"Əbədiyaşarlar"a əbədi
ehtiram
Sözün qüdrətiylə ifadə
edə, onları eyni-eyni mətləbin tərkib hissəsi kimi ümumiləşdirə
bilsən, xatirə gözəl publisistik dəyərə malikdir.
Xatirədə tarixilik də var - fakt və
hadisələr dövr
haqqında, ictimaiyyət
haqqında müəyyən
informasiya verir, bu informasiyalar bədii təfəkkürə
söykəndikdə, ədəbi
ülgünün tələblərinə
cavab verdikdə gözəl əsər olur. Buna xatirə ədəbiyyatı deyirlər;
xatirə ədəbiyyatı
həm tarixiliyə, həm də bədiiliyə söykənir.
Belə əsərlər məhz bu baxımdan maraqla oxunur - tanıdığı, yaxud
haqqında eşitdiyi
şəxsiyyətlər haqqında
yeni faktlar, informasiyalar oxucunun diqqətini çəkir,
əsərin müəllifinə
də, o şəxsiyyətlərə
də ehtirama dönür; xatirə ədəbiyyatı həm
də tarixdə tarix deməkdi. Bəxtiyar Süleymanlının
"Əbədiyaşarlar" əsəri kimi...
Bəxtiyar Süleymanlı uzun müddət dövlət
təhlükəsizlik orqanlarında
xidmət etmişdi. Tarixə, ədəbiyyata,
bu baxımdan jurnalistikaya böyük marağı (və sevgisi) olub. Yəni "Əbədiyaşarlar" əsəri
"Yaşatmaq üçün
yaranmış yarımçıq
ömür" kitabının
məntiqi davamıdır.
Bu iki kitab
arasında mahiyyət
baxımından sələf-xələf
münasibətləri də
sezilir.
Əsərdə son söz kimi yazılan
və belə də oxunan hissə "Ədəbiyyaşarlar"ın
işığının hardan
qaynaqlandığını göstərir - müəllifin
ürəyi, duyumu, duyumunu müəyyənləşdirən
milli-xəlqi ruhu.
Bəxtiyar Süleymanlı 1925-ci ildə
Zəngilan rayonunun Bartaz kəndində anadan olub. Azərbaycan Dövlət
Universitetinin hüquq fakültəsini bitirib.
Bartaz kəndindəki poçt bölməsinin rəisi, Əmirxanlı və Bartaz kəndlərində
müəllim işləyib.
Sonra "kiçik dünya"dan "böyük
dünya"ya aparan yolun yolçusu olub...
1944-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı
olub. 1945-1952-ci illərdə
Zəngilan rayon hərbi
komissarlığında məxfi
işlər müdiri,
bölmə rəisi vəzifələrində işləyib.
1952-ci ildən 1987-ci ilə
kimi (35 il!)
Dövlət Təhlükəsizliyi orqanlarında xidmət edib, polkovnik-leytenant rütbəsində tərxis
edildikdən sonra Azərbaycan Respublikası
Elmlər Akademiyasında,
Bakı Pedaqoji Kollecində müəllim
işləyib.
İxtisas üzrə işləyə-işləyə
fəal yaradıcılıqla
məşğul olmaq
istedad işığıdı. Onu sezənlər
sezir, gərəkliyini
dərk edənlər
edir.
O, həm də jurnalistikayla
məşğul olub.
Bəxtiyar Süleymanlı tanınmışların
xarakterinin oxucuya naməlum çalarlarını
yazmaqla şəxsiyyət
- ictimaiyyət münasibətlərinin
"könüllü tədqiqatçısı"
olub. Onun yaradıcılığını
şərtləndirən, tarixiliklə
təxəyyülünün istiqamətlərini müəyyənləşdirən
bədiilik bir-birini qibtəediləcək dərəcədə
tamamlayır; "Əbədiyaşarlar"
kitabı bu baxımdan dəyərli əsərdir. Yeri gəlmişkən, bir oxucu kimi bir
istəyimi də bildirim: əsərdə sonuncu məqalənin yeri görünür - Bəxtiyar Süleymanlı
haqqında sənədli
oçerk. Görəsən,
"Əbədiyaşarlar" haqqında yazdığım
"Əbədiyaşarlar"a əbədi ehtiram" bu oçerki əvəzləyə biləcəkmi?..
Bəxtiyar müəllim xalqımızın
da, dövlətçiliyimizin
də tarixinə yaxşı bələddir.
Bəxtiyar Süleymanlı "Əbədiyaşarlar"
kitabı ilə respublikada kifayət qədər yaxşı tanınan şəxsiyyətlər
haqqında yazıb, necə deyərlər, tanınmışları daha
əhatəli tanıdıb. Bu, sevgidir, bir nəfərin
timsalında xalqa, xalqın tarixinə sevgidir.
