Qələmsiz yazılanlar
status-esseləri
Yanaşı bayraqları
Dalğalanır Şuşada!
***
Fulya Öztürklə
bağlı müzakirələr
nə qədər cahil və xəbis
adamların Feysbukda meydan suladığının
növbəti təsdiqi
oldu.
Elə bil, görünməz bir əl qəsdən suyu bulandırır, insanlar arasında bölücülük, ikitirəlik
yaradır, kin-küdurət
toxumu səpir. Bəsit düşüncəli,
həyasız adamlara indiki kimi münbit
şərait heç
vaxt olmayıb. Ağzına gələni
de, kimə istəyirsən
şər at!..
Bunun qarşısını
inzibati yolla almaq mümkünsüzdür. Yüz il öncəki
kimi yenə də mədəniyyət,
maarifçilik, ədəb-ərkan
toxumları səpilməlidir.
Cahil, savadsız, naqis, kin-küdurət püskürən
profillər cavabın
anındaca almalı, tənbeh olunmalı, sərrast arqumentlərlə
susdurulmalıdır.
Yoxsa süni
şəkildə yaradılan
bu eybəcər, ürək bulandıran ab-havaya alışmaq, adət etmək vərdişi yaranacaq. Feysbukun
saflaşmasına, təmizlənməsinə
ciddi ehtiyac var. Səviyyəsiz və cahil adamların ara qarışdırmağa,
su bulandırmağa cəsarət etmələrinə
əsla yol vermək olmaz.
***
Neqativ enerji adama elə
kondisionerdən də
keçə bilər...
***
Deyəsən, media rəhbərləri içərisində futbol
azarkeşləri azdır...
***
Hamı
pul deyib ağlar...
***
İnsan beyni bu qədər
informasiyanı qəbul
etməyə hazır
deyil.
***
Birini təhqir etmək, aşağılamaq istəyəndə
əvvəlcə düşünün
ki, bunun cavabı beşqat artıq ola
bilər...
***
Nankorluğun və naşükürlüyün
cəzasını çox
zaman bəndə yox, Tanrı verir. Təcrübə və tarix də belə deyir. Buna inansanız,
daha rahat yaşayarsınız...
***
Ermənistandakı seçki marafonunda müxalifətçilərin təbliğat
çarxları Paşinyanı
xain kimi təqdim etmək, Azərbaycan qorxusu, xofu yaratmaq ideyası
üzərində qurulub. Yenə özlərini
fağır, bizi qəddar göstərməyə
çalışsalar da,
yeni şəraitin diktə etdiyi informasiyanın şüurlara
ötürülməsi bizə
işləyir.
Ermənilərin beyinlərinə Azərbaycan
əsgərinin, polisinin
yaxınlıqda, bir addımlıqda olduğu təlqin edilir. Paşinyanın qələbəsiylə bu
təlqinetmə miqyasca
genişlənib bütün
əhaliyə sirayət
edəcək, geridönüşün,
absurd xəyalların heç
vaxt gercəkləşməyəcəyinə
əminlik yaradacaq.
***
Gəncliyində sevimli komandasının uduzmasından hönkürüb
ağlayanlar barədə
çox eşitmişəm. Canlı etirafların
da şahidi olmuşam. Özüm də yeniyetməliyimdə
Braziliya millisinin məğlubiyyətinə ağlamışam.
Bəs Sizin belə vaxtlarınız olubmu?
Görəsən, indi necə? Belə emosional
gənc azarkeşlər
varmı? Yoxsa emosionallıq tam yoxa çıxıb?..
***
Hollandları udmaq olar?
Birdən
elə oynayırlar ki, elə bil,
sel gəlir, qarşısına keçəni
süpürüb aparacaq...
***
İndi
elə təzə
"xəyasızlar" ortaya
çıxıb ki, köhnələrin əli
üzündə qalıb...
***
Suçlu suçlunun tərəfini
tutar...
