"Əsas məqsədim insanları düşündürməkdir"  

 

TƏLİMÇİ ORXAN ŞAHBAZ: "HƏMİŞƏ İSTƏMİŞƏM Kİ, MƏNİ ÖYRƏDƏN, İNSANLARA FAYDA VERƏN BİRİ KİMİ TANISINLAR"

 

Keçmişdə insanlar nəyisə öyrənmək, məlumat almaq üçün mütləq ya cild-cild kitablar oxumalı, ya da uzun yollardan keçib bilgili insanları axtarıb tapmalı olurdular.

Artıq dünya dəyişib, ən müxtəlif fəaliyyət sahələri yaranıb. Amma bununla belə öyrənmək, bilgi əldə etmək imkanları da genişlənib.

Bu gün insanlara müəyyən mövzular barədə bilgi verən, məqsədlərinə çatmaqları üçün onlara yardım edən ən məşhur fəaliyyət sektorlarından biri təlimdir.

 

Davamlı keçirilən təlim seminarlar vasitəsilə insanlar öz potensiallarının daha tez fərqinə varır etməli olduqlarını öyrənirlər.

 

Budəfəki müsahibimiz Orxan Şahbazla söhbətimiz təlim təlimçilik haqqındadır.

 

Orxan Şahbaz 1992-ci il martın 7-də Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. Ali təhsilini Odlar Yurdu Amerikanın "Lincoln" Universitetinin ikili diplom proqramı ilə biznesin idarə edilməsi marketinq ixtisası üzrə alan Orxan Şahbaz hazırda Şotlandiyanın Qlazqo Universitetində sosial psixologiya ixtisası üzrə distant təhsil alır.

 

***

 

- Təlimçi olmağa necə qərar verdiniz?

 

- Təlimçi olmağa qərar verməyimdə iki əsas nüans rol oynadı. Birincisi, həmişə istəmişəm ki, məni tanısınlar. İkincisi, məni öyrədən, kimlərəsə fayda verən biri kimi tanısınlar.

 

- Bəs ilk dəfə insanlara fayda verdiyinizi, tanındığınızı vaxt hiss etdiniz? İlk təəssürat necə oldu?

 

- Bu, birdən baş verməyib, amma təlim keçdiyim müddətdə geri dönüşlər var idi. Sosial şəbəkələr vasitəsilə təşəkkür edir, dəyişiklikləri gördüklərini deyirdilər. Təsir edə bildiyimi görmək xoş gəlir mənə. Hətta bir video paylaşdıqdan sonra insanlar oradan nəsə götürüb özlərində tətbiq edirlərsə, bu, əladır. Bir , düşünürəm ki, insanların həyatda çatmaq istədiyi yerə getməsinə, dəyişməsinə yardım edə bilsən, həyatda hər şeyə sahib olarsan.

 

- Azərbaycanda təlimçi yetişdirən kurslar təlimçilər sürətlə çoxalır. Sizcə, hər kəs təlimçi ola bilərmi? Ya da təlimçi olmaq üçün nələr lazımdır?

 

- Xeyr, hər kəs təlimçi ola bilməz. Çünki burada insanın öyrədə bilmək, analiz etməyi bacarmaq kimi xüsusi keyfiyyətlər mühüm rol oynayır. Ümumiyyətlə, təlimçi dediyiniz insanda mütləq şəkildə oxumaq, araşdırmaq, müzakirə etmək, nələrisə analiz etmək öz beynində yaratdığı nələrisə ortaya qoya bilmək bacarığı olmalıdır. Təlimçi olmaq üçün bu bacarıqları formalaşdırmaq mütləqdir. Təlimçi yetişdirən kursların çox olması məsələsinə gəldikdə isə, fikrimcə, birinci səbəb bu sahənin gəlirli sahə olduğunu düşünməklə bağlıdır. Yəni təlim keçdinsə, hamı gələcək deyə düşünürlər, ancaq belə bir şey yoxdur. İkinci əsas məsələ isə tanınmaq ola bilər. Ölkədə yeni olan şeylər hər zaman insanlar tərəfindən dəbdəbə ilə qarşılanır. Onlar bunun yeni olduğuna görə məşhurlaşacağını düşündükləri üçün belə bir yol seçirlər. Amma başqa müxtəlif səbəblər ola bilər. Bu insanlar təlimçi ola bilər deyə müəyyən standartlar yoxdur.

 

- Nitqində irad tutulan, auditoriya qarşısında ləhcə ilə danışan bir çoxları deyir ki, əsas danışdığındır. Bəs sizcə, həqiqətən nitqin mükəmməlliyi təlimçi üçün ikinci plandadır?

