Ana dilimizin tədqiqinə
töhfə
Türk dillərinin fonetik, qrammatik və leksik cəhətlərinin
araşdırılması Mahmud Kaşğarinin lüğətindən
başlasa da, stabil xarakter daşımayıb və uzun dövrlər, ümumiyyətlə, qaranlıqda
qalıb və tədqiq olunmayıb. Yalnız xarici
türkoloqların iştirakı
və bilavasitə araşdırmalarıyla tədqiqatlara
rəvac verilib.
XX əsr sözün
əsl mənasında
bu sahədə böyük nailiyyətlər
əsri adlandırıla
bilər. Həqiqətən də, bu əsrdən bir çox türk xalqının dili akademik səviyyədə
araşdılmağa başlanıb
və xeyli elmi nəticələr əldə edilib. Təəssüf doğuran məqam
budur ki, həmin araşdırmalar
lokal xarakter daşıyıb və ümumi bir türk dili və ləhcələri kontekstindən məsələyə
nadir halda yanaşılıb.
Qətibə Mahmudovanın "Müasir
türk dillərində
sözyaratma üsulları"
adlı əsəri məhz bu sahədəki
boşluqları dolduracaq
elmi nailiyyətlərdəndir. Sözyaratma üsullarına
ümumi türk dili prizmasından yanaşan müəllif uğurlu bir işə imza atıb. Bəzən
ümidverici bir elmi mövzu tədqiqatçının
diqqətini çəkir.
Nəticədə, bəzən
möhtəşəm reklam
adları ilə ortabab əsərlərdən
daha mühüm əsər ortaya çıxır. Və dərhal vurğulamaq lazımdır ki, qarşımızda təsirli
bir mənbə bazasına və müəllifin
dərin analitik işinə əsaslanan möhkəm elmi araşdırmamız var. Geniş
elmi dövriyyəyə
zəngin faktiki
material təqdim edən
müəllif dünyagörüş
aspektindən yayınmır.
Girişdə ayrıca vurğulanır:
"Bildiyimiz kimi, qərb dünyası elm və texnikada əhəmiyyətli dərəcədə
uğurlar qazanmışdır.
Yeni kəşf və icadlar, xüsusilə informasiya texnologiyasındakı
yeniliklər Qərbdən
türkdilli ölkələrə
güclü sürətdə
yeni söz axınına şərait
yaratmışdır. Bəzən bu sözlər olduğu kimi qəbul olunub dildə işlənmiş,
bəzənsə, bunlara
qarşılıq kimi
yeniləri yaranmışdır".
Qətibə Mahmudova həm strateji hədəflər,
həm də real nəticələr baxımından,
çoxşaxəli bir
mövzu araşdırıb.
Nəticədə mükəmməl, möhkəm,
ehtiyac duyulan bir kitab ərsəyə
gəldi. Təhsil prosesinə də
çox uyğundur və universitetlərdə
türkologiya istiqaməti
üzrə olan fənn dərslərində
dərslik kimi çıxış edə
bilər. Eyni zamanda,
türk dilləri qrammatikasıyla ilə
"sadəcə" maraqlananların
müraciət edəcəyi
əsərlərdən biridir.
Hər hansı
bir elmi araşdırmanın effektivliyi
və səmərəliliyi
tədqiqatçının bilik dərəcəsindən
asılıdır. Tədqiqatçı
tədqiqatın əsas
mövzusunun təhlili
və diaqnoz səviyyəsini məntiqi
olaraq qurur və
qarşıya qoyulmuş
məqsədə çatmağa
çalışır. Qətibə Mahmudovanın son kitabında
əsas xətlər kifayət qədər əsaslandırılmış şəkildə göstərilib. Söz yaradılığına və üsullarına, eləcə də vasitələrinə xüsusi
diqqət yetirilir.
Monoqrafiya konstruktiv və
praktikdir.
Kitabın quruluşu bir-biri ilə əlaqəli iki fəsil şəklində təqdim
olunur. Dili səlis və
axıcıdır.
Birinci fəsildə
nəzəri və metodoloji məsələlərdən
bəhs olunur. Söz yaratma
üsullarının fonetik,
morfoloji, sintaktik tərəfləri geniş
işqlandırılır.
Müəllif əsərin birinci fəslində problemi ətraflı şəkildə
işıqlandırdı. Həm sözyaradıcılığı
probleminin dünya dilçiliyində qoyuluşu,
həm türk dillərində məsələnin
araşdırılması müəllif
baxış bucağını
dilə gətirdi.
"Müasir türk
dillərində fonetik
yolla sözyaratma"
adlanan yarımfəsildə
müəllif türk
dillərində sözlərin
kökündə mövcud
olan səs dəyişimləri haqda bəhs edərkən vurğulayır ki, bu dəyişimlər sözyaratmaya gətirib çıxarır ki, bunun da qədim
bir tarixi vardır. Doğrudur, müəllif bu
üsulu artıq türk dilləri üçün aktual hesab etməsə də, bu üsulun
araşdırılmasını problemin dərindən öyrənilməsində vacib
addım hesab edir.
Müəllif yazır: "Mürəkkəb sözlərin sadələşmə meylində səs düşümündən, səslərin əvəzlənməsindən, səslərin yerdəyişməsindən bəhs edilir. Yəni mürəkkəb sözlərin sadələşməsində fonetik yolla söz yaradıcılığı da rol oynayır. Maraqlıdır ki, burada fonetik yolla sözyaratma sanki başqa bir sözyaratma üsulunun reallaşmasında rol oynayır. Məsələn, alıbbar-appar- apar".
Göründüyü kimi, Qətibə Mahmudova məsələni dərindən araşdırıb və vicdanlı bir tədqiqatçı kimi qarşısına qoyduğu məqsədə, vurğulamaq istədiyi məqamlara məsuliyyətlə yanaşıb.
İkinci fəsildə müəllif türk dillərində sözyaratma proseslərinə toxunub. Qeyd edək ki, müəllif bu fəsildə də qarşısına qoyduğu məqsədə çata bilib. Proseslər dərindən izlənilib və ən əsası, düzgün nəticələr əldə edilib.
Sözyaratma proseslərini müxtəlif aspektlərdən işıqlandıran alim konversiya kimi mühüm məsələni də tədqiqat dışında qoymayıb və doğru istiqamətdə yol alıb. Məsələnin araşdırılması mürəkkəbliyi ilə fərqlənir, proseslərin daha dərindən əsaslandırılması diqqəti cəlb edir.
Qətibə Mahmudova əsərin sonunda qeyri-məhsuldar üsullara toxunmaqla əslində, gələcəkdə istifadə edə biləcəyimiz passiv fondun vacibliyini bir daha vurğulayıb.
Müəllif sözyaratma üsullarının inkişaf xüsusiyyətlərini düzgün qeyd edir və bu səbəbdən də xüsusi vurğulamaq istərdim ki, bu işin əhəmiyyəti danılmazdır.
İlahə QURBANLI
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 17 iyun.- S.13.