***
İki əks fikrin hər ikisinə "Tam doğru" yazanlardan çəkinin...
***
Bu bayram ovqatlı
günlərdə gərək
Operativ Qərargah da xoş addım
ata, heç olmasa bir aylığına
açıq havada yığcam toyların keçirilməsinə icazə
verə.
Qorxa-qorxa,
"oğurluq" keçirilən
toyların barı
olmaz...
***
Türklər coşmasa, çətin
olacaq...
***
Yorğun və halsız görünürlər, həvəssiz
oynayırlar. Elə bil, daş daşıyıblar...
***
Məşhur filmdə necə deyir?
"Bir ətək pul vermişəm, oynamaqlarına bax..."
***
Həkim şərəfli sənətdir.
Bütün həkimlərimizi təbrik
edirəm!
***
Cümlə yaza bilmir, sayt
açır, özünü
media rəhbəri elan
edir.
Qabaq beləsi 10 il
qəzetdə külüng
vururdu; hələ peşə sirlərini, yazmağı öyrənib-öyrənməyəcəyi
sual altındaydı.
İndi
hoppanıb başa çıxır...
***
Görünməyən kimi unudulanlar çoxdur.
Bir də var, görünməsə
də, yadda qalanlar.
***
Heç
kimin əlindən telefon düşmür...
***
Bizim qızlara gözəllikdə
tay ola
bilməz. Üstəlik, son illərdə təhsilli, savadlı, baxımlı xanımlarımız
lap çoxalıb.
Van Dammın, ya başqasının oğlunun
minnəti olsun...
***
Medianın İnkişafı Agentliyi
və ADA Universitetinin
İxtisasartırma Proqramlarının
birgə təşkilatçılığı
ilə keçirilən
"Mediada islahatlara doğru" mövzusunda silsilə seminarları
media rəhbərlərinin polemika klubu adlandırmaq olar.
Bu seminarlarda əsasən media rəhbərləri - həm yazılı mətbuat, həm online və audiovizual media rəhbərləri iştirak edir. Silsilə tədbirlər bir ay müddətində həftədə iki dəfə olmaqla davam edəcək.
Düzünü desəm, başlanğıcda şübhəli yanaşırdım ki, bu uzun müddətdə nə baş verəcək. Amma elə ilk təlimdə fikirlərim dəyişdi. Birinci Əhməd İsmayılov yeni media haqqında qanun barədə fikirlərini bölüşdü, müzakirələr aparıldı. Daha sonra ADA Universitetinin müəllimləri çıxış etdilər. Əsasən də ADA Universitetinin müəllimi, jurnalist həmkarımız Şəfəq Mehrəliyevanın məruzələri dinlənildi. Əslində, bu, məruzə deyildi, polemikaydı, iştirakçılarla çox maraqlı müzakirələr idi. Bunu həm də media sahəsində həmfikirlərin klubu adlandırmaq olar. ADA-nın ab-havası, aurası, gözəl şəraiti, füsunkar bağı-bağçası və orada olmaq, həmkarlarımla bir yerdə çay süfrəsində, seminarlar zamanı polemikalar etmək məndə çox müsbət təəssürat yaratdı.
O gündən bəri hər yerdə fürsət düşdükcə bu seminarların önəmindən, Şəfəq xanımın peşəkar çıxışlarından danışıram.
Elə bilirəm
ki, bu, çox
vacib seminar idi. Bizim heç
gözləmədiyimiz bir
anda, həmkarları bir araya gətirmək,
medianın hansı istiqamətə inkişafı
barədə vacib və əhəmiyyətli
müzakirələr etmək
olduqca təqdirəlayiqdir.
Mən təşkil olunan bu təlimləri çox
bəyəndim və sonadək məmnuniyyətlə iştirak etmək fikrindəyəm.
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə
iş üzrə katibi, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2021.- 23 iyun.- S.15.