Gənc azərbaycanlı musiqiçiyə Çexiyanın nüfuzlu mükafatı verilib

 

 

Çex Respublikasının Plzen Konservatoriyasında təhsil alan gənc və istedadlı soydaşımız Canel Nəcəfliyə “Orfeus” (Plzeský Orfeus) mükafatı təqdim edilib.

 

Bu barədəQİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mükafatların təqdimolunma mərasimi Bələdiyyə Sarayının mərasim salonunda təşkil edilib. Tədbirdə iştirak edən Pilzen şəhərinin rəsmiləri Plzen şəhərinin 700-cü ildönümüFondunun nümayəndələri 2020-ci il üzrə klassik musiqi sahəsində uğurlar əldə etmiş ifaçılaraPlzeský OrfeusPlzeský Orfeus-juniormükafatlarını təqdim ediblər.

Adətən bu nüfuzlu mükafata yerli tələbələr layiq görülürlər. İstedadlı skripka ifaçısı Canel Nəcəfli mükafatı alan ilk xarici tələbədir. Onun 2020-ci il nominasiyasında iştirak etməsi Plzen Konservatoriyasının rektoru Miroslav Breyxanın təşəbbüsü ilə baş tutub. Beynəlxalq mükafatlar laureatı olan Canel Nəcəfli hazırda Plzen Konservatoriyasında Roman Fedçukun sinfində Bakı Musiqi Akademiyasında (qiyabi) təhsil alır.

Qeyd edək ki, ənənəyə görə fevralda keçirilən təntənəli mükafatlandırma mərasimi pandemiya səbəbindən təxirə salınmışdı.

 

 

 Azad Azərbaycan.- 2021.- 3 iyun.- S.11.