Sağlığında elmi məktəbi yaranan alim  

 

İyun ayının 11-i AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) dünyaya göz açdığı gündür.

 

Hər ilin bu günü Nazim müəllimi doğum günü münasibətilə təbrik etmək istəmişik. Lakin hər il ənənəvi olaraq Nazim müəllim doğum günündə görüşmələrini kənarda edib bizim (o cümlədən, digər əməkdaşların) onu canlı təbrik etmək şansımız olmayıb. Bilirəm, bu il belə olacaq. Yenə Nazim müəllim öz ənənəsinə sadiq olaraq doğum günündə işə gəlməyəcək...

 

Bu, bəlkə , çoxlarına qəribə görünə bilər. Adətən insanlar (xüsusilə rəhbər işçilər) ad günlərində xoşlayırlar ki, kollektivin üzvləri onları təbrik etsinlər, xoş arzularını bildirsinlər. Çünki insan doğum günündə hər zamankından daha çox diqqət mərkəzində olmaq istəyir. Bundan təbii ola bilər?.. Lakin Nazim müəllimi tanıyanlar, onun mütəvaziliyindən xəbərdar olanlar bilirlər ki, rəhbər olduğu üçün istər adi, istərsə özəl günlərdə ayrıca diqqət istəməyən biridir. Bu səbəbdən doğum gününü hər kəsdən uzaqda mütəvazi şəkildə qeyd etməyə üstünlük verir.

 

Odur ki, biz, bu il Nazim müəllimi bir yazı ilə təbrik etmək qərarına gəldik. Bu yazıda Nazim müəllimin bir elm adamı rəhbər kimi özəlliklərindən söz açacağıq.

 

Nazim müəllim 2014-cü ildən İqtisadiyyat İnstitutuna rəhbərlik edir. O, İnstituta direktor təyin olunana qədər cəmiyyətdə bir alim ictimai xadim kimi kifayət qədər tanınıb sevilirdi. Lakin bir rəhbər kimi necə olacağı bəlli deyildi. Çünki bir tədqiqat müəssisəsinə rəhbərliyin ayrıca özəllikləri var. Yaradıcı, elmi fəaliyyətlə məşğul olan insanların çalışdığı elmi-tədqiqat müəssisəsini idarə etmək şərəfli olmaqla yanaşı, həm çətindir.

 

Nazim müəllimin İnstitutun kollektivinə təqdim olunduğu gün bir nüans yaddaşımızda iz qoyub. AMEA-ya o dövrdə rəhbərlik edən akademik Akif Əlizadə təqdimatdan sonra sözü Nazim müəllimə verdi. Nazim müəllimin çıxışının ilk cümləsi "Hər bir tədqiqatçı üçün aparıcı elmi-tədqiqat müəssisəsinə rəhbərlik etmək şərəflidir" oldu bununla da, elmə, tədqiqata, AMEA-ya qədər böyük dəyər verdiyini diqqətə çatdırdı. Bu nüansı ona görə xüsusi vurğulayırıq ki, bir qədər əlaqələri olan insanlar AMEA-da əməkhaqqının azlığını bəhanə edərək imkan olan kimi başqa müəssisələrə üz tuturlar. Hamıya yaxşı məlumdur ki, elmdə qalanlar ya fanatiklərdir, ya da getməyə yeri olmayanlar... Əksəriyyətin imkan tapan kimi başqa sahələrə üz tutduğu vaxtda, bir elmi-tədqiqat müəssisəsinə halallıqla rəhbərlik etmək həqiqətən insandan fanatiklik tələb edir.

 

Halallıqla rəhbərlik ifadəsini təsadüfi işlətmədik. Nazim müəllimi tanıyanlar onun öz təbirincə desək, "əli-ayağı düz" olduğunu gözəl bilirlər. Nazim müəllim təkcə özünə deyil, çalışdığı insanlara da bu prinsiplə yanaşır. Onunla çalışmaq istəyirsənsə, o zaman "əlin-ayağın düz olmalıdır". Bu meyar prosesində Nazim müəllimin "olmazsa, olmaz"larındandır.

 

Bir ziyalı olaraq bütün sahələrdə "əlin-ayağın düzlüyünün" tərəfdarıyıq. Lakin bunun elm sahəsində daha zəruri olduğunu düşünürük. Məşhur bir deyim var: "Bir millətin məhv olmasını istəyirsənsə, onun təhsilini elmini əlindən al!" Bilirik ki, bütün sahələrdə olduğu kimi, elmə müxtəlif yollarla "gələn" insanlar var. Onlar elmin, əsl elm adamlarının nüfuzuna xələl gətirirlər. Nazim müəllim İnstituta rəhbərlik etdiyi illərdə bu cür hallara qarşı mübarizə aparıb. Əsl elm adamlarının bu sahədə qalmaları, istedadlı gənclərin elmə gəlməsinə sidq ürəkdən çalışıb. Onun direktor olduğu illər gənclərin İqtisadiyyat İnstitutuna axını dövrü kimi yadda qalıb. İndi İnstitutun bir neçə şöbəsində gənclərin sayı üstünlük təşkil edir. Gələcəyin gənclərin əlində olduğunu hamımız yaxşı bilirik. Bu gün elmə gələn gənclər sabahın alimləridir. Onların istedadlarını üzə çıxartmaq üçün münbit şərait, imkanlar yaratmaq hər bir rəhbər işçinin əsas vəzifələrindəndir. Nazim müəllim bu işin öhdəsindən uğurla gəlir. Onun gənclərə xüsusi rəğbətlə yanaşması bütün kollektivə yaxşı məlumdur.

