Fidanın uşaqlar günündə fidanlara hədiyyəsi - Resenziya
Respublika
Ağsaqqallar Şurası
İdarə Heyətinin
üzvü, Əməkdar
elm xadimi, professor
Son dövrlər mətbuatda
Fidan Nizaməddin qızının hekayələrinə
tez-tez rast gəlirəm. Onların bəziləri nağıla
bənzəyir, bəzisi
sırf uşaqlar üçün yazılmış
hekayələrdir. Bəzisi sanki
böyüklər üçün
yazılmış fəlsəfi
hekayələrdir.
Diqqətimi çəkən, hər
şeydən əvvəl,
Fidanın tizfəhm müşahidə qabiliyyəti,
az sözlə
çox şey demək məharəti, hekayələrinin yığcamlığı
oldu. Bu gənc
yazıçı haqqında
böyük fikirdə
olmaqdan çox-çox
uzağam. Ancaq
Anton Çexovun, Mir Cəlalın
və Salam Qədirzadənin
hekayələrindəki yığcamlığı
Fidanın hekayələrində
gördüm və bu, məni çox
sevindirdi. Bu yığcam
hekayələrdə məna
dolu mətləblərdən
söz açılır.
Hekayələrin hamısı kiçikhəcmli,
ibrətamizdir. Uşaqlar üçün
yazılmış hekayələr
elə belə də olmalıdır.
Əminliklə deyə bilərəm
ki, kiçikhəcmli
hekayələrin müsabiqəsi
keçirilsəydi, Fidanın
"Yardım" və
"Uçurum" hekayələri
mükafata layiq görülənlər sırasında
olardı. Bu iki səhifəlik hekayələrdə nələr
yoxdur?!
Yazıçının insan iztirablarını ustalıqla,
real boyalarla təsvir etməsi, keşməkeşli
həyatı dərindən
duyması hekayədə
bariz şəkildə
özünü göstərir.
Fidanın çox yığcam
"Uçurum" hekayəsi
hegemon dövlətlərin Suriyada törətdikləri
qanlı cinayət və haqsızlıqlarından
bəhs edir. Hətta kiçik
yaşlı uşaqlar
da yerə-göyə sığmayan
bu haqsızlığı
görür. Ölüm
ayağında olan uşağın can verməmişdən
əvvəl dediyi sözlər insanı haldan çıxarır:
"Hər şeyi Allaha deyəcəm".
Tutumu, dərin
mənası ilə seçilən bu cümlə dünyaya ağalıq etmək iddiasında olan dövlətlərə qəflət
yuxusundan ayılmaq üçün tutarlı
mesajdır. Real həyatdan
bəhs edən bu kiçik hekayədən o da məlum
olur ki, yazıçı dünya
uşaq ədəbiyyatı
ilə tanışdır.
O, Heminqueyin "Uşaq
ayaqqabıları satılır.
Geyinilməyib" hekayəsini elə məqamda misal gətirir ki, heyran qalırsan.
Fidanın "Sonuncu teleqram" hekayəsi tapıntıdır. Psixoloji anlar
adamı düşündürür.
Böyük Vətən
müharibəsində qəhrəmanlıqlar
göstərən, sinəsini
orden və medallar bəzəyən babanın qız nəvəsi, ali
məktəbin IV kurs tələbəsi, hər
il Qələbə Günündə babasını
təbrikə gəlir.
Babasının paytaxtdan göndərilən
teleqrama necə fərəhləndiyinin şahidi
olurdu.
Bu il babasını
təbrikə gedə
bilmirdi. Lakin kəndə zəng
edib babasının şənlik keçirib-keçirmədiyi
ilə maraqlanır.
Cavab onu məyus edir. Məlum olur ki, nədənsə, bu dəfə paytaxtdan babasına təbrik teleqramı göndərilməyib.
Poçta gedərək özü
ona təcili təbrik teleqramı göndərir, onu sevindirir. İstər-istəməz
adam ürəyində
bu tapıntıya görə müəllifə
minnətdarlıq etmək
istəyir.
Uşağın duası” kitabı
işıq üzü
görüb » Kaspi.azAzərbaycanda
özəl xəbərlər, araşdırmalar,
təhlillər və
müsahibələrin tək
ünvanı
Yazıçının "Məsum dilənçi", "Küsmək
haqqım...", "Babamın
gözləri", "Sehrli
çörəklər", "Uşağın duası"
və başqa hekayələri də maraqla oxunur, tərbiyəvi əhəmiyyəti
ilə seçilir.
Müəllif "Ağdama gedən qatarlar"ında, bu vaqonlar bir gün
kaş ki yola düşərdi... demişdi, hekayənin sonunda. Bu gün bu kitabın ərsəyə
gəldiyi vaxtda Ağdama gedən qatarların
yolu açılıb.
"Uşağın duası" uşaqlara inam təlqin edir. Məlumdur ki, kəndli
nə qədər çalışsa da, su olmasa, zəhməti hədər gedir. Yeddi gün idi ki,
kənddə su yox idi. Hətta anbarlarda içməli su azalırdı. Baba həyəcan keçirirdi. Nihat bilmirdi,
babasına necə kömək etsin. Birdən anasının çətin anlarda ona necə dua
etməyi öyrətməsini
xatırladı:
"Baba,
gəlin birlikdə Allaha dua edək,
Allahdan kömək istəyək", - dedi. Babası onun xətrinə dəymədi. Birlikdə dua
etdilər. Gözlənilmədən şıdırğı yağış
yağdı və iki saat davam
etdi. Hər vaxt Nihadı
ələ salmağa çalışan Sabir xahiş etdi ki, ona da dua
öyrətsin.
Fidanın bütün hekayələrini
dəyərləndirməyə ehtiyac duymadıq. Dəniz suyunun
duzlu olduğunu bilmək üçün
bir damcı kifayət etdiyi kimi, qələm sahibinin də bir şeirindən, bir hekayəsindən onun istedadını görmək, gələcəyinə
böyük ümid bəsləmək yetərlidir.
Fidan yaradıcıdır. Filologiya üzrə
fəlsəfə doktoru,
dosent Fidan Nizaməddin qızına bu ağır yolda uğurlar diləyirik.
Bu hekayələr dünyanın
Fidan tərəfindən
baxanda görünən
həqiqətləridir. Ona görə
o həqiqətlər romantikdir
ki, Fidan həyata ən inandırıcı prizmadan
- uşaq qəlbindən
baxır. Bu,
onun hekayələrinə
səmimi bir ruh verir.
Düşünürəm
ki, mövcud vəziyyətlə əlaqədar
uşaqlar üçün
yazılmış ilk
bədii əsərin
"Uşağın duası"
adlandırılması xüsusi
önəm kəsb edir. Bütün dünyanı fəlakət
qarşısında qoyan
koronavirus bəlası
onun öhdəsindən
gələ bilməyən
böyüklərin deyil,
yəqin ki, bu hekayələri oxuyan uşaqların duası ilə Allah bəşəriyyəti
bu fəlakətdən
xilas edəcək.
Qəzənfər PAŞAYEV
525-ci qəzet.- 2021.- 3 iyun.- S.11.