Milli səhiyyə sistemimizin təməl daşları  

 

BU SAHƏDƏ ATILAN İLK ADDIMLAR AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN ƏN MÜHÜM NAİLİYYƏTLƏRİ SIRASINDADIR

 

1918-ci ilin iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli səhiyyə sisteminin əsası qoyulub. Həmin tarix Ümummilli lider Heydər Əliyevin 2001-ci ilin iyunun 4-də imzaladığı Sərəncama əsasən Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

 

Səhiyyə sisteminin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiy-yətlərindən hesab olunur. 1918-ci ilin iyunun 17-də Fətəli xan Xoyskinin Gəncədə formalaşdırdığı ikinci hökumət kabinetində Himayədarlıq Xalq Səhiyyəsi Nazirliyi təsis edilmiş Xudadad bəy Rəfibəyli Cümhuriyyətin bu sahədə ilk naziri təyin olunmuşdu. 1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra hökumət Gəncədən Bakıya köçürülmüş oktyabrın 6-da tərkibində dəyişikliklər edilmişdi. Bu zaman Xalq Səhiyyəsi Himayədarlıq Nazirliyi ayrılaraq iki müstəqil quruma çevrilmişdi. 1919-cu  il dekabrın 24-də beşinci hökumət kabineti təşkil olunan zaman Himayədarlıq Xalq Səhiyyəsi nazirlikləri yenidən birləşdirilmiş Musa bəy Rəfiyev Azərbaycan Xalq Cümhuriyyətinin bu sahədə son naziri kimi fəaliyyət göstərmişdi.

 

Ziddiyyətli zaman kəsiyində təşkil olunan Xalq Səhiyyəsi Nazirliyi ilkin vaxtlarda qarşısına iki mühüm vəzifənin icrasını qoymuşdu. Əvvəla, bütün ölkə ərazisində əhalinin sağlamlığını təmin etmək üçün tədbirlər görmək mövcud xəstəliklərin statistikasını minimuma endirmək lazım idi. İkincisi isə, antisanitariya şəraitində yaşayan əhaliyə yardım məqsədilə məişətdə, ətraf mühitdə sağlamlığa mənfi təsir göstərən faktorların qarşısı alınmalı idi.

 

Yaşayış yerlərinin pis vəziyyətdə olması, su təchizatı problemi, insanların sanitar-gigiyenik qaydalara əməl etməməsi yoluxucu xəstəliklərin yayılmasına səbəb olurdu. Yaşayış məntəqələri, qəsəbələr, kəndlərin sistemsiz salınması, bəzi yerlərdə su borularının, kanalizasiya sisteminin olmaması antisanitar vəziyyət yaratmışdı. Bunun üçün tibbi, sanitar, texniki, iqtisadi səciyyə daşıyan ölçülər götürülməli idi. Bu məqsədlə nazirliyin nəzdində xüsusi komissiya təşkil edilmişdi. Komissiya əhalinin sağlamlığının təmin edilməsi üçün planlar hazırlamalı, şəhərin təmizlənməsi məqsədilə bağların evlərin salınması ilə məşğul olmalı idi. Bir sözlə, komissiyanın öhdəsində  ölkə əhalisinin sağlamlaşdırılması ilə bağlı planını həyata keçirmək dayanırdı. Lakin ölkə ərazisində geniş yatalaq epidemiyasının yayılması bu planların gerçəkləşdirilməsinə mane olmuşdu. Bu səbəbdən Xalq Səhiyyəsi Nazirliyi nəzərdə tutduğu layihəni təxirə salmaq məcburiyyətində qalmış bütün gücünü epidemiya ilə "vuruşmağa"  yönəltmişdi.

 

Vətəndaş müharibəsinin dəhşətli nəticələri, mart ayında ölkə ərazisində daşnak-bolşevik birləşmələri tərəfindən müsəlmanlara qarşı törədilən soyqırım, fasilələrlə davam edən kütləvi qırğınlar bunlardan irəli gələn aclıq, qaçqınların çoxluğu, onlar üçün normal yaşayış şəraitinin olmaması şəhər daxilində vaxtilə sanitar-gigiyena işlərinin zəif qurulması yoluxucu xəstəliklərin artmasına səbəb olurdu.

 

1918-ci ilin sonları - 1919-cu ilin əvvəllərində Bakı şəhərində yatalaq epidemiyası yayılmışdı. Bu dövrdə Bakı şəhəri sanitar-epidemik baxımından əlverişli deyildi. Bütün yoluxucu xəstəliklərin kökünü birdəfəlik kəsmək qeyri-mümkün idi. Səpkili yatalaq, difteriya, skarlatin, vəba kimi xəstəliklər insanların həyatına son qoyurdu.

