Müsəlman Lenin  

 

Amerikada sərin bir payız  günü "Dallas-Teleqraf" qəzetini oxuyanlar Lenin əkiz qardaşı Sergeyin uşaqlıq, gənclik şəkillərinə böyük təəccüblə baxırdılar. O vaxta qədər heç kim Leninin əkiz qardaşı olduğunu bilmirdi. Qəzet oxucuları Leninin, Sergey Lenin adlı əkiz qardaşı olduğunu öyrənməklə yanaşı, onun müsəlman olduğunu, hətta Həcc ziyarətinə getdiyini bir neçə il Məkkədə qaldığını da öyrəndilər.

 

Çox qısa müddətdə bu xəbərlər qəzetdə dərc olunan fotolar bütün dünyada yayımlanır hamı bir-birinə Leninin müsəlman qardaşı Sergeyin qeyri-adi həyatı barədə danışır. Xəbərə görə, Sergey 22 aprel 1870-ci ildə əkiz qardaşı Vladimir İliçlə birlikdə Ulyanovskda dünyaya gəlir. Vladimir İliçlə əkiz olmasına baxmayaraq, mənəvi cəhətdən əksinə bir uşaq olur. O, uşaq olanda belə, ət yeməyib, heyvanlara sevgi ilə yaxınlaşıb, heç vaxt kiməsə zərər verməyib. 1886-cı ildə evdən ayrılan Sergey Lenin Ufaya gedir orada evlənir. Evləndiyi qız müsəlmandır adı Zühredir. Qardaşı Vladimirlə əlaqəsi az olsa da, o, yaşadığı bölgədəki Kommunist hərəkatlarına qoşulur. 1905-ci ildə Vladimir ondan pul istəyir. Mum ticarətindən yaxşı bir sərvət əldə edən Sergey kommunist ideologiyasına kömək etmək üçün bütün pullarını qardaşına verir. Sergey 1917-ci ildə fəhlə kəndlilərlə ön cəbhədə vuruşur. Rusiyada inqilabın uğur qazanmasına töhfə verir. 1924-cü ildə Vladimir İliç öldükdə, Stalin Leninin əkiz qardaşı Sergeylə əlaqədar bütün rəsmi qeydləri məhv etdirir. Sergey Lenin bir başqırd kəndinə geri çəkilir orada üç qadınla evlənərək sakit bir həyat yaşamağa başlayır.

 

1930-cu ilə qədər Sovet İttifaqında qalan Sergey Lenin Stalinin təzyiqinə dözməyərək ölkəni tərk etdir əvvəlcə Trotskiyə yaxın olmaq üçün Meksikaya köçür. Meksikada "Tarixin dönüşü" dastanını yazır. Köhnə fikirlərindən dönən Sergey kommunist sisteminin islamlaşaraq humanist bir ideologiyaya çevriləcəyini iddia edir.

 

Düşüncələrini daha da inkişaf etdirmək üçün o, Məkkəyə gedir, orada həm təhsil alır, həm yenidən evlənir.

 

Avropa mediasına etirazım - Orxan Aras

 

İki-üç il Məkkədə qalan Sergey Lenin, Kuba inqilabından sonra Fidel Kastro ilə görüşmək üçün Kubaya gedir. Kastro tərəfindən isti qarşılanan Sergey Lenin ömrünün sonuna qədər, yəni 1965-ci ilədək Kubada yaşayıb, orada da dünyasını dəyişir.

 

Bu maraqlı hekayə dildən-dilə düşür Müsəlman Lenin haqqında daha sirli şayiələrin yayılmasına səbəb olur. Hekayənin əsas qəhrəmanı 1968-ci ildə Başqırdıstanda anadan olan sürrealist rəssam Rinat Voligamsidir (Rinat İsmagilov). Rinat 1989-cu ildə Ufada memarlıq təhsili alır daha sonra maraqlı, fantastik kolleksiyaları ilə Rusiya Federasiyasının Dövlət mükafatını qazanır. Xaricdə çox fərqli dizaynları ilə tanınan Rinat qısa müddətdə uğurlu əsərləri üçün Repin mükafatını alaraq Kandinsky mükafatına namizəd olur.

 

2005-ci ildə "Qeyri-rəsmi albom" kolleksiyası ilə bütün dünyada danışılan bir hekayənin yaradıcısı kimi alqışlanır. Amerikadan Avropaya qədər hamı, "Qeyri-rəsmi albom"dakı fotoşəkilləri hekayəni gerçək hesab edərək Leninin bir müsəlman qardaşı olduğunu fərz etməyə başlayır. Sergey Leninin türbanlı fotoşəkilləri davamlı olaraq sosial mediada yayımlanır.

 

Rinat Voligamsi bu albom üçün 21 köhnə fotoşəkil üzərində işləmiş, onları fotomontajlarla əvəz etmişqondarma bir hekayə hazırlamışdı. Bu hekayə "əsl fantaziyaya" çevrilmişti. Sənətçi hadisələri öz fantaziyaları ilə şərh etməyin insan düşüncəsində yeniliklər yaradacağı fikrini müdafiə edir.

 

525-ci qəzet.- 2021.- 15 iyun.- S.16.