1969-cu il təvəllüdlü Mkrtiçyan
Lüdvik Mkrtçoviç
ermənilərdən ibarət
yaradılmış silahlı
qrupların fəaliyyətində
iştirak edib.
1991-ci ilin iyulunda Xocalı
şəhəri yaxınlığındakı
“Ballıca” adlandırılan
meşədə girov
götürülərək azadlığı qanunsuz olaraq məhdudlaşdırılmış
Azərbaycan vətəndaşına,
habelə 1999-cu il sentyabrın 13-də Goranboy
rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək
Ermənistan Respublikasının
İrəvan şəhərinə
gətirilmiş və
həmin şəhərdə
yerləşən hərbi
hissələrin birində
qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının
əməkdaşları tərəfindən
sorğu-sual edilən
zaman tərcüməçi
kimi iştirak edərkən işgəncə
verib. Lüdvik Mkrtiçyan tərəfindən
daha 11 nəfər əsir götürülmüş
Azərbaycan vətəndaşının
müxtəlif vaxtlarda
Xocavənd və Ağdərə rayonları
ərazisində, Şuşa
həbsxanasında və
Ermənistanın İrəvan
şəhərində qanunsuz
saxlanıldığı yerlərdə
döyülərək müxtəlif
işgəncələrə məruz qaldığı
və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq
öldürüldüyü müəyyənləşdirilib. O, 2020-ci il oktyabrın
20-də Füzuli rayonunun
Məlikcanlı kəndi
ərazisində Azərbaycan
Silahlı Qüvvələrinin
hərbi qulluqçuları
tərəfindən saxlanılaraq
ələ keçirilib.
Ermənistan Respublikasının vətəndaşı,
1967-ci il təvəllüdlü Xosrovyan
Alyoşa Aramaisoviçin
isə 5 azərbaycanlıya
əsirlikdə olduqları
müddətdə işgəncə
verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyənləşdirilib.
Alyoşa Xosrovyan
1994-cü ilin aprelində
Müdafiə Nazirliyinin
N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki
yaşayış evlərinin
birində qanunsuz olaraq saxlanılan zaman, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə
naziri” Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə
məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər
yetirib. O, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin
1993-1994-cü illərdə əsir düşərək
Şuşa şəhər həbsxanasında
qanunsuz saxlanılan əsgərlərinə qarşı
da xüsusi qəddarlıq
nümayiş etdirib, onlara mütəmadi qaydada döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə
verib. Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində
kəşfiyyat xarakterli
hərəkətlər apararkən
2020-ci il oktyabrın 3-də Azərbaycan
silahlı bölmələrinin
hərbi qulluqçuları
tərəfindən ələ
keçirilib.
Lüdvik
Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin
113 (işgəncə), 115.2 (müharibə qanunlarını
və adətlərini
pozma), 279.1 (qanunvericiliklə
nəzərdə tutulmayan
silahlı birləşmələri
və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının
dövlət sərhədini
qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı
şübhələr müəyyən
edildiyindən onlara həmin maddələr üzrə ittiham elan olunmaqla barələrində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu il may ayının
20-də iş üzrə
ittiham aktı təsdiq edilərək baxılması üçün
Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məhkəməyə hazırlıq iclasının əsas istiqaməti bir daha həm zərərçəkmiş,
həm də ittiham olunan tərəfləri öz hüquq və vəzifələri ilə
tanış etməklə bağlı
idi. Yuxarıda sadalanan əməllərin
təfsilatı ilə
aydınlaşdırılması iyunun 9-u keçiriləcək
məhkəmə prosesinin
öhdəliyindədir.
İclasın sədri Elbəy Allahverdiyev təqsirləndirilən
şəxslərin nəzərinə
çatdırdı ki,
onların hüquqları
qorunur və müdafiə edilir. Həm Mkrtiçyanın, həm
də Xosrovyanın etiraz etmək, ifadə vermək kimi hüquqları tanındı. Onlar öz ana dillərində danışırdılar
və tərcüməçi
vasitəsilə bütün
deyilənlərdən xəbərdar
olurdular. Əsas
məsələ odur ki, sədr çox
böyük təmkinlə
bütün məqamlarla
hər ikisini tanış edirdi. Geyimlərindən və ümumi vəziyyətlərindən hiss olunurdu ki, çox
normal şəraitdə saxlanılırlar.
Hakim heyəti müşavirədə
olan zaman Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva
təqsirləndirilən şəxslərlə
görüşdü, onların
vəziyyəti ilə
maraqlandı, heç
biri narazılıq ifadə etmədi. Səbinə
Əliyeva fikirlərini
bizlə bölüşdü:
“Bütün proses beynəlxalq
hüquq normaları çərçivəsində olmalıdır və Azərbaycan daim bu normalara əməl
edib. Çox təəssüf ki, Ermənistan tərəfi bizdən fərqli olaraq əsirlərlə çox
pis rəftar edib. Onların ombudsmanı əsirlərin
vəziyyəti ilə
qəti maraqlanmayıb.