 

Su təchizatı işinin bəsitliyi, ifrazat məhsullarının tullanılmasında yaranan problemlər mədə-bağırsaq xəstəliklərinin əsas daşıyıcılarından idi. Həyat səviyyəsinin aşağı olması, mənzillərdə sakinlərin sıxlığı səfil vəziyyətdə yaşayan insanların şəraiti xəstəliklərin yayılmasının əsas göstəricilərindən hesab olunurdu. Müharibə dövründə Bakı şəhəri şimaldan cənubdan qaçqınların kütləvi surətdə axışdığı əraziyə çevrilmişdi. Sıxlığın yarandığı bir şəraitdə yatalaq xəstəliyi kütləvi şəkildə yayılmaqda idi. Kanalizasiya sisteminin düzgün qurulmaması  vəziyyəti daha da ciddiləşdirirdi. Su qıtlığı ucbatından sistem düzgün işləmir, borularda tıxanma yaranır, partlayır küçələrdə çirkablı gölməçələr, nohurlar yaranırdı. Bütün bunlarla əlaqədar olaraq, sahə həkimlərinin, feldşerlərin, üzərinə böyük yük düşürdü. Bu sahədə düzgün təbliğata, maariflənməyə ehtiyac duyulurdu. Şəhərdə yayılmış epidemiyalara qarşı mübarizə şəraitində insan həyatını xilas etməyə çalışan həkimlər həm yoxsul əhali arasında sanitar-gigiyenik qaydaların təbliği ilə  məşğul olur, elementar təmizlik qaydalarını onlara öyrədərək maariflənmə işləri aparırdılar.

 

 

 

I Dünya müharibəsi başlanandan sonra yaralı xəstə əsgərlərin Bakıya göndərilməsi ucbatından şəhər daha çox bərbad epidemik vəziyyətə düşmüşdü. Onların arasında yatalağa yoluxanlar da vardı. Bundan başqa, Bakıya yaxın olan Nargin adasında hərbi əsirlər üçün konsentrasiya düşərgələri təşkil olunmuşdu. Bu əsirlərin içərisində ağır formada səpkili yatalaq, xolera xəstəlikləri mövcud idi ki, bunlar da hava yolu ilə şəhərə yayılırdı.

 

Epidemiya zamanı  yoluxmuş xəstə haqqında məlumat alan sanitar həkim həmin ünvana gəlir, xəstənin müalicəxanaya yerləşdirilməsi ilə bağlı tədbirlər görür, dezinfeksiya işinə nəzarət edir evdəki digər şəxslərin xəstə ilə ünsiyyətdə olub- olmamasını müəyyən edirdi. Bütün bu proses olduqca ağır həyat üçün təhlükəli bir idi bunun öhdəsindən yalnız  təcrübəli peşəsinə sevgi  ilə yanaşan həkim  gələ bilərdi.

 

Əyalətlərdə vəziyyət daha ağır idi. Qaçqınların çoxluğu səbəbindən bu ərazilərdə  epidemiya ilə mübarizə ləng gedirdi. Bütün Azərbaycan ərazisində məskunlaşan qaçqınlar arasında yayılmış epidemiyalara qarşı mübarizə aparmaq üçün  xüsusi epidemik dəstələr fəaliyyət göstərirdi. Hökumətin qəbul etdiyi qərara görə, ölkədə yoluxucu xəstəliklərlə əlaqədar hökm sürən əlverişsiz vəziyyətlə bağlı Xalq Səhiyyəsi Nazirliyi bütün imkanlarından istifadə edərək, tibbi-sanitar digər vasitələri yayılan epidemiyaya qarşı yönəltməli idi.  Qaçqınlar arasında yayılmış epidemiya ilə mübarizədə 12 epidemik dəstə təşkil olunmuş   həmin dəstələrin təminatı üçün 4 milyon 266 min rubl ayrılmışdı.

 

Epidemiya əleyhinə fəaliyyət göstərən dəstələrdən əlavə, 1919-cu ilin noyabrında Xalq Səhiyyəsi Nazirliyi tərəfindən daha 15 həkim-nəzarət dəstəsi yaradılmış qaçqınların kompakt yaşadıqları bölgələrə ezam olunmuşdu. 33 kənd xəstəxanasının mövcud olmasına baxmayaraq, bəzi tibbi məntəqələrdə tibbi xidmət çatışmazlığı müşahidə olunurdu. Bakı Şuşada bu məqsədlə yeni xəstəxanalar açılmışdı. Hökumət 1919-cu ilin sentyabr ayında Bakıda müvəqqəti müalicəxana açılması haqqında göstəriş vermişdi. Bundan başqa, Xalq Səhiyyəsi Nazirliyinə 35 yeni kənd xəstəxanası və 56 feldşer məntəqəsinin də açılmasına icazə verilmişdi. Bu işin həyata keçirilməsi üçün dövlət xəzinəsindən 43 321 950 rubl da ayrılmışdı.