Daxili İşlər naziri, sonra Dövlət müşaviri olmuş Məhəmməd Əsədova
həsr etdiyi "İlk zəngilanlı
general" məqaləsi (bu,
bütün çalarları
ilə oçerkdir) generalın ömür yolunu əhatələməklə
bir reallığın
bədii ifadəsi kimi oxunur: Haqq
əmək itirmir, sevənlər sevilir. Bəxtiyar Süleymanlı bu oçerki "... hərbi
sərkərdələrimiz general-leytenantlar Ə.Şıxlinski
və S.Mehmandarov, eləcə də
1941-1943-cü illər Böyük
Vətən müha-ribəsi
illərində millətimizə
şöhrət gətirən,
iki dəfə "Sovet İttifaqı Qəhrəmanı" adına
layiq görülmüş
Həzi Aslanovu və digər onlarla başqa sərkərdələrimizi, gənc
nəslə örnək
kimi yazılarımız
da zaman-zaman xatırlamaq hamımızın
mənəvi vətəndaşlıq
borcumuzdur" - etirafı
(və sevgisi!) ilə yazıb. Bir məqam da diqqəti
çəkir. Bu, Zəngilana sevgidir. Oçerkin sərlövhəsinə diqqət
yetirin. Qürur var burda, Zəngilana
sevgi var... "...Məhəmməd müəllimin
zəngilanlılardan neçənci
general olmasını bildirmək
məqsədilə xalqımızın
hərb tarixini nəzərdən keçirməli
oldum. Respublikamızın
tarixilə bağlı
oxuduğum ədəbiyyatı
və tanış
olduğum rəsmi sənədləri xəyalımdan
keçirərək həmin
vaxta kimi zəngilanlılardan heç
kimin bu ali rütbəyə layiq görülmədiyi qənaətinə gəldim...."
Bu qeydlər Bəxtiyar
müəllimin jurnalistikanın
(bu anlamda sənədli nəsrin) ən mühüm tezisinə sədaqətidir:
dürüstlük...
Eyni münasibət Bəxtiyar
müəllimin İsmayıl
Sayılova həsr etdiyi "Qəhrəmanlıq
və cəsurluq nümunəsi" məqaləsində
də (əslində,
oçerkində!) var. İsmayıl
Sayılov Böyük
Vətən müharibəsi
iştirakçısı olub
(Bəxtiyar müəllim
də Böyük Vətən müharibəsi
iştirakçısıdı,
1944-1945-ci illərdə döyüşən
orduda xidmət edib). Həm qəhrəman, həm
də gözəl şeirlər müəllifi
(şair!) olan İsmayıl Sayılov haqqında bədii (və tarixi!) oçerk yazan müəllif həm də ədəbiyyatı
yaxşı bilməlidir.
Bəxtiyar müəllim bu
tezisə bələd
olduğunu (və yaradıcılığında bu tezisin ger-çəkliyini
təsdiqlədiyini!) "Boz şinel" şeirinin təhliliylə
təsdiqləyir (buna
mahiyyətcə oxucu münasibəti də deyə bilərik): Şair şeirdə qələbəyə qəti
inamını bildirməklə
Böyük Vətən
müharibəsinin bizim
ordumuzun qələbəsi
ilə bitəndən
sonra Vətənə
qayıdacağını və
şinelinə düşən
qan ləkəsini anasına yuduzduracağına
söz verir. Lakin taleyin hökmü
ilə qanlı döyüşlərin birində
qəhrəmancasına həlak
olur...
Şeirə poetik dəyər vermə istəyi (və buna nail olma!) Bəxtiyar Süleymanlının bədii təəfəkkürünün
səviyyəsinin təsdiqidir.
Yəni o, poeziyaya da bələd olub...
Bəxtiyar Süleymanlı İsmayıl
Sayılovun qəhrəmanlığını
o illərdə vaxtaşırı
qürurla deyilən bir şüarla da diqqətə çatdıra bilir (əslində, belə yazı üslubu peşəkarlıqla bağlıdır,
yəni Bəxtiyar müəllim peşəkar
jurnalist olmasa da, yazdıqları peşəkarlığın təzahürüdür). "Əbədiyaşarlar" kitabının
istər tarixi. istərsə də ədəbi (ədəbi-bədii) dəyəri
faktlara sədaqətlə
bağlılığın səciyyəviliyindədir. İsmayıl Sayılovun qəhrəmanlığı
haqqında çox deyilib, çox yazılıb. Bəxtiyar müəllim
bütün yazılanları
(və deyilənləri!)
tarixi bir məqama söz ömrü verməklə
təqdim edib.
