Qurtuluş yolunun
memarı
Ötən əsrin 80-ci illərinin
sonu, 90-cı illərinin
əvvəlində Azərbaycan
torpaqlarının Ermənistan
silahlı qüvvələri
tərəfindən davamlı
işğalı, getdikcə
gərginləşən siyasi
vəziyyət, əhalinin
gündən-günə ağırlaşan
sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.
Hər gün Azərbaycanın müxtəlif
yerlərindən Naxçıvana
nümayəndələr yollanır,
teleqram teleqram ardınca göndərilir,
böyük siyasi xadim Heydər Əliyev dar ayaqda Azərbaycan xalqının harayına çatmağa dəvət
edilirdi. Cəmiyyətin bütün təbəqələri
əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır
və dözülməz
vəziyyətdən çıxarmağa
qadir yeganə şəxsiyyət məhz
Heydər Əliyevdir.
Əslində, bu, bütün
xalqın ürəyinin
səsi idi. Xalqımız Heydər Əliyevin
ətrafında sıx
birləşməklə öz
gələcək taleyini
özü həll etmək istəyirdi. Belə bir ağır,
çıxılmaz vəziyyətdə
Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağladı, ölkənin
düşmüş olduğu
ağır bəlalardan
yalnız onun zəkası sayəsində
xilas ediləcəyinə
inanırdı. Tarixi prosesləri
araşdırdıqca bir
daha aydın olur ki, Heydər
Əliyevin 1993-cü ilin
15 iyununda Azərbaycanda
siyasi hakimiyyətə
xilaskar missiyalı qayıdışı bizi
milli müstəqilliyimizi
itirmək təhlükəsindən
xilas etdi.
1990-cı illərin əvvəlində
Azərbaycan olduqca mürəkkəb vəziyyətlə
qarşı-qarşıya idi
və faktiki olaraq siyasi, iqtisadi böhran dərin tənəzzülə
yol açmışdı. Belə bir
şəraitdə həm
müstəqilliyin qorunub
saxlanılması, həm
də milli dirçəlişin təməlinin
qoyulması istiqamətində
Ulu öndər Heydər Əliyev misilsiz xidmətlər göstərdi.
"Mənim həyatım
da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən
qalxmasına həsr olunacaqdır" - deyən
Ümummilli lider problemlərin həlli üçün ölkədə
vətəndaş həmrəyliyini,
sabitliyi son dərəcə
vacib sayırdı:
"Əgər respublikada
ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət
gedə bilməz". Heydər Əliyev öz
xilaskarlıq missiyası
ilə Azərbaycanın
müstəqilliyini qorudu,
respublikada tüğyan
edən ictimai-siyasi böhranı aradan qaldırdı və dinamik inkişafın təməlini qoydu. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi,
Azərbaycan vətəndaş
müharibəsindən və
parçalanma təhlükəsindən
xilas oldu.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı
çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin
gələcək inkişaf
strategiyasını elan
etdi və sonrakı illərdə onu uğurla və ardıcıl şəkildə həyata
keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, digər vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli
liderin iradəsi sayəsində reallığa
çevrildi. Ulu öndər
Heydər Əliyev milli dövlətçiliyimizin
mükəmməl konsepsiyasını
yaratdı. Dahi şəxsiyyətin
müdrikliyi və qətiyyəti sayəsində
Azərbaycan müstəqil,
demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna çıxdı. Azərbaycan
daxilində yaranmış
nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə
artan inam və maraqdan istifadə edərək
1994-cü il sentyabrın 20-də "Əsrin
müqaviləsi" adlandırılan
ilk neft müqaviləsi
imzalandı. Onun gerçəkləşdirilməsi
Heydər Əliyev tərəfindən işlənib
hazırlanmış və
müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasını təşkil
edən yeni neft strategiyasının həyata keçirilməsinin
parlaq təzahürüdür.
