Qəhrəman Nurlan...
Xocavənddə şəhidlik
zirvəsinə ucalan baş çavuşumuzun
döyüş yolu
Vətən bizləri bir məqsəd və amal uğrunda birləşdirən dəyərli
bir yer, milli-mədəni irsimiz, mənəvi sərvətimiz,
and yerimizdir . Vətəni, vətəndaşı, xalqı sevmək insan mənəviyyatını
zəngindəşdirən böyük bir əxlaqi keyfiyyətdir.
"Vətən sevgisi imandandır" deyilib. Nahaq yerə "ana
vətən" sözü
işlədilmir. Vətən ana
qədər sevilməli,
ana namusu kimi qorunmalıdır.
İnsan sevdiyi bir işlə
məşğul olduqda
çalışır elə
etsin ki, bütün nəticə uğurlu alınsın. Yəni bunu
kiməsə xatir yox, tam içindən gələrək edir.
Əslində, aqil insanların
da həyat tərzi belədir ki, atdıqları addımları əqllə,
sevərək, mənəvi
həzz alaraq edirlər. Vətənin çətin günündə
xeyirxah işlər görmək, insanlığa
tam anlamı ilə xidmət etmək, vətənin çiçəklənməsi,
onun azadlığının,
bütövlüyünün qorunması üçün
şirin canından, həyatından keçmək
dəyərli əməllərdəndir.
Nəsil
yeniləşdikcə, onun
hər bir fərdi müharibə qəhrəmanlarımızı yaxından tanımağa çalışır, onların
əyilməz vətənpərvərlik
qüvvəsinin hansı
çeşmədən qidalandığını
duymaq istəyirlər.
Bunlar isə tarixin yaddaşında qalır.
Yaddaş, yəni biz özümüzük,
canlı yaddaş.
Bəs
biz şəhadət şərbətini
dadmış qəhrəmanlar
haqqında daha nələri bilirik?
Qəhrəmanlar və şəhidlər ölmürlər, onlar yazıçıların və
şairlərin qələmi
ilə daim yaşayırlar. Onlar haqqında mahnılar
və marşlar bəstələnir. Şəhidlər yadelli işğalçılardan
Vətəni azad etmək uğrunda, Azərbaycanın müstəqilliyi
uğrunda canlarını
fəda etmişlər.
Onlar getdilər və doğma vətənin torpağında əbədilik
və ölməzlik izlərini qoyub getdilər. Və biz Qarabağ müharibəsinin
canlı şahidləri
kimi, azadlıq uğrunda mübarizədə
şəhadəti özlərinə
ömür payı seçmiş qəhrəmanlarımızın
xatirəsini daim yad etməliyik. Gələcək nəsillərin
də vətəni dərin və atəşli məhəbbətlə
sevməsinə nümunə
ola biləcək
şərəfli bir iz qoyan qəhrəmanlarımızdan
biri də Nurlan Faiq oğlu
Abdalovdur.
Nurlan Faiq oğlu Abdalov 12 iyun 2000-ci ildə Sumqayıt şəhərində
dünyaya göz açmışdı. Ailəsi ilə
birlikdə Sumqayıtda
yaşamış, boya
başa çatmışdır.
O, ailəsi ilə
2002-2003-cü illərdə Rusiyada yaşamışdır.
2006-cı ildə Sumqayıt şəhər
14 nömrəli tam orta
məktəbin 1-ci sinfinə
daxil olmuş, 2017-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2012-2015-ci illərdə Sumqayıt Şəhər Dostluq Mədəniyyət mərkəzində
Rəssamlıq kursunu
bitirmiş, diplomla təltif olunmuşdur.
Orta məktəbi bitirdikdən
sonra saç ustası peşəsinə
yiyələnmişdir. 2018-ci ildə Sumqayıt
şəhər Hərbi
Komissarlığı xətti
ilə Sumqayıt şəhər Sürücülük
Məktəbini bitirmişdir.
Sumqayıt şəhər
Hərbi Komissarlığı
tərəfindən həqiqi
hərbi xidmətə
çağırılmış, 4 iyul 2018-ci il
tarixdən hərbi xidmətə getmişdir.
Hərbi
xidmət dövründə
vəzifəsi baş
sürücü olmuşdur,
vətənə layiqli
xidmətinə görə
ailəsinə 2 dəfə
Təşəkkür Məktubu
göndərilmişdir. 2020-ci ilin yanvarın
10-da Nurlan Abdalov 18 aylıq həqiqi hərbi xidmətdən qayıtmışdir. Vətənə sevgi, hərbiyə və hərbi formaya olan xüsusi
maraqla Nurlan müddətdən artıq
hərbi xidmət üçün yenidən
ordu sıralarına qoşulmuş, N saylı hərbi hissədə Manqa komandiri, baş çavuş vəzifəsinə yüksəlmişdir.
27 sentyabr 2020-ci ildə
başlanan 2-ci Qarabağ
müharibəsində qəhrəman
Abdalov Nurlan Faiq oğlu minlərlə cəsur, igid vətən oğulları kimi bu döyüşlərdə
mərdliklə vuruşub,
Azərbaycanımızın bütovlüyü uğrunda
gözünü qırpmadan
canından keçib. Füzuli,
Cəbrayıl, Hadrut,
Zəngilan, Xocavənd
uğrunda döyüşlərdə
iştirak edib, qolundan xəsarət alsa da, hərbi
anda sadiq qalaraq sonadək döyüşə davam edib. 44 günlük
müharibənin 37 günündə
torpaqlarımızın azadlığı
uğrunda vuruşan Nurlan Abdalov 2020-ci ilin noyabrın 3-də Xocavənd uğrunda gedən döyüşlərdə
mətinlik və mərdlik göstərərək
döyüş meydanında
şəhidlik zirvəsinə
ucalıb. 5 noyabr
2020-ci il tarixində Sumqayıt Şəhər Şəhidlər
Xiyabanında əbədi
sevgiyə - torpağa
qovuşmuşdu.
Bu mərasimdə minlərlə
insan əllərində
bayraq, gül-çiçəklə
mütəşəkkil iştirak
edirdi. Yer-göy qan ağlayırdı.
Şəhadətdən sonra cənab Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Nurlan Abdalov Faiq oğlu
"Vətən uğrunda"
və "Xocavəndin
azad olunması" uğrunda medalları ilə təltif olunub.
Sinif yoldaşlarından xatirə:
"Nurlan çox yaxşı sinif yoldaşı, çox yaxşı dost idi, heç vaxt heç birimizin qəlbini qırmayıb.
2016-cı il Aprel döyüşləri
zamanı məktəbin
məzunu şəhid
olanda dərsdə müəllim və şagirdlər şəhidlər,
şəhidlik zirvəsi
barədə danışmışdı.
Bu vaxt sinif
yoldaşlarımızdan biri
"Nurlan, sən də şəhid olacaqsan?" deyəndə
Nurlan dönüb ona qürurla, cəsurcasına baxmışdı.
Biz o baxışları heç vaxt unutmayacaq, hər zaman şəhidlərimizin,
sinif yoldaşımız
Nurlanın əziz xatirəsini yad edəcəyik".
Qəhrəman şəhid Abdalov Nurlan subay idi,
12 iyun 2021-ci ildə
21 yaşı tamam olacaqdı. Əbədi qəhrəmanlara əbədi eşq olsun.
Şəhidlərin al qanından,
Lalə
açmış yollar
ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!
Nuranə ABDALOVA
525-ci qəzet.- 2021.- 9 iyun.- S.23.