Əsl elmdən
danışaq
Birinci yazımızda “Web of Science” (Clarivate Analytics) jurnallarındakı
çap olunan məqalələrdən bəhs
etmişdik. Bu günki
yazımızda isə
“Web of Science” elmi verilər
bazasındakı istinadlar
(citations), təsir əmsalı
(impact factor), H-indeks və
Publons rəyləri haqqında vacib məlumatları verəcəyik,
həm də bunlardan sui-istifadə etməyə çalışan
“psevdo-alimlərlə” əlaqəli
neqativ hallara toxunacağıq.
İstinadlar. Müasir elmdə
məqalələrə istinadlar
almaq məqalə çap elətdirmək qədər önəmlidir.
İstinadlar üzrə ən
çox populyar olan təbii ki, elmi verilərin
“Web of Science” bazasıdır. İstinadlarda elm adamlarının diqqətini çəkən
ikinci veri bazası Scopus adlanan veri bazasıdır. Onu da qeyd
edək ki, Scopus bazası Avropa Birliyinin elmi qurumları tərəfindən
yaradılıb və
keçən əsrin
90-cı illərinin ortalarından
bu günə qədər olan elmi veriləri diqqətə alır, halbuki ABŞ-ın başlanğıcda ISI (Elmi
İnformasiyalar İnstitutu)
adlanan “Web Science” bazası
isə 1945-ci ildən
bu günə qədər olan elmi bilgiləri əhatə edir. Buna görə də
istinad ölçümündə
elmi ictimaiyyət daha geniş və daha keyfiyyətli
bilgiləri “Web of Science” bazasından
əidə edir.
Niyə deyirik ki, “Web of Science” bazasındakı
bilgilər daha keyfiyyətlidir: çünki
Scopus jurnallarının bir
çoxu “Web of Science” jurnalları
siyahısına daxil edilməyib, ona görə də bu cür jurnallardakı
məqalələrdən alınan
istinadlar Scopus bazasında
yer alır, amma “Web of Science” bazasında
isə yer almır. İstinadlarda elm adamlarının diqqətini çəkən
üçüncü veri
bazası “Google Scholar” adlanan
veri bazasıdır.
Baxmayaraq
ki, bu bazadakı
bilgiler çox genişdir, amma keyfiyyət nöqteyi-nəzərindən
isə ən düşükdür, çünki
bu baza bütün
mümkün olan jurnallardakı məqalələrdən
alınan istinadları
diqqətə alır.
Heç bir ciddi elmi jurnal
öz səhfəsində
“Google Scholar” tərəfindən indeksləndiyi haqqında bir məlumat vermir, əksinə hər bir ciddi
elmi jurnal birinci olaraq “Web of Science” veri bazasının SCI,
SCI-Exp və ya ESCI indeksləri tərəfindən
darandığı haqqında
məmuniyyətlə bilgi
verirlər. Çox təəsüf ki, ucuz şöhrət
arxasınca qaçan
bəzi “elm” adamları
özlərinin “Google Scholar” bazasından aldıqları
istinadları qabardırlar.
Sonda onu da qeyd edim
ki, “Google Scholar” bazasındaki
istinadlar hər hansı alim haqqında ilkin və dərin olmayan məlumat verir, ama daha
dərin və obyektiv məlumatı “Web
of Science” vəya heç
olmazsa “Scopus” bazasından
əldə edə bilərsiniz.
İstinad mövzusunda bir
məsələyə də
toxunmaq istəyirəm:
İstinadlar çox vacibdir, amma təbii ki, məqalə yazılmalıdır
ki, ona istinad
olsun. Yəni, məqalələr haqqında
reytinq balı
istinadlar haqqında reytinq balından ən az bir
addım öndə olmalıdır, elmi qurumlar müsabiqələr
keçirərkən bunu
mütləq diqqətə
almalıdır. Əlavə
olaraq, onu da qeyd edək
ki, bu müsabiqələrdə
istinad olunan məqalələrdəki müəllif
sayına da diqqət etmək lazımdır, belə ki, elə istinad
alan məqalə var ki, o 10 müəllif
tərəfindən yazılıb,
eləsi də var ki, 1 müəllif
tərəfindən yazılıb,
onda bunların aldığı müsabiqə
balları arasında
10 qat fərq olmalıdır. Bu yanaşma bir çox inkişaf etmiş ölkələrdə
məqalələrə verilən
ballarda da tətbiq edilir, və obyektiv yanaşmadır.
İmpakt faktor. Məqalələrin yüksək impakt
faktorlu jurnallarda çap olunması qədər, onların bu cür jurnallardan
istinad alması da önəmlidir. İmpakt faktor, jurnalın aldığı istinadların
sayını jurnaldakı
məqalələrin sayına
bölünməklə əldə
ediən bir ədədlə göstərilir.
Qeyd edək ki, müxtəlif
veri bazasında jurnallar çox fərqli impakt faktora sahib olur. Məsələn,”Google Scholar”-da
çox yüksək
impakt faktora sahib ola bilərsən,
amma “Web of Science”-de impakt
faktorun isə sıfıra yaxın olur. Ona görə də
hansı bazadakı impakt faktordan söhbət getdiyi önəmlidir. Bu məsələdə də
ən dərin və keyfiyyətli bilgini “Web of Scince” təqdim edir.
