Tələbələrin
ifasında Nizami Gəncəvi kompozisiyası
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının tələbələrinin bir qrupu
"Nizami Gəncəvi ili" ilə əlaqədar dahi
şairin əsərlərindən ibarət kompozisiya
hazırlayıblar.
Gənclər
və İdman Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Akademiyanın tələbələri
Gürşad Həbibli, Nabat İbrahimova, Leyla Ramazanova, Mehdi
Əkbərzadə və Milyanxanım Babazadə mütəfəkkir
şairin "Sirlər xəzinəsi" poemasından
"Söz qoşmağın fəziləti haqqında"
hissəsini səsləndirərək sözün hikmətini
dahi Nizaminin öz qələmindən gənclərə
çatdırmağa çalışıblar.
Akademiyanın ədəbiyyata, incəsənətə
marağı olan yaradıcı tələbələri
mütəmadi qaydada şeir gecələri, musiqili tədbirlər
və maraqlı layihələrlə çıxış
edirlər. Onların bu son təşəbbüsü isə
Nizami Gəncəvi irsinə böyük marağın nəticəsi
olmaqla yanaşı, dahi şairin
yaradıcılığının gənclər arasında təbliğinə
də xidmət edir.
Xatırladaq
ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə
"Nizami Gəncəvi ili" elan olunub.
525-ci qəzet.- 2021.- 25 iyun. S. 9.