Xanlıqlar dövrü: üç dildə zəngin mənbə

 

Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutan xanlıqlar dövrünə aid daha bir sanballı tədqiqat əsəri bu yaxınlarda Xəzər Universiteti nəşriyyatı tərəfindən oxuculara təqdim edilib.

 

"Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquqi sistemi, pul dövriyyəsi sikkə zərbi" adlı 360 səhifəlik kitab "AFRPoliqraAF" mətbəəsində nəfis şəkildə çap edilib. Kitabın müəllifləri hüquq üzrə fəlsəfə doktoru Rəşid Rzayev, tarix elmləri doktorları, professorlar Camal Mustafayev Abbas Seyidovdur. Kitab AMEA Arxeologiya Etnoqrafiya İnstitunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub. 

 

"Azərbaycan xanlıqları", "İnzibati idarəçilik məhkəmə sistemi", "Pul dövriyyəsi sikkə zərbi" bölmələrindən ibarət olan kitabda XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində Azərbaycan ərazisində mövcud olmuş iyirmidən artıq xanlığın siyasi həyatı, dövlətçilik rəmzləri, inzibati idarəçilik hüquq sistemi, pul dövriyyəsi sikkə zərbinə dair yeni, yığcam ümumiləşdirilmiş materiallar yer alıb. Kitaba müxtəlif muzeylərdə nümayiş olunan bayraq, şeşpər, buncuq digər əşyalarla yanaşı, həmmüəlliflərdən Rəşid Rzayevin 50 ildən artıq topladığı xanlıqlar dövrünə aid gümüş misdən hazırlanmış seçmə numizmatik materiallar barədə məlumatlar rəngli fotoşəkillər daxil edilib. Kitabda mətnlərin Azərbaycan dili ilə yanaşı, rus ingilis dillərdə verilməsi onun maraqlı dəyərli elmi mənbə kimi əhəmiyyətini artırır, yayım coğrafiyasının genişlənməsinə imkan yaradır. Burada materiallar magistr, doktorant, numizmatlar üçün dəyərli olduğu qədər, geniş oxucu kütləsi üçün maraqlı oxunaqlıdır.

 

Müəlliflər kitaba yazdıqları ön sözdə Yaxın Orta Şərqin Atabəylər (Eldənizlər), Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər Əfşar dövləti kimi nəhəng imperiyalarını qurmuş Azərbaycan xalqının XVIII əsrin ortalarında milli dövlətçiliyin yaradılması istiqamətində atdığı addımları xatırladırlar. Qeyd olunur ki, 1747-ci ildə Nadir şah Əfşarın imperiyasının süqutundan sonra Azərbaycanın tarixi torpaqları hüdudlarında iyirmidən artıq müstəqil yarımasılı xanlıq meydana gəldi, ölkənin şimalında mərkəzi hissələrində Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Gəncə, İrəvan, Naxçıvan, Lənkəran, Dərbənd, Salyan Cavad xanlıqları, cənubunda isə Təbriz, Urmiya, Xoy, Maku, Qaradağ,  Marağa, Ərdəbil, Sərab, Zəncan xanlıqları yarandı. Tarixən qısa bir dövrdə - XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində mövcud olduqlarına baxmayaraq, xanlıqlar müstəqil dövlətlərə xas bütün xüsusiyyətlərə malik idi. Özünə məxsus dövlət aparatı, sərhədləri, ordusu, xəzinəsi, gerbi, bayrağı, pulu, şeşpəri, buncuqu, vergi sistemi, ölçü çəki vahidləri olan xanlıqların hər biri haqqında kitabda ayrıca məqalə verilib. Zəngin tarixi məlumatlar əsasında yazılmış məqalələr hər bir xanlığın inzibati ərazisinin xəritəsi ilə müşayiət olunur.

 

Kitabda diqqətə çatdırılır ki, Azərbaycan xanlıqları ilə bağlı qiymətli materialların bir qismini dövlətçilik rəmzləri, inzibati idarəçilik hüquqi sistemi sikkə zərbi pul dövriyyəsi təşkil edir. Şamaxı xanı Məhəmməd Qasım xanın, Bakı xanı II Mirzə Məhəmməd xanın möhürləri qiymətli tapıntılar sırasındadır. Bu dövrə aid xanlıqlara məxsus bayraqlar, gerblər, gümüş misdən hazırlanmış numizmatik materiallar dövlətçilik tariximizin öyrənilməsi üçün dəyərli mənbələrdir.

 

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar Bayraqlar Fondunda xanlıqlar dövrünə aid 12 bayraq qorunub saxlanılır. Burada Bakı xanlığının 9 bayrağından biri, İrəvan xanlığının 4 bayrağından ikisi, Gəncə xanlığının 9 bayrağından dördü (Gəncə xanlığına aid bir bayraq da Gəncə Tarix-Diyarşünaslıq Muzeyində qorunur), Şəki xanlığının 6 bayrağından üçü, Təbriz Xoy xanlıqlarının hərəsinin bir bayrağı nümayiş olunur.

 

Müəlliflərin fikrincə, Azərbaycan xanlarının bəzilərinin fəaliyyətində azərbaycançılıq ideyası özünü aydın şəkildə biruzə verib. Hakimiyyət başında olduğu bütün dövr ərzində torpaqlarımızın birləşdirilməsi uğrunda yorulmadan mübarizə aparmış qubalı Fətəli xan yalnız Quba xanlığının deyil, həm bütün Azərbaycan torpaqlarının təəssübkeşi kimi çıxış edir, özünü qonşu dövlətlərə Azərbaycanın hökmdarı kimi tanıtdırmağa çalışırdı. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir tərəfdən Azərbaycanın özündə yaranmış mürəkkəb ictimai-siyasi şərait, digər tərəfdən isə Rusiyanın İran-Qacar dövlətinin qəsbkarlıq siyasəti xanlıqların vahid dövlətdə birləşmələrinə imkan vermədi.

 

Kitabın elmi redaktoru - tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Tofiq Mustafazadə, rəyçilər - hüquq elmləri doktoru Mirəli Kazımov,  tarix üzrə fəlsəfə doktoru Emiliya Əliyeva   AMEA-nın  Arxeologiya Etnoqrafiya İnstitutunun "Numizmatika epiqrafika" şöbəsinin müdiri Akif Quliyevdir.

 

Azərbaycanın milli dövlətçilik tarixinə işıq tutan "Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquqi sistemi, pul dövriyyəsi sikkə zərbi" kitabı yeni elmi araşdırmalara təkan verməklə yanaşı, gənc nəslin vətənpərvərlik tərbiyəsi üçün faydalı vəsait ola bilər.

 

Orxan ASLAN

 

525-ci qəzet.- 2021.- 19 iyun.- S.19.