Son illərdə müxtəlif
“elmi” veri bazaları yagışdan sonra çoxalan göbələk kimi artmaqdadır. Bu veri
bazalarında bəzi jurnalların elə yüksək impakt faktorlarından bəhs olunur ki, əsl
alimləri dərhal şübhələndirir. Bu jurnalları “Web of Science”-da kontrol etdikdə
məlum olur ki, onların bu bazadakı impakt faktörü sıfırdır. Çox təəsüf
ki, bəzi alimlər bu jurnalların “qarmağına”
düşür və
hətta fəxr edir ki, yüksək
impakt faktorlu jurnalda məqalə çap elətdirib.
Bu “qarmağa” düşən alimlər
haqqında onu deyə bilərəm ki, bu ən
azından onların qeyri-professionallığıdır.
Son zamanlar ”Web
of Science”, jurnallar üçün
impakt faktordan daha keyfiyyətli ölçü alətini
tətbiq etməyə
başlayıb. Başlanğıcı
2008-ci ildə Vaşinqton
Universitesi tərəfindən
qoyulan “Eigen factor (Məxsusi
faktor)” əsl elmin ölçümündə
daha düzgün nəticələr verir.
Mürəkkəb riyazi düsturla
hesablanan bu faktorun mahiyyəti ondan ibarətdir ki, eigenfaktor hər bir istinadı
nəzərə almır,
yalnız impakt faktoru özündən daha yüksək olan jurnallardan gələn istinadları nəzərə alır, həm də əlavə olaraq, jurnalın öz-özünə
istinadlarını da nəzərə almır.
Bu eigenfaktor əsasında
“Web of Science” jurnallarında çap olunan məqalə üçün
“Article Influnce Score” (Məqalə
nüfuz balı)
çıxarılır. Söylənənlərdən
aydın olur ki, impakt faktoru
çox yüksək
olan və bunu qabardan bəzi
“Web of Science” jurnallarının “Məqalə nüfuz balı” çox aşağıdır. Bəzi
ölkələrdə, o cümlədən
qardaş Türkiyə
Respublikasında “Web of Scince”
jurnallarında çap
olunan məqalələrə
pul təşviqi mükafatları yüksək
impakt faktora görə deyil, yüksək “Məqalə
nüfuz balı”-na görə verilir.
H-indeks. Prof. J.Hirsch
tərəfindən 2005-ci ildə
daxil edilmiş H-indeksinin məqsədi əsl elmdə kəmiyyət ilə keyfiyyəti birləşdirməkdir.
Belə ki, əgər müəllifin
H-indeksi 5-ə bərabərdirsə,
bu o deməkdir ki, onun “Web of Science” bazasındakı jurnallarda
çap olunan məqalələrindən 5-i bu
bazada çap olunan jurnallardan ən az 5 istinad
alıb. Qeyd edək ki,
H-indeks həm müəlliflər, həm
də jurnallar üçün hesaplanır.
Qeyd edək ki, bütün
veri bazaları H-indeksini daxil edir. Amma təbii ki,
ciddi elmi dairələr tərəfindən
“Web of Science” bazasındakı H-indeks diqqətə alınır. Bəzi alimlərimiz
H-indeksi deyəndə
“Google Scholar”-da olan H-indeksini “qabardırlar”.
Yuxarıda anlatdıqlarımdan anlaşılır ki, bu əsl elmdə
doğru yanaşma deyil.
Publons üzrə rəylər. Publons “Web of Science” bazasına integrə olunmuş bir alt elmi veri bazasıdır, əsasən elmi jurnallara verilən rəylər üzrə ixtisaslaşıb (rəylər müsbət və ya mənfi ola bilər). Təbii ki, Publons qrupu “Web of Science” jurnallarına təqdim olunan məqalələrə yazılan rəyləri önə çıxarır və bu rəylərin sayı hər il güncəllənir və əsl elm adamlarına yazdıqları rəyin sayına görə reytinq cədvəli verilir. Yaxşı olar ki, ölkəmizdə keçirilən elmi müsabiqələrdə rəylərin sayı bu bazadan təmin edilsin.
Qeyd edək ki,nüfuzlu “Web of Science” jurnallarına rəy yazan alimlər öz sahəsində nüfuzlu və tanınmış elm adamları olurlar. Çox təəsüf ki, dəqiq elmlərdən fərqli olaraq humanitar elmlər sahəsində ölkəmizin alimlərindən nüfuzlu “Web of Science” jurnallarındakı məqalələrə rəy yazanlar demək olar ki, yoxdur. Əgər bizim bu sahənin alimləri də aktiv fəaliyyət göstərsələr, onda çox nüfuzlu “Web of Science” jurnallarının baş redaktorları ölkəmizlə əlaqəli olan hər hansı məqaləyə rəy almaq üçün onlara da mütləq müraciət edəcəklər və onlar da öz rəyləri ilə ölkəmizə qarşı yönəlmiş qeyri-obyektiv yanaşmaların yer aldığı məqalələrin qarşısını kəsmiş olacaqlar.
Arif Səlimov
Əməkdar elm xadimi,
Fizika-riyaziyyat elmləri doktoru,
professor,
BDU-nun
"Cəbr və həndəsə" kafedrasının
müdiri
525-ci qəzet.- 2021.- 23 iyun.- S.20.