"İstedadı yox, bacarığı olanlar sosial şəbəkədə daha çox aktivdirlər"

 

GƏNC İFAÇI KƏNAN QƏDİMOV: "MUSİQİNİ DAYIM KAZBEK ƏLİYEVİN SAYƏSİNDƏ SEVMİŞƏM"

Sosial şəbəkələrdə parlayanlar

 

Onun həyatı birbaşa musiqiyə bağlıdır. Özünün dediyinə görə, musiqi ilə yaşayır özünü musiqisiz təsəvvür etmir. Həmsöhbətimiz arzularını musiqiyə bağlayan gənc musiqiçi Kənan Qədimovdur. 

 

- Kənan bəy, əvvəlcə bir az özünüz haqda danışın.

 

- Ziyalı ailəsində doğulmuşam. Uşaqlıqdan musiqiyə həvəsim böyük olub. 7 yaşımdan Sumqayıt şəhərində Qara Qarayev adına 1 saylı musiqi məktəbində skripka üzrə təhsil almışam. Daha sonra Soltan Hacıbəyov adına musiqi məktəbinə daxil olmuşam. Oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə daxil olmuşam. Bu illərdə bir çox Beynəlxalq festivalların qalibi olmuşam. Hazırda Az.TV Hərbi orkestrin solistiyəm.

 

- Sosial şəbəkələrlə tanışlığınız necə başladı?

 

- Sosial şəbəkələrə bir o qədər meyilli olmamışam. Son illərdə başa düşdüm ki, artıq buradan istifadə etmək lazımdır.

 

- Musiqi istedadınız zaman üzə çıxdı?

 

- Skripkanı dayım müəllimim Kazbek Əliyevə görə sevmişəm. Elə musiqiyə olan marağım da bundan sonra yarandı.

 

- Ailədə sizdən başqa musiqiçi varmı?

 

- Xeyr, ailəmizdə tək musiqiçi mənəm.

 

- Sosial şəbəkələrin imkanlarından dərəcədə razısınız?

 

- Açığı, bu məkanlardan həm razıyam, həm narazıyam. Nədənsə keyfiyyətli işlərdən daha çox keyfiyyətsiz işləri dəyərləndiririk.

 

- İstedadı olmayan şəxslərin sosial şəbəkələrdə məşhurlaşmağı çox vaxt insanlar tərəfindən tənqidə tuş gəlir. Siz deyə bilərsiniz, istedadsız şəxslərin fenomen olması dərəcədə realdır?

 

- Sosial şəbəkədə aktiv olanların çoxuna diqqət yetirsək, görərik ki, onların istedadı yox, bacarığı güclüdür.

 

- Ən böyük arzunuz nədir?

 

- Arzum odur ki, musiqimiz normal vəziyyətə gəlsin. Efirlərdə savadlı ifaçıları görək.

 

- Müasir retro sənətkarlardan kimlərin ifasını dinləyirsiniz?

 

- Uşaqlıqdan Müslüm Maqomayev Rəşid Behbudovu dinləmişəm. Dünya estradası ulduzlarını da dinləyirəm.

 

- Sizcə, bu gün gənclərin bayağı mahnılara üstünlük verməsinin səbəbi nədir?

 

- Məncə, burada əsas məsələ zövqün necə formalaşmasıdır.

 

- Kitab oxumaqla aranız necədir?

 

- Kitab oxumaqla aram yaxşıdır, təki həmişə buna vaxt olsun.

 

- Özünüz hansı ifanızı daha uğurlu hesab edirsiniz?

 

- Son işlərimi daha çox bəyənirəm. Hansı ki, onların musiqisi sözləri mənə aiddir. O mahnılarda özümü görürəm.

 

- Bir qədər hazırkı fəaliyyətiniz gələcəkdəki planlarınız barədə danışardınız...

 

- Planlarımın ən birincisi izləyicilərimə tez-tez yeni mahnı kliplər təqdim etməkdir.

 

Günel ABBAS

 

525-ci qəzet.- 2021.- 23 iyun.- S.22.