Mən mütəmadi olaraq erməni əsirlərinin
vəziyyəti ilə
maraqlanıram, bu, mənim diqqət mərkəzimdədir. Gördüyünüz kimi, onlar üçün
tərcüməçi ayırılıb,
öz ana dillərində danışmağa
şərait yaradılıb.
Azərbaycan humanist ölkədir və daim bunu
sərgiləyib”.
Səbinə Əliyeva eyni zamanda qeyd etdi
ki, bütün proseslər hesabat şəklində hazırlanaraq
lazımi beynəlxaq təşkilatlara təqdim
olunacaq.
İclasda dövlət ittihamçısı
qismində Azərbaycan
Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə
köməkçisi Mehdi Abbasov,
təqsirləndirilən şəxslərin
müdafiəçisi qismində
isə vəkillər
- Tofiq Aslanov və Arzu Cavadov
iştirak edirdilər.
Mehdi Abbasov iclas prosesində
qeyd etdi ki, 30 il
keçməsinə baxmayaraq,
Mkrtiçyanın və
Xosrovyanın törətdiyi
cinayət əməlləri
cinayət işlərinin
vaxt məhdudiyyətinə
aid deyil. Bununla bağlı beynəlxalq
normalarla müəyyən
edilib ki, sülh və insanlığa qarşı,
müharibə cinayətləri
törədilərsə, ötən
müddət nəzərə
alınmır. Mehdi Abbasov xüsusi vurğuladı ki, təqsirləndirilən şəxslər
insanlara işgəncə
verdikləri üçün,
müharibə qayda-qanunlarını
pozduqlarına görə,
habelə törətdikləri
qanunsuz əməllərlə
beynəlxalq hüquq normalarını pozmaqla yanaşı, Azərbaycan
qanunvericiliyinə əsasən
məsuliyyətə cəlb
olunmalıdırlar. M.Abbasovun
son sözləri isə
xüsusi əhəmiyyət
kəsb edirdi: “Bu qanun pozuntularının harada və kim tərəfindən
törədilməsi əhəmiyyət
daşımır. Bunu Azərbaycan
vətəndaşı etsə
də, cinayətdir, başqa ölkənin vətəndaşı etsə
də”.
Mehdi Abbasovun sözləri
bir daha təsdiq edir ki, Azərbaycan tərəfi hüquq çərçivəsində prosesi davam etdirir
və humanist mövqe
sərgiləyir.
İclasın sədri Elbəy Allahverdiyev müşavirədən
əvvəl müttəhim
kürsüsündə oturanlardan
hansısa vəsadətlərinin
olub-olmadğını soruşdu. Mkrtiçyan
heç nə deməsə də, Xosrovyan pıçıltı
ilə danışmağa
başladı, günahkar
olmadığını iddia
elədi: “Mən Qarabağda cəmi iki dəfə olmuşam. Heç vaxt da türmədə
olmamışam. Xahiş edirəm,
məsələyə düzgün
baxılsın”.
Tərcüməçi:
- Günahkar olmadığını
söyləyir.
Hakim Elbəy Allahverdiyev:
- Məsələyə obyektiv
yanaşmaq məhkəmənin
vəzifəsidir.
Sonda cinayət
işinin məhkəmə
baxışına təyin
olunmasının mümkünlüyü
təsdiqləndi.
İclasdan sonra zərərçəkmiş
şəxslərin əksəriyyəti
ilə həmsöhbət
olduq. Uzun illər keçməsinə
baxmayaraq, hələ də o illərin ağrı-acısı, onlara
edilən zülm yadlarından çıxmayıb,
onlara mənəvi narahatlıq verir.
Tanrının ədalət tərəzisi
pozula bilməz, hər şeyin geci-tezi var. Bu gün Azərbaycan Respublikası
öz vətəndaşlarının
vaxtilə tapdalanmış
hüquqlarının hüquqi
müstəvidə araşdırılması
və ədalətli qərarla nəticələnməsi
əzmindədir. Təkcə Mkrtiçyan və
Xosrovyan deyil, əli azərbaycanlıların
qanına bulaşmış
bütün erməni
qəsbkarları məsuliyyət
daşıyır. Tarixə nəzər
salıb Tokio, Nürnberq tribunallarını
xatırlamaq yerinə
düşər. Tarixdə belə
təcrübələr olub.
Əsas odur ki, Azərbaycan
siyasi addımlarında
daima öz humanizmini nümayiş etdirir.
Nadir RZALI
525-ci qəzet.- 2021.-
3 iyun.- S.5.