Rusiya Mədəniyyət Fondu və Heydər
Əliyev Fondunun RF-dəki nümayəndəliyi
uşaqlar üçün
bayram tədbiri təşkil ediblər
Rusiya Mədəniyyət
Fondu və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Uşaqların
Beynəlxalq Müdafiəsi
Günündə uşaqlar
üçün bayram
tədbiri təşkil
ediblər.
AZƏRTAC
xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi
Günündə Moskvadakı
Rusiya Mədəniyyət
Fondunda (RMF) uşaqlar
üçün “Mı
yedem, yedem, yedem... Ura – kanikulı!” adlı bayram səyahəti təşkil edilib.
RMF
və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi
bu bayramı “Bu gün uşaqlar,
sabah xalq” layihəsi çərçivəsində
təşkil ediblər.
Tədbirin təşkilində
“Lestnitsa” kinostudiyası,
“Yunarmiya” Hərbi Vətənpərvərlik Tərbiyəsi
Mərkəzi, habelə
Moskva Musiqili Kadet Korpusunun “Deti kino” məktəb-studiyası
da iştirak edib.
Heydər Əliyev
Fondunun RF-dəki nümayəndəliyinin humanitar
proqramlarının rəhbəri,
fəlsəfə elmləri
doktoru Tamilla Əhmədova bildirib ki, artıq 71 ildir bütün dünyada yayın ilk günü Uşaqların Müdafiəsi
Günü kimi qeyd edilir.
T.Əhmədova deyib:
“Bu bayram bizə xatırladır ki, bizim balaca
sakinlərimizin yaşamaq,
təhsil almaq, müdafiə olunmaq hüququ var. Bir sözlə, onların xoşbəxt olmaq hüququ var! Bugünkü uşaqlar sabah ölkələrin, planetimizin,
bütün bəşəriyyətin
taleyini həll edəcəklər! Bugünkü
görüşümüz “Bu gün - uşaqlar,
sabah - xalq” şüarı altında
keçirilir. Bu gün dünya yaşlı nəslə mənsubdur. Nə yaxşı ki, bu bayram günündə
biz bütün problemlərimizi bir kənara qoyaraq ən başlıca vəzifəmizi yerinə yetirə - uşaqlarımızı
dinləyə bilirik. Axı biz Yer
kürəsini onlara miras qoymalıyıq. Uşaqlar planetimizin sabahıdır”.
Tamilla Əhmədova
vurğulayıb ki, uşaqların problemləri
heç vaxt Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmır. Bu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyətinin əsas istiqamətlərindən
biridir.
T.Əhmədova daha
sonra deyib: “Fondun vitse-prezidenti və onun Rusiyadakı
nümayəndəliyinin rəhbəri
Leylam xanım Əliyeva bütün ölkələrdə uşaqlara
kömək etməyə,
onların həyatını
daha parlaq, daha xoşbəxt etməyə yönəlmiş
layihələri həmişə
dəstəkləyir. Biz
səmimi-qəlbdən ümid
edirik ki, Rusiya Mədəniyyət Fondunun və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bu
ilk birgə təşəbbüsü sonuncu
olmayacaq. Rusiya və Azərbaycan həmişə mehriban qonşular, siyasət, iqtisadiyyat, elm və mədəniyyət
sahələrində tərəfdaşlar
olublar və yenə belədir. Sevindirici haldır ki, ölkələrimizin və xalqlarımızın
övladları dövlətin
və cəmiyyətin
etibarlı müdafiəsi,
bir-birinə qarşılıqlı
hörmət şəraitində
böyüyürlər. Ən
möhkəm və ən səmimi dostluq münasibətləri
məhz uşaqlıq
dövründə yaranır.
Ona görə də biz “Bu
gün - uşaqlar, sabah - xalq” deyiriksə,
tamamilə haqlı olaraq “Bu gün
- uşaqların dostluğu,
sabah - xalqlar arasında dostluq” deyə bilərik.
“Kinolestnitsa” yaradıcılıq
birliyinin prodüseri Nina Komarova belə
bir məqama diqqəti cəlb edib ki, Sergey
Mixalkov adına Rusiya Mədəniyyət Fondu və Azərbaycanın
Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi bu tədbiri birgə təşkil ediblər. O deyib: “Biz bu
tədbiri keçirməklə
gələcək səmərəli
əməkdaşlığın təməlini qoyuruq. Bu gün biz
necə istedadlı uşaqlar olduğunu gördük. Moskvadakı
Qara Qarayev adına Musiqi Məktəbinin şagirdi,
pianoçu Yeliseyin ifası bizə xüsusilə güclü
təsir bağışladı.
Onu bu tədbirə
Heydər Əliyev Fondunun nümayəndəliyi
dəvət edib”.
İyunun 1-də Rusiya Mədəniyyət Fondunun qonaqları 7-12 yaşlı uşaqlar idi. Tədbirin təşkilatçıları uşaqlar üçün
“Dostluq qatarı”nda
bayram səyahəti, gənc istedadların ifasında musiqili nömrələr hazırlamışdılar.
525-ci qəzet.2021.-4 iyun.-S.9