Böyük xanəndə Məşədi
Məmməd Fərzəliyev yad edilib
Beynəlxalq Muğam Mərkəzinin
(BMM) "Dəyimi masa"
layihəsi pandemiya qaydaları nəzərə
alınmaqla növbəti
dəfə iştirakçıları
bir araya gətirib. Tədbirdə tanınmış muğam ifaçıları
və muğam biliciləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, layihənin
ideya müəllifi
BMM-nin direktoru, Xalq artisti Murad
Hüseynovdur.
Layihənin budəfəki mövzusu
XIX əsrin II yarısı
muğam ifaçılığının
ən görkəmli nümayəndələrindən biri Məşədi Məmməd Fərzəliyevin
irsinin araşdırılmasına
həsr edilib.
Tədbiri layihənin koordinatoru Gülhüseyn Kazımlı
açıq elan edərək mərkəzin
rəhbərliyi adından
qonaqlara təşəkkürünü
bildirib, xanəndənin
həyat və yaradıcılığı haqqında
məlumatı diqqətə
çatdırıb. Bildirib ki,
M.M.Fərzəliyev 1872-ci ildə
Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində
yetişib. Bir müddət
Gəncədə yaşayıb.1929-cu ildə qastrol adı ilə Azərbaycandan çıxıb.
Qastrol səfərində Vladiqafqazdan
başlayaraq, Tbilisi, Batumi və
başqa şəhərlərə,
Avropanın bir çox ölkələrinə
qədər gedib çıxıb. Sonda gəlib
Türkiyədə məskunlaşıb.
Ondan sonra bir daha
Azərbaycana qayıtmayıb.
Görkəmli ifaçı 1929-cu ildən 1962-ci ilə qədər aktiv musiqiçi həyatı keçirib. O, tarzən
Hüseyn bəy Qasımla birgə "Azərimüzik heyəti"
adlı kollektiv yaradıb. Bu heyətdə
20-30 nəfər xanəndə,
aktyor, qiraətçi
və sair kimi sənət nümayəndələri toplanıblar.
Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada ancaq Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər:
"Bu işdə ilk müraciət
etdiyimiz şəxs vaxtı ilə Türkiyənin Azərbaycandakı
keçmiş mədəniyyət
müşaviri İrfan
Çiftçi olub. Onun axtarışları nəticəsində Azərbaycan
Milli Arxiv İdarəsindən Tarix Arxivinin direktoru Aslan Kənanın köməyilə vaxtilə
Gəncə Filarmoniyasının
direktoru olmuş Şirin Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı
məktub tapılıb.
Məktubda xanəndənin İstanbulda
yaşadığı ünvan
göstərilib və
onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi
qeyd edilib. Ünvan İstanbulda Bəyoğlu
məhəlləsindədir. Bugünkü tədbirin məqsədi Hafiz Əhmədovun
axtarışları nəticəsində
xanəndənin ifasında
4 lent yazısı aşkarlanmasıdır.
BMM tərəfindən xanəndənin irsinin araşdırılmasına jurnalist
və araşdırmaçı
Dilqəm Əhməd
və Azərbaycanın
tanınmış şəxsiyyətlərinin
nəsil şəcərəsinin
araşdırması ilə
məşğul olan araşdırmaçı-jurnalist Hafiz Əhmədov da cəlb edilib".
Sonra əldə
edilən dörd ifa muğam bilicilərinin nəzərinə
təqdim edilib.
Əməkdar artist, tarzən Valeh Rəhimov, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov və etno musiqi janrının bilicisi, qaval ifaçısı Mahmud Salah çıxışları zamanı M.M.Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətində xidmətlərindən söz açıblar. Dinləmələr və müzakirələr, xanəndənin bu günə kimi bəlli olan lent yazılarına istinad və araşdırmaçıların qənaəti eləcə də Azərbaycan muğam məktəbinin ənənələri nəzərə alınmaqla ifaların yekdilliklə M.M.Fərzəliyevə məxsusluğu isbat edilib. Mütəxəssislər xanəndənin "Şüştər" muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyduğunu nəzərə alaraq ifalarda M.M.Fərzəliyevə məxsus boğazlardan istifadənin, eləcə də Üzeyir bəy yaradıcılığına müraciəti (nəzərə alsaq ki, xanəndə Azərbaycanda yaşadığı dövrdə opera səhnəsində çıxışlar edirdi) də burada əsas amil kimi dəyərləndiriblər.
Tədbirin sonunda iştirakçılar muğam tariximiz üçün maraqlı tədqiqata görə BMM-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki,
BMM-nin tədqiqat işləri "Unudulmayanlar" və "Dəyirmi masa" layihələri çərçivəsində
həyata keçirilir. BMM-nin
elmi və tədqiqat xarakterli
növbəti layihələri ilə bağlı əlavə
məlumatlar verəcək, eləcə də M.M. Fərzəliyevin
Türkiyədəki məzarının axtarışının
nəticəsi ictimaiyyətə təqdim olunacaq.
525-ci qəzet.- 2021.- 9 iyun.- S.13.