Aqşin Babayevi xatırlamaq...

 

 

10 iyunda dəyərli yazıçımız Aqşin Babayevin vəfatının birinci ildönümü tamam olur. Aqşin müəllimdən danışmaq sağlığında qədər xoş, sevimli fərəhli idisə, vəfatından sonra bir o qədər ağrılı-acılıdır. Amma yenə sevimli fərəhli...

 

Aqşin Babayev bu dünyada tanımaq şansı qazandığıma ən çox sevindiyim hər onunla xatirələrimiz yada düşəndə Allaha dönə-dönə şükür elədiyim insandır. Həm onun kimi əzəmətli, ta uşaqlığımızdan heyrətlə baxdığımız, əlçatmaz hesab etdiyim insanın mənim kimi bir gəncə verdiyi dəyər, göstərdiyi diqqət inam içimi qürurla doldurur, gizlədim. Məhz Aqşin müəllimin inamına görə insan özünə inanmaq istəyir, sanki dağı dağ üstünə qoya biləcəkmiş kimi. Sizə təəccüblü gəlməsin. Onu tanıyanlar yəqin ki, bu cümlələrimin mübaliğə deyil, hətta daha az olduğunu bilirlər. Belə böyüklük sahibi idi Aqşin müəllim. İnandığı, etibar etdiyi insanları da özünün böyüklüyündə görərdi, onları bu inam dəstəklə öz yanına qaldırmağa çalışardı. Amma bunu elə xəfif, elə sakit səssiz tərzdə edərdi ki, ruhun da inciməzdi. Bir baxardın onun böyüklüyündən boylanırsan sən həyata, ədəbiyyata, insanlara.

 

***

 

Aqşin müəllim son illərdə "525-ci qəzet"də çıxacaq yazılarını mənə göndərərdi, həm özüm oxuyum, həm çapı üçün yönləndirim deyə. Mənim onun haqqında yazdığım, ya da qəzetdən oxuyub bəyəndiyi yazılarımı ona göndərməyimi istəyərdi. Aramızdakı bu "məktublaşmanın" ünvanı isə heç vaxt üzünü görmədiyim, kim olduğunu bilmədiyim Lalə adlı xanım idi. Lalə xanımın elektron ünvanından gəlir, yenə eyni ünvana gedirdi yazılar. Sonra Aqşin müəllim bu dünyadan köçünü çəkib, haqq dünyasındakı məkanında qərarlaşdı. Mənim elektron poçtumda bir ünvan azaldı: Lalənin ünvanı. Daha o ünvandan mənə yazılar gəldi, mən göndərdim. Beləcə, Aqşin müəllimsiz Lalənin ünvanından gələn məktublarsız bir il arxada qaldı.

 

Amma mən bu bir ildə Aqşin müəllimə bir az da yaxınlaşdım. Onun ömrünün çox hissəsini həsr etdiyi, son zamanlarına qədər işlədiyi bütün kollektiv tərəfindən bir ata kimi, böyük qardaş kimi, dəyərli müəllim kimi sevildiyi Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) çalışmağa başlayaraq. Öncələrdə mədəniyyət müxbiri kimi davamlı şəkildə ADMİU-nun tədbirlərində, tamaşalarında, konfranslarında iştirak edər, qəzetimiz üçün material hazırlayardım. Demək olar ki, həmin tədbirlərin hamısında Aqşin müəllim olardı, özünün bəlağətli, rəvan çıxışları, maraqlı xatirələriylə tədbirə ayrı rəng qatardı. Təəssüf ki, mənim bu gözəl təhsil ocağına gəlişim Aqşin müəllimdən sonra oldu. Hətta burada işə başladığımı eşidən Aqşin müəllimin oğlu Gündüz bəy zəng edərək məni təbrik elədi, atası sağ olsaydı, buna qədər sevinəcəyini dedi. Bilirdim, çox sevinərdi Aqşin müəllim, "Şahanə qızım, çətinliyin olsa, burdayam"-deyərdi. Amma mən yenə onu burda hiss edirəm. Əvvəllər Aqşin müəllimin keçib getdiyi o dəhliz, başdakı stulda oturduğu o iclas zalı, ən öndəki sırada əyləşib gözünü səhnədən çəkmədiyi tamaşa zalı... Hamısı Aqşin müəllimin əziz xatirəsini salır yada, hər biri onunla keçən xoş zamanların məhrəm duyğularını paylaşır sanki bizimlə.