Bunun da nəticəsində
1994-cü ilin mayında
ölkəmiz üçün
həyati əhəmiyyət
kəsb edən atəşkəs əldə
edilmişdi. Azərbaycan
Respublikası Konstitusiyasının
qəbul edilməsi,
1995-ci və 2000-ci illərdə
çoxpartiyalılıq əsasında
parlament seçkilərinin
keçirilməsi, Konstitusiya
Məhkəməsinin təşkili,
mətbuatda senzuranın
aradan qaldırılması,
yerli özünüidarəetmə
orqanlarının-bələdiyyələrin
yaradılması kimi köklü islahatlar məhz Heydər Əliyevin siyasi iradəsi, həmçinin,
məqsədyönlü fəaliyyəti
sayəsində mümkün
olmuşdu. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz
tədbirlərin nəticəsi
kimi, bir tərəfdən milli ordunun formalaşdırılması,
Azərbaycanın milli
mənafelərini qorumağa
qadir nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın
müdafiə olunması
ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə
nail olmaq üçün
bütün siyasi və diplomatik vasitələr işə
salındı.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə
İnstitutu
Ulu öndər
Heydər Əliyevin, qazandığı uğur
və nailiyyətlərin
davamlı olmasını
təmin etmək üçün göstərdiyi
böyük fədakarlıqlarından,
müstəsna xidmətlərindən
biri də özündən sonra ölkəmizə layiqincə
rəhbərlik edəcək,
xalqın alternativsiz liderinə çevriləcək
davamçı - siyasi
varis yetişdirməsindədir.
Azərbaycan xalqının dahi
öndəri Heydər
Əliyev 2003-cü il prezident seçkiləri dövründə
cənab İlham Əliyevi şəxsiyyət
və dövlət xadimi kimi xarakterizə
edərkən deyirdi:
"İlham Əliyev
yüksək intellektli,
praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir siyasətçdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirəcək, Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim
axıra çatdıra
bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri, İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə
ümidlər bəsləyirəm".
"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm"
- ifadəsi İlham Əliyevin bütövlükdə
xarakter cizgilərini, onun imkan və
potensialını, böyük
qabiliyyət və bacarığını ifadə
edirdi. Yeni dövrün görkəmli
siyasətçisi və
dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün
böyük siyasətdə,
beynəlxalq münasibətlərdə,
ölkədaxili məsələlərin
həllində, dövlət
idarəçiliyində Heydər
Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir.
Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən
bu gün müasir dövrün tələbləri və reallıqlarına müvafiq
surətdə uğurla
davam etdirilir. İlham Əlyevin
hakimiyyəti həmin
qranit dövlətçilik
pyedestalı üzərində
ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı
reallıqlarının və
yeni dövlətçilik
təfəkkürünün işığında yanaşmaq,
qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək Prezident İlham Əliyevin dövləti idarəetməsinin
əsasını təşkil
edir. 2020-ci ildə
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
Silahlı Qüvvələri
qısa müddət ərzində Ermənistanın
30 il ərzində havadarlarının dəstəyi
ilə qurduğu ordusunu darmadağın etdilər. Öz torpaqlarında Vətən
müharibəsinə qalxan
Azərbaycanın gücünü
təkcə məğlub
işğalçı Ermənistan
deyil, bütün dünya gördü.
Rəşadətli Ordumuz Vətən
torpaqlarından işğalçı
vətənsizləri qovaraq
Azərbaycanın ərazi
bütövlüyünü, toxunulmazlığını təmin
etdi. Qüdrətli Azərbaycan Ordusu
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər
tarixi yazdı. Öz torpaqlarında Vətən
müharibəsinə qalxan
Azərbaycanın gücünü
təkcə məğlub
işğalçı Ermənistan
deyil, bütün dünya gördü.
Bizim üçün
böyük fəxrdir
ki, möhtərəm
Prezident və rəşadətli Ordumuz nəticəsində torpaqlarımız
erməni daşnaqlarından
azad olundu. Azərbaycan
2021-ci ilə iqtisadi inkişaf hədəflərini
açıqlayıb və
qarşıda ölkə
iqtisadiyyatını yenidən
qaldırmaq, inkişaf
etdirmək, 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını
yenidən dirçəltmək
kimi şanlı missiya dayanır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanı
yeni zirvələrə
dogru aparmaqdadır.
Xüsusilə Vətən müharibəsində
müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
altında şanlı
ordumuzun qazandığı
tarixi zəfərin misli-bərabəri yoxdur.
Rəşadətli Ordumuz Vətən
torpaqlarından işğalçı
vətənsizləri qovaraq
Azərbaycanın ərazi
bütövlüyünü, toxunulmazlığını təmin
etdi. Prezident İlham Əliyevin
adı böyük Xilaskar, Qəhrəman kimi tariximizə əbədi həkk olundu.
Günel MƏLİKLİ
Siyasi elmlər üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 15 iyun.- S.7.