Milli Kitabxanadan” 18 iyun Milli
İnsan Hüquqları Günü” sərgi
Mayın
30-da Milli Kitabxanada ölkəmizdə mayın
18-dən iyunun 18-dək elan
olunmuş İnsan Hüquqları Aylığı
çərçivəsində Bakı Dövlət Universitetinin və digər ali
məktəb tələbələrinin,
gənc oxucuların iştirakı ilə
"İnsan hüquqları"
adlı sərgi-diskusiya
təşkil olunub.
Tədbirdə qeyd edilib ki, hər kəsin
doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır
və bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər
qarşısında məsuliyyətini,
vəzifələrini əhatə
edir, vətəndaşın
hüquqları şəxsin
müəyyən dövlətə
məxsusluğu ilə
bağlıdır və
onlar dövlət tərəfindən müdafiə
olunur.
Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə
təminat verir, istinasız olaraq hakimiyyətin bütün
qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət,
onların müdafiəsi,
dəstəklənməsi, eləcə də həyata keçirilməsi
vəzifələrini ehtiva
edir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli
Sərəncamı ilə
iyunun 18-i ölkəmizdə
İnsan Hüquqları
Günü kimi qeyd olunur.
Azərbaycan Respublikası insan hüquqları sahəsində
əsas beynəlxalq sənədlərə qoşulmaqla
yanaşı, onlardan irəli gələn müddəaların həyata
keçirilməsi istiqamətində
beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq
edir. Bu təşkilatların
sırasında BMT-nin
insan hüquqlarının
təşviqi və müdafiəsi sahəsində
fəaliyyət göstərən
müxtəlif qurumları,
ATƏT, Avropa Şurası
və Avropa İttifaqı mühüm
yer tutur.
Sərgidə insan hüquq və azadlıqlarının bütün sahələrindən bəhs edən
müxtəlif dillərdə kitablar və
dövri mətbuat materialları nümayiş edilir. "İnsan hüquqları" adlı sərgi-diskusiya
bir həftə davam
edəcək.
525-ci qəzet.- 2021.- 19 iyun.- S.13.