 

***

 

Bir neçə gün öncə otağımızın qapısı açıldı. Bir xanım boylandı içəriyə, "mətbuat katibi Şahanə Müşfiq sizsiniz?" - deyərək. Təsdiqlədim. "Mən Laləyəm, - dedi - Aqşin müəllimin köməkçisi Lalə... Sizə onun yazılarını göndərən". Qəfil ayağa qalxdım. Aqşin müəllimin gedişiylə yoxa çıxan Lalə "qayıtmışdı". Elə bildim Aqşin müəllimin özü qayıdıb, amma o yox idi...

 

 

 

Sadəcə elektron ünvan olaraq tanıdığım bu gözəl, mehriban xanımla tezcə sözümüz tutduşirin-şirin söhbətə başladıq. Mövzumuz isə əlbəttə, Aqşin Babayev.... Dedi ki, Aqşin müəllim işdə də adımı çox çəkərmiş, aramızdakı bu "yazı alış-verişi" onun kimi, Laləni də qiyabiolsa, doğmalaşdırıb mənə. Bu yaxınlarda Müzəyyən xanımdan eşidib mənim də bu universitetdə işlədiyimi, gəlib ki, illərdir qiyabi tanıdığı məni daha yaxından tanısın. Bunları Lalə xanım dedi. Mənsə, gözlərindən başqa şeylər oxudum. O, bu otağa təkcə məni yox, həm də Aqşin müəllimi tapmağa gəlmişdi. Necə ki, mən qarşımda oturan bu xanımın gözlərində, sözlərində 12 il birlikdə çalışdığı o böyük insanı axtarırdım. Yuxarıda da qeyd etdiyim kimi, bir ildir, Aqşin Babayevi xatırlamaq həm ağrılı olur, həm də sevimli. Lalə xanımla söhbətimiz də məhz bu tempdə davam etdi. Həm çox darıxdığımız, yoxluğuna hələ də alışmadığımız sevimli insanımızı xatırladıqca gözlərimiz doldu, həm də onun şən, enerjili, xoş xatirələri yenidən üzümüzə təbəssüm qondurdu.

 

***

 

Lalə xanımı yola salandan sonra "525.az" saytını açıb, "Aqşin Babayev" adını axtarışa verdim, qəzetimizdəki son yazılarına yenidən baxmaq istədim. Gördüm ki, onun bizim qəzetdə ən son 2019-cu ilin noyabr ayında iki hekayəsi çap olunub: "Ağlamalı" və "Gülməli". Hekayələrin adı əl saxlamağıma səbəb oldu. Aqşin müəllimi hər xatırlayanda kipriyimi qırpsam yanağımdan süzüləcək yaşla, dodaqlarıma qonan təbəssümün təzad qarışıq qəribə ahəngi gəldi ağlıma. Bayaq buna bənzər halı Lalə xanımın da simasında görmüşdüm. Gülə-gülə danışırdı, amma bircə anlıq sussaydı, əminəm ki, ağlayacaqdı. Bəli, Aqşin Babayev özündən sonra bu iki hekayəsinin adındakı kimi ağlamalı yoxluq, gülüşlə, təbəssümlə yad ediləcək xatirələr qoyub getdi. Onsuz da, əsl yazıçı yazdıqlarıyla, əsl pedaqoq yetişdirdiyi tələbələriylə, əsl insan sonsuz gözəl xatirələri, saysız-hesabsız yaxşılıqlarıyla heç zaman ölmür, əbədi yaşayır. BirAqşin Babayev kimi bunların hamısını və daha çoxunu özünün əzəmətli şəxsiyyətində cəmləşdirən insanlar var ki, şübhəsiz, onlar əbədiyyətin daimi sakinləridir.

 

Sonsuz sevgi dərin ehtiramla yad edirik! Allah rəhmət eləsin!

 

 

Şahanə Müşfiq

 

525-ci qəzet.- 2021.- 10 iyun.- S.11.