 

- Burda önəmli olan deməyin yox, necə deməyindir. Ola bilər ki, insan şəkili, qarabağlı, bakılı olub öz ləhcəsindən istifadə etsin. Bu, tamamilə normaldır. Ancaq yaxşı olar ki, akademik çıxışları bacarsın. Yeri gələndə məişət, yeri gələndə isə akademik çıxışlar etsin. Dolayısı ilə ləhcənin olub-olmaması nitqimizə o qədər təsir göstərmir. Ləhcəni nitqimizdə elə formada təqdim edə bilərik ki, insanlara çox maraqlı şirin görünə bilər. Bu da bizə əlavə müsbət aura yaradar.

 

- Təlimlərinizdə insanlara vermək istədiyiniz əsas şey hansılardır? İstədiyiniz nəticəni alırsınızmı?

 

 

 

- Mənim əsas məqsədim insanları düşündürməkdir. Yəni heç bir insana "gedin bunu eləyin, uğurlu olacaqsınız" kimi yanaşmıram. Bir insanı düşündürə bilirsənsə, o, hər şey etməyə qadirdir. Ona görə mütləq düşündürəcək nələrsə eləməyə çalışıram. Bu da suallar müzakirələr vasitəsilə olur. Bir insanın özü ilə üzləşməsinə yardımçı oluram. həmin insan özü ilə üz-üzə qalanda nələrin doğru, nələrin yanlış olduğunu daha yaxşı analiz edə bilir. Analiz edə bildiyinə görə daha yaxşı düşünə bilir bu düşüncə onu daha da yaxşı inkişaf etdirir.

 

- Bu sahənin inkişafı ilə bağlı hansısa planlarınız varmı?

 

- Hazırda sosial araşdırmalar aparıram. Cəmiyyətin akademik səviyyəsinin daha da artırılması üçün bəzi planlarım var. Təlim sektoru ilə bağlı nələrisə dəyişmək üçün nazirliyə müraciət edəcəyəm. İnsanların fərdi inkişaf etməsi üçün yeni planlar təlimlər hazırlayıram. Yavaş-yavaş bunları tətbiq etməyə başlayacağam.

 

- Təlimlərinizdə qeydə alınan ən maraqlı sizinçün fərqləndirilə bilən hansısa anlar olubmu?

 

- Belə anlar çox olub, xüsusilə qıcıqlanma ilə bağlı lap çox olub. Kənardan mənə deyirlər ki, çox eqoist görünürsünüz. Hər zaman mənə əzici, qıcıqlandırıcı neqativ suallar verməyə meyilli olublar. Ona görə xatirələrim daha çox neqativlərlə bağlıdır.   bunların üzərində işləyərək neqativlərə çoxlu cavablar hazırlamışam. Nümunə olaraq birini deyə bilərəm: bir dəfə 500 nəfərlik forumda bir oğlan ayağa qalxıb gülə-gülə, lağ edərcəsinə sual verdi ki, Orxan müəllim, təlimçi söhbət xırdalaya bilər? Mən cavabında dedim ki, yox, qardaş, iri söhbətləri xırdalamaq üçün valyuta kəşf olunmayıb. Əslində, onların məqsədi məni qıcıqlandırıb əsəbiləşdirmək idi. Ancaq mənim cavabım onlara daha maraqlı gəldi bu anı idarə edə bildim. Adətən, xanımlarla belə neqativ hadisələr olub. Hər birinə cavabımı vermişəm maraqlı alınıb. Hələ ki auditoriyada mənə qarşı yönələn hər hansı neqativdə qırılıb qalmamışam, hamısına rahat cavab verə bilmişəm.

 

- Təlimçi kimi hansı mövzu haqqında danışmağa çətinlik çəkmisiniz?

 

- Əslində, bütün mövzular mənim üçün çətindir. Çünki hər bir mövzunun məsuliyyəti var o məsuliyyət bir az çətinliklər yarada bilir. Amma düşünürəm ki, təlimdə iştirak edənlərlə düzgün kommunikasiya yaradılsa, istənilən mövzunun çətinliyini rahatlıqla dəf eləmək olar. bu, məndə alınır. Ona görə yaranan ən xırda çətinliyi belə, insanlarla düzgün kommunikasiya yaradaraq aradan qaldırmağı bacara bildiyimi düşünürəm.

 

- Sizcə, Azərbaycanda ən çox hansı sosial mövzularda təlimlərə ehtiyac var?

 

- Birinci əsas məsələ insanların düşüncə davranışları ilə bağlı təlimləri çoxaltmaqdır. Buna təlimlərdən çox seminarlar aiddir. Daha sonra insanların sosial həyatı ilə bağlı, misal üçün, kişi qadın, ailədaxili münasibətlər sairə bu kimi sosial mövzular daha çox qabardılıb insanlara təqdim edilməlidir. Əlavə olaraq, insanların bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı çoxlu təlimlər keçirilməlidir.

 

Aytac ASLAN

 

525-ci qəzet.- 2021.- 23 iyun.- S.17.