“Ağdam – Qafqazın Xirosiması”
adlı tövsiyə biblioqrafiyası oxuculara təqdim edilib
Təbii-coğrafi
baxımdan respublikamızın zəngin bölgələrindən
biri olan Ağdam xalqımızın çoxəsrlik tarixini
özündə əks etdirən müxtəlif abidələr
diyarıdır. Rayon ərazisində 4 dünya, 3 ölkə,
130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidəsi
qeydə alınıb.
Bu məlumatlar
Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın
təbliği şöbəsinin hazırladığı
“Ağdam – Qafqazın Xirosiması” adlı tövsiyə
biblioqrafiyasında diqqətə çatdırılır.
Bildirilir ki,
Ağdam şəhərində Cümə məscidi, məşhur
Çörək muzeyi, Üzərliktəpə abidəsi, Kəngərli
kəndindəki XIV əsrin yadigarı – daş abidələr,
Papravənddəki Xanoğlu türbəsi, Xaçındərbətli
kəndindəki el arasında “Sarı Musa türbəsi”
adlanan Xaçındərbətli abidəsi, Xan qızı
Natəvanın və oğlunun şərəfinə
tikilmiş türbə, Pənahəli xanın imarəti,
Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri
Ağdamın işğalı zamanı
dağıdılıb məhv edilib. Buradakı abidələr
müxtəlif dövrləri əks etdirən nadir nümunələr
idi. Bu maddi-mənəvi sərvət qruplaşdırılaraq
“Azərbaycan Respublikasının ərazilərində
dövlət mühafizəsinə
götürülmüş daşınılmaz mədəniyyət
abidələrinin əhəmiyyət dərəcəsinə
görə bölgüsü” adlı kitaba daxil edilib.
Lakin otuz ilə
yaxın davam edən işğal zamanı erməni
vandalları tərəfindən bu şəhər o qədər
dağıdılıb ki, xarici jurnalistlər Ağdamı
“Qafqazın Xirosiması” adlandırıblar.
Geniş oxucu
kütləsi üçün nəzərdə tutulan
göstərici tövsiyə olunan 55 adda ədəbiyyat
siyahısından ibarətdir. Girişdə mövzu
haqqında ətraflı məlumat verilib.
Oxuculara vəsaitdə
verilmiş ədəbiyyatların tam mətni ilə
tanış olmaq imkanı da yaradılıb. Vəsaitdə 38
kitab, məcmuə və dövri mətbuat səhifələrində
dərc edilmiş materialların linkləri də verilib.
525-ci qəzet.-2021.-4 iyun.-S.15.