 

Nazim müəllimin İqtisadiyyat İnstitutundakı fəaliyyətini qiymətləndirməkdən ötrü onun direktor olduqdan sonra qarşıya qoyduğu məqsədlərə hansı səviyyədə nail olmasına baxmalıyıq. Hamının xatirindədir ki, Nazim müəllim kollektivə rəhbərlik etdiyi ilk günlərdən İnstitutu "Azərbaycanda fundamental iqtisadi tədqiqatların REAL mərkəzinə, Azərbaycanda iqtisadi tədqiqatların ƏSAS əlaqələndiricisinə, Azərbaycan hökumətinin KOLLEGİAL ekspertinə məsləhətçisinə çevrilməyi" hədəfləmişdi. Bu strateji hədəflərə nail olmaqdan ötrü bir sıra vəzifələrin icrası nəzərdə tutulmuşdu. İnstitutun 2014-2021-ci illər ərzində bu hədəflərə necə nail olduğuna nəzər salacağıq. Təbii ki, bu istiqamətdə görülən işlərin hamısını bir məqalədə işıqlandırmaq mümkün deyil, lakin önəmli saydığımız bəzi nüansları oxucuların diqqətinə çatdırmaq istəyirik.

 

İnstitutda son illərdə aparılan elmi-tədqiqatlar nəzəri praktiki əhəmiyyətliliyi ilə diqqəti cəlb edir. Belə ki, son illərdə İnstitutda Nazim müəllim tərəfindən dünyada ilk dəfə olaraq dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarını ölçməyə imkan verən "İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi" adlı bir metodologiya hazırlanmışdır. Nazim müəllim bu metodologiyanı yaratmaqla, həm öz elmi-iqtisadi məktəbini formalaşdırmışdır.

 

Bizdə "elmi məktəb" anlayışına yanaşma bir qədər fərqlidir. Tanınmış alimlər rəhbərlik etdikləri dissertasiya işlərinin müəlliflərini öz məktəblərinin davamçıları hesab edirlər. Fikrimizcə isə, "elmi məktəb" bir nəzəriyyə ətrafında eyni ( ya oxşar) fikirdə olan insanların cəmləşməsi bu nəzəriyyəni inkişaf etdirməsidir. Bu baxımdan, Nazim  müəllimin yaratdığı metodologiyanı bir elmi-iqtisadi məktəb hesab etmək olar. Bu metodologiya müxtəlif tədqiqatçılar tərəfindən həm funksional, həm sahəvi aspektdən inkişaf etdirilmişdir. Bu metodologiya əsasında İnstitutda həm elmlər doktorluğu, həm fəlsəfə doktorluğu dissertasiyaları yazılaraq uğurla müdafiə olunmuşdur. Bu istiqamətdə tədqiqatlar, istər elmlər doktorluğu, həm fəlsəfə doktorluğu dissertasiyalarının yazılması davam etdirilir.

 

Nazim müəllimin rəhbərliyi altında İnstitut son illərdə bir sıra mühüm işlərə imza atıb. Bunlara "Milli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin ekspertizası, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın yazılması, "Azərbaycanda Həyat Keyfiyyəti İndeksi" Metodologiyasının hazırlanması, "Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması effektiv təşkili üzrə təkliflərin hazırlanması", "Post-konflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi müqayisəli üstünlük sahələrinin seçilməsi" layihələrinin icrası s. daxildir.

 

Nazim müəllim bu illər ərzində İnstitutda bir sıra fundamental dəyişikliklərə nail olub. Bunlardan biri də, İqtisadiyyat İnstitutunda yeni maliyyələşmə mexanizminin tətbiq edilməsidir. Bununla bağlı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Qərarı olmuşdur. Bu yeni mexanizm, dövlət qurumlarının sifarişi ilə həmin qurumlarla müqavilə əsasında İnstitut tərəfindən həyata keçirilən elmi ekspertizaelmi tədqiqat işlərinin icrası üçün dövlət büdcəsindən müvafiq dövlət qurumlarına vəsaitin ayrılmasını nəzərdə tutur. Məlumdur ki, elm sferasında əməkhaqları aşağıdır. Bu da zaman-zaman müzakirə predmetinə çevrilir. Bəzən elmi tədqiqatların keyfiyyətinin aşağı olmasını mütəxəssislər elmin maliyyələşməsi ilə əlaqələndirirlər. Yeni mexanizmin tətbiqi elmi tədqiqatların keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, elmi işçilərin sosial müdafiəsinin gücləndirilməsində də mühüm rol oynayacaq.

 

Yazının sonunda bir qədər də Nazim  müəllimin şəxsi keyfiyyətlərindən danışmaq istəyirik. Nazim müəllim öyrənməyi və öyrətməyi sevən biridir. O, bildiklərini böyük həvəslə insanlara, xüsusilə də gənclərə öyrədir. Tədqiqatçı olaraq ondan çox şey (təkcə iqtisadiyyat deyil, eyni zamanda mədəniyyət, ədəbiyyat, tarix, incəsənət sahələrinə aid biliklər) öyrənirik.

 

O alim xoşbəxtdir ki, sağlığında elmi məktəbi yaranır. Hər bir müəllim xoşbəxtdir ki, istər bu dünyada, istərsə də o dünyada olduqda onu daim xoş duyğularla, sayğı ilə yada salan, xatırlayan davamçıları var. Bir insan üçün "müəllim" sayılmaq dünyanın ən gözəl duyğusudur.

 

Sizə  davamçılarınız olaraq səslənirik:

 

Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

 

Rəsmiyyə SABİR

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Leyli ALLAHVERDİYEVA

AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 11 iyun.- S.11.