Bəxtiyar Süleymanlının məqalələrinin
(oçerklərinin) oxucuya
könül xoşluğu
verməsinin bir çaları da müəllif - ədəbi
qəhrəman münasibətlərinin
səmimiliyindədir; Bəxtiyar
müəllim tanıdığı,
xarakterinə yaxından
bələd olduğu
tarixi şəxsiyyətlər
haqqında yazır.
Bəxtiyar müəllim xalqın
sevdiyi, xalqın ehtiram ünvanı olanlar haqqında yazıb və təbii ki, belə adamlar ölümsüz ömür
yiyəsidi. Məhz buna görə
də qələmi də özü kimi müqəddəsliyə
xidmət edən Bəxtiyar müəllim əsərini "Əbədiyaşarlar"
adlandırıb. Əbədiyaşarlardan biri də Seyid
Həsən Ağadı.
Zəngilanlıların inanc ünvanı,
tanıyanlar üçün
övliya. Bəxtiyar müəllim
onu "Ürəklərə
nur saçan mömin kişi" kimi təqdim edir.
Vətən torpağının müqəddəsliyini
varlığıyla dərk
edənlər Bəxtiyar
Süleymanlının "Torpaq boyda dərdlə
nigaran dünyasını
dəyişən alim"
məqaləsi böyük
duyğusallıqla oxunur. Təkcə alimin
torpaq sevgisinə görə yox, həm də müəllifin müqddəs
torpağa müqəddəs
sevgisinə görə.
Alimin torpağa münasibətinin fəlsəfəsi
"Torpağın ətri",
"Torpağın göz
yaşı" kitablarındadırsa,
müəllifin torpağa
münasibətinin fəlsəfəsi
bu kitablara sevgidədir, bu kitabların müəllifinin
ədəbi-bədii (jurnalistik)
monoloquna, oxucusuyla səmimi mükalimələşməsinə
ehtiramdadır.
Ötən əsrin 60-cı illərinə, daha dəqiqi, ədəbi mühitinə yaxından bələd olanlar Qulu Xəlilli ilə Xəlil Rzanın münasibələrinin əvvəllərini də, sonluğunu da bilirlər. O illəri əvvəl qürurla, sonra təəssüflə xatırlayırlar. Geniş oxucu auditoriyasına məlum olmayan bəzi məsələləri yazmaqla Bəxtiyar Süleymanlı Qulu Xəlillinin 60 illik yubileyinin fonunda nəinki professor Qulu Xəlilli ilə ədəbiyyatşünas, şair Xəlil Rzanın ruhuna, həm də ədəbiyyat tariximizə böyük hədiyyə verib:
"...Gecənin başlanmasından təxminən bir saat keçmişdi ki, Qulu müəllimin tələbəliyinin ilk günündən başlayaraq onunla dostluq edən. xalqımızın sevimli şairi Xəlil Rza oğlu Təbrizlə birlikdə heç kəsin gözləmədiyi halda yubilyarı təbrik etməyə gəldi. ... Onun məclisdə iştirakının dəyərinin nə olduğunu anlamaq çətin deyil..."
"Əbədiyaşarlar" kitabı Bəxtiyar Süleymanlının tariximizə, milli-mənəvi dəyərlərimizə ehtiramının kitabıdır. "Müdriklik və əsl ziyalılıq mücəssəməsi", "Görkəmli bəstəkar, böyük vətəndaş", "Unudulmaz insan, görkəmli hüquqşünas" və başqa məqalələri (oçerkləri) oxuduqca Bəxtiyar müəllimin özünün obrazını da görürsən: böyük vətəndaş, sədaqətli zabit, ədəbiyyatımıza, incəsənətimizə vurğunluq, el-oba adamı kimi böyük ehtiramlarla əhatələnən ağsaqqal...
Belə ömür yaşayır Bəxtiyar müəllim.
Bu dumduru ömür deyir ki, xalqını, millətini, dövlətçiliyini, dövlətini sevənlər ömrün dünənlərini könül xoşluğuyla xatırlayır. İllərin o üzündə qalanlar Bəxtiyar müəllimin savadının, insanlara münasibətinin, işə sevgisinin, xalqın mənəvi dəyərlərinə vurğunluğunun yaddaşıdı. Bu günün gəncləri üçün özü numunədi, zaman anlamında sabahlar onun haqqında deyilənlər örnək olacaq.
Bəxtiyar müəlllimin "əbədiyaşarlar" kitabı belə ömürləri yaşadan kitabdı...
Bəxtiyar müəllim günah
yiyəsi olmayacaq, çünki
yüz yaşayacaq. Həmin
gün Zəngilanın göm-göy
göy üzünü
yan-yanaşı seyr edəcəyik. Və
bir qədər aralıdan bir
mahnı eşidiləcək: Ömür deyir yaşa hələ...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2021.- 15 iyun.- S.18.