Udmurtiyada “Azərbaycan
bağı”nın açılışı
olub .
Rusiya Federasiyası
Udmurtiya Muxtar Respublikasının İjevsk
şəhərindəki Kosmonavtlar
Parkında Azərbaycan
Xalq Cümhuriyyətinin
103-cü ildönümünə və “Azərbaycan bağı”nın açılışına
həsr olunmuş təntənəli tədbir
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
“Azərbaycan-Udmurtiya Dostluq
İctimai Mərkəzi”nin
Azərbaycanın mədəni
dəyərlərinin simbiozu
olan nadir “Azərbaycan bağı” layihəsi çərçivəsində
baş tutub.
Açılışda tədbirin əsas
təşkilatçısı olan “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri Zülfüqar Mirzəyev,
Administrasiya rəhbərinin
müavini - İjevsk şəhər Administrasiyasının
Aparat rəhbəri Denis Loqinov, Udmurtiya Respublikası Milli Siyasət nazirinin müavini Aleksandr Filatov, İjevsk Şəhər Duması sədrinin müavini Nikolay Şevtsov,
İjevsk Sənaye Məhəlləsi İdarəsinin
rəhbəri Lyubov Zaytseva, İjevsk Şəhər Dumasının
sosial siyasət üzrə daimi komissiyasının sədri
Bəhruz Hümbətov,
“Udmurt Keneş” Ümumudmurt Birliyi Assosiasiyasının vitse-prezidenti,
Udmurtiya Xalqları Assambleyasının sədri
Vladimir Baymetov, həmçinin yəhudi,
rus, Belarus, tacik, tatar və
mari diasporlarının
liderləri iştirak
ediblər.
İjevsk Şəhər
Duması sədrinin müavini Nikolay Şevtsov çıxış
edərək bildirib ki, Kosmonavtlar Parkında açılan və Udmurtiya üçün bənzərsiz
olan “Dostluq bağı” onun direktoru Vitali Tyulpinin sayəsində yaradılıb və üç il əvvəl prezident qrantları müsabiqəsinin
qalibi olub. “Udmurtiyanın 15 milli-mədəni
dərnəyi burada öz həqiqətlərini,
ənənələrini və
milli qürur mənbələrini əks
etdirən guşələrini
yaradıb və inkişaf etdirib. Hər bir kompozisiya udmurt torpağında sülh və harmoniya içərisində
yaşayan 70-dən çox
millətin nümayəndələri
üçün doğma
yerlərinin və ənənələrinin bir
parçasıdır. Əminəm
ki, zaman keçdikcə onların
sayı daha da artacaq. Udmurtiya həmişə tolerantlığı və
millətlərarası və
dinlərarası dostluğu
ilə seçilib. Respublikada yaşayan bütün millətlərdən
olan insanlar yerli əhalinin mədəniyyətinə və
ənənələrinə hörmət edirlər. Bu xeyirxah ənənələrin
davam etməsini arzulayıram!”, - deyə o
qeyd edib.
“Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri Zülfüqar Mirzəyev bildirib ki, bağın
açılışı azərbaycanlıların və
digər millətlərin
udmurt torpağında
nə qədər mehriban yaşadığını
bir daha nümayiş etdirir. O deyib: “Respublikada yaşayan azərbaycanlılar
yerli əhalinin mədəniyyətinə və
ənənələrinə hörmət edirlər, ancaq Vətənimizi də unutmuruq. Məsələn, Udmurtiyada
azərbaycanlı uşaqların
ana dilini öyrəndiyi bazar günü məktəbi var. Burada bağın hər
bir kompozisiyası udmurt diyarında Azərbaycan xalqının
ruhunun bir hissəsidir və gənc nəslin təlim-tərbiyəsinə, onun
tarixinə və mədəniyyətinə maraq
oyandıraraq töhfə
verəcək. Ötən
il bayram gününün şərəfinə
Kosmonavtlar Parkında açılan “Dostluq bağı”nın xalq guşəsində səkkizguşəli ulduz
şəklində “Buta”
abidəsi qurulub. “Buta” Azərbaycan milli ornamenti üçün səciyyəvi
olub sanskrit dilindən tərcümədə
od deməkdir. Həmçinin, burada Qobustanın qayaüstü
rəsmlərinin dekorativ
heykəltəraşlığı da öz əksini
tapıb. Parkda yerləşdirilən böyük
daş abidənin üzərində Azərbaycanın
xəritəsi əks
olunub. Xəritədə
Vətən müharibəsi
nəticəsində işğaldan
azad edilmiş ərazilərimiz vahid Azərbaycanın tərkib
hissəsi kimi göstərilib. Mədəniyyət
obyektində Azərbaycanın
ən məşhur mədəni, tarixi və görməli yerləri əks olunub. Bağın memarlıq və landşaft dizaynı layihəsinin həyata keçirilməsi şəhər
mühitini daha da gözəl və bənzərsiz edir. Azərbaycan Bağı Kosmonavtlar Dendrari parkının gözəçarpan bəzəyi
olaraq şəhər
əhalisinin bütün
təbəqələri üçün
maraqlı və faydalı istirahət yerinə çevrilib”.
Sonra tədbirin
digər iştirakçıları
təbrik nitqi ilə çıxış
ediblər.
525-ci qəzet.- 2021.-
3 iyun.- S.8.