"İstedadsız adamları fenomenə
çevirən də bizim
insanlardır"
Orxan Rəhimzadə:
"Sosial şəbəkələr gənclərin istedadını
cəmiyyətə tanıtmaqda vasitəçidir"
Sosial şəbəkələrdə parlayanlar
Həmsöhbətimiz sosial mediada bir xeyli tanınan
gənc müğənni
Orxan Rəhimzadədir.
Orxan Zəngilan
rayonunun Mincivan qəsəbəsində dünyaya
göz açıb. Musiqi üzrə vokal dərsləri alsa da, bu sahədə
ali təhsili
yoxdur. İfa etdiyi musiqi nümunələrini sosial
şəbəkələr vasitəsilə paylaşır.
Ona bu yolda uğurlar
diləyir və müsahibəmizə keçid
alırıq...
***
- Sosial şəbəkələrlə
tanışlığınız necə başladı?
- Əvvəlcə sosial
şəbəkədən adi şəkildə istifadə etsəm də, sonradan ifalarımı sosial media sayəsində insanlara çatdırmaq istədim. Məncə,
az da
olsa, bunu bacardım. Gələcəkdə özümü bu
sahədə daha da təkmilləşdirməyi
düşünürəm.
- Musiqi istedadınız nə zaman üzə
çıxdı?
- Musiqi istedadım uşaqlıq illərindən
üzə çıxıb.
8 yaşımda artıq musiqi təhsili alırdım.
- Ailədə sizdən başqa musiqiçi varmı?
- Xeyr, musiqi ilə
məşğul olan yalnız mənəm.
- Sosial şəbəkələrin
imkanlarından nə dərəcədə razısınız?
- Əslində, sosial
şəbəkələr gənclərin istedadını
insanlara tanıtmaqda vasitəçidir. Onun imkanlarından yüksək
dərəcədə faydalanmaq
lazımdır.
- İstedadı olmayan
şəxslərin sosial
şəbəkələrdə məşhurlaşmağı çox
vaxt insanlar tərəfindən tənqidə
tuş gəlir. Siz nə
deyə bilərsiniz, istedadsız şəxslərin
fenomen olması nə dərəcədə
realdır?
- Deyirlər, xalqın gözü tərəzidir.
Amma mənim fikrimə görə, istedadı olmayan həmin adamları fenomenə çevirən də elə bizim insanlardır. Yəni
həmin adamların videolarını izləyərkən
qalxıb pisləmək
bir az
absurddur. Hansı səbəbdən olur-olsun, bir adamı izləyirsənsə,
sən onun reklamını artırırsan.
- Ən böyük
arzunuz nədir?
- Ölkəmizdə ən yaxşı səhnələri
fəth etmək istəyirəm.
- Müasir və retro sənətkarlardan kimlərin
ifasını dinləyirsiniz?
- Açığı, hansı
musiqi qulağıma xoş gəlirsə, dinləyirəm. Müğənninin
kim olduğu
o qədər də önəmli deyil.
- Sizcə, bu gün gənclərin bayağı mahnılara üstünlük verməsinin
səbəbi nədir?
- Hər kəsin fərqli musiqi anlayışı var. Ona görə də zövqlər də müxtəlifdir, bu haqda bir irad
bildirə bilmərəm.
- Kitab oxumaqla aranız necədir?
- Kitab oxumağı sevirəm, amma mahnı oxumağı ondan daha çox
sevirəm.
- Bir qədər hazırkı fəaliyyətiniz
və gələcəkdəki
planlarınız barədə
danışardınız...
- Planlarım çoxdur, Allahın izni ilə hamısını həll etməyə çalışacam. Sadəcə bu sənət çox maddiyyat tələb edir.
Günel ABBAS
525-ci qəzet.- 2021.- 9 iyun.- S.16.