 

Şuşada xəstəxananın açılması xüsusilə əhəmiyyət kəsb edirdi. Şuşa Qarabağın mərkəzi olduğundan, bütün Qarabağ əhalisinin əksəriyyətinin ehtiyacını ödəyə bilərdi. Pulsuz xəstəxana burada 1919-cu ilin fevral ayından fəaliyyət göstərirdi. Parlamentin qərarına əsasən, 1919-cu ilin iyulun 1-dən bu xəstəxananın yerində 30 çarpayılıq pulsuz hökumət şəhər xəstəxanası fəaliyyətə başlamışdı. Xəstəxananın  1920-ci il üçün 50 çarpayılıq olması nəzərdə tutulurdu.

 

Bəhs edilən dövrdə Bakıda ən böyük xəstəxanalar sırasında Mixaylovskaya xəstəxanasını, neft mədənlərində çalışan fəhlələr üçün fəaliyyət göstərən müalicəxananı misal göstərmək olar. Bundan başqa, şəxsi klinikalar da fəaliyyət göstərirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə onların sayı xüsusilə artmışdı.

 

Hökumət quberniya səhiyyə idarəsinin yenidən təşkil olunması ilə bağlı göstəriş vermişdibuna 2 318 400 rubl vəsait ayırmışdı.

 

Cümhuriyyət dövründə səhiyyənin təşkilindən danışarkən, bu sahədə təhsilin inkişafına da xüsusi diqqət yetirmək yerinə düşərdi. Milli tibbi kadrların hazırlanması Cümhuriyyət rəhbərlərinin xüsusi diqqətdə saxladığı məsələlərdən biri idi. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində atdığı ən böyük addım Bakı Dövlət Universitetinin yaradılması olmuşdur. Bu böyük təhsil ocağının  açılması digər elm sahələrində olduğu kimi, tibdə də mühüm əhəmiyyətə malik idi. Universitetin tibb fakültəsinin fəaliyyətə başlaması milli kadrların hazırlanması istiqamətində geniş imkanlar açırdı. Fakültədə tədris 10 semestr təşkil edirdi. Bura orta təhsili başa vurmuş oğlanlar və qızlar qəbul olunurdular. Eyni zamanda, ümumi qaydalar əsasında dinləyicilər də mühazirələrdə iştirak edə bilərdilər.

 

Tibb fakültəsi ilə yanaşı, orta təhsil verən Bakı Feldşer Məktəbinin qurulması da xüsusi əhəmiyyətə malik idi. Səhiyyədə, xüsusilə də əyalətlərdə epidemiyaya qarşı mübarizədə feldşerlərə tələbat böyük idi. 1919-cu il  dekabrın 11-də Parlament tərəfindən Bakı Müstəqil Feldşer Məktəbinin Xalq Səhiyyəsi Nazirliyinin tabeliyinə keçməsi haqqında qərar qəbul edilmişdi. Bundan sonra Parlament məktəbə yardım məqsədilə 68 400 rubl ayrılması haqqında göstəriş  vermişdi. Məktəbə orta təhsilin ən az 4 pilləsini bitirən şəxslər qəbul edilirdi. Təhsil müddəti 3 il idi. Kursu bitirdikdə dinləyicilər Xalq Səhiyyəsi Nazirliyinin nümayəndələrinin iştirakı ilə bütün tibbi dərslər üzrə sınaqlar verir, müvəffəqiyyət qazandıqları zaman tibbi feldşer diplomu ilə təltif olunurdular.

 

Göründüyü kimi, əhalinin sağlamlığının qorunması Cümhuriyyət hökumətinin qarşısında duran ən vacib məsələlərdən birini təşkil edirdi.  Bunun üçün lazımi şəraitin yaradılması, antisanitariya ilə mübarizənin gücləndirilməsi zəruri idi. Xalq Səhiyyəsi Nazirliyinin qarşısında bu cür böyük və səmərəli nəticə göstərəcək işlər dayanırdı. Lakin təəssüflər olsun ki, aprel işğalı ilə digər sahələrdə olduğu kimi, səhiyyədə də görüləcək işlər yarımçıq qalmışdı.

 

Şəlalə BAĞIROVA

Tarix üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 23 iyun.- S.21.