Dövlət Komitəsinin dəstəyi
ilə “Qarabağnamə - tarixin səhifələri” adlı
kitab işıq üzü görüb
Azərbaycanın
tanınmış miniatür-rəssamı, illustrator, xalq rəssamı
Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri”
adlı kitab-kataloqu Diasporla İş üzrə Dövət
Komitəsinin dəstəyi ilə işıq üzü
görüb.
Dövlət
Komitəsindən "Report"a verilən məlumata görə,
kataloqda yer alan hər bir əsər yüksək bədii dəyərə
malik olmaqla mühüm tarixi əhəmiyyət
daşıyır.
“Qarabağnamə
- tarixin səhifələri” adlı kitabda əbədi və əzəli
torpaqlarmızı, mədəniyyətimizi özündə əks
etdirən 45 tabloda rəssam qədim Albaniya dövründən
Xocalı faciəsi, Qarabağ zəfərinədək
bütün tariximizə işıq salıb. “Qarabağnamə”
silsiləsində bütün kompozisiyalar real faktları əks
etdirir. Ağ-qara cizgilərlə işlənmiş tablolarda həmçinin
bir sıra tarixi şəxsiyyətlərin - əfsanəvi
generallar, xanəndə və aşıqlar, rus zadəganların
portretləri və memarlıq abidələri əks olunub.
Kitabda əsərlərin
hər biri haqqında Azərbaycan və ingilis dillərində
məlumat xarakterli kiçik mətnlər də yer alıb.
525-ci qəzet.-2021.-4 iyun.-S.15.