ŞUŞANIN
Mübarək Zəfərin dəydi
qədəmi,
yanır köhləninin
nalı Şuşanın.
Yenə,
əzəllərdə olduğu
kimi,
"Su yolu olacaq"
yolu Şuşanın.
Ömürlük unutmaz bircə yol görən,
var ol, Qələbəni Yurda gətirən!
Bura pətəklə gəl, arı becərən,
çiçək məlhəmidir
balı Şuşanın.
Xəyala
dalanda kül tutar üzü,
Allah, nə əzizmiş ocağı, közü!
Rəssam
fırçasına boyadır
özü -
dərəsi, yamacı,
yalı Şuşanın.
Bacalar daşıyar tüstü
ocaqdan,
yayın qızmarında
üstümdə yorğan,
övlad qeyrətinə
inandığından
bir az pozulmuşdu halı Şuşanın.
Samovar fit
çalır, çayı
dəmdədi,
ruhu Xan əminin zərif bəmdədi,
"Nəlbəki gülləri"
gönçə qədəmdi,
"Cıdır"ı insanla dolu Şuşanın.
Sancma tikanlarla məni, qızılgül,
onsuz da köksümə sığışmır
könül,
Bülbül elə coşdu
- bir "Xarıbülbül",
Bir də ki, mən oldum
lalı Şuşanın.
Burdan Vahid Əziz ayrı düşəni -
yasəmən gətirib
saçının dəni,
İlahim,
nə qədər sevirmiş məni! -
Boynuma sarmandı
qolu Şuşanın.
18.01.2021
NAMƏLUM ŞƏHİD
MƏZARI...
"Düşmən üstə,
- Vətən dedi, - irəli!"
İgid əsgər şəhid oldu, dönmədi.
Qəbri
üstə yanan nurlu məşəli,
Ürəyinin alovuydu, sönmədi!
Qocalmaz heç - qalar cavan yaşında,
doğmaların gözlərinin
yaşında,
o Şəhidin uca dağlar başında
Ucaltdığı Bayraqları enmədi!
Uzaq gəzər ruhu giley-güzardan,
yer qoruyar hər cür ağrı-azardan,
ad soruşdum bir "Naməlum məzar"dan,
qəhər boğdu,
məzar daşı dinmədi.
Daş yerinə-açan güllər
danışdı,
oxşadığı ipək
tellər danışdı,
Vahid Əziz, ondan ellər danışdı,
anladım ki:
"Qurban gedən can
nədi?!"
01.04.2021
BİZİM
NƏSİL...
Bilirdi ki, vaxtı azdı,
boşa keçdi neçə fəsil,
qisasını almasaydı,
yaşamazdı bizim nəsil.
Biri Babək əsgəriydi,
biri - Koroğlu dəlisi,
Vətən Məcnunu, Leylisi
-
tarix yazdı bizim nəsil.
Barışmadı günahıyla!
Ürəyində Allahıyla,
düşmənə öz silahıyla
məzar qazdı
bizim nəsil,
Bu cahanda ləldi-dürdü,
ləyaqətlə ömür
sürdü,
Arpaçaydı, Dəli Kürdü,
Xan Arazdı
bizim nəsil.
Güvənməsəydi zəfərə,
cəsurlara, igidlərə,
Qələbəli zirvələrə
ucalmazdı bizim nəsil,
Nəslimizdən dərs alanlar
döyüşlərdə zəfər
çalar,
Şəhidlərlə cavan qalar,
qocalmazdı bizim nəsil...
DAĞLAR - DÜNYA
KİMİ...
Döşündə yayxanar dumanı-çəni,
Dərədə çeşmələr, daşlarda kəklik,
Dağların qoynunda insan məskəni,
Zirvəyə qartalla buludlar şərik.
Təkcə meyvələri məlhəmlik
olmur,
Çəməni, çiçəyi çiy-çiy
yeyilir.
Amma ki dağlar da əbədi qalmır,
Qalanla yaşayır,
köçənlə gedir.
Ümidlər bəxş edər
məğrur görkəmi,
Qütblərin yerini bildirər mamır.
Anasın
özləmiş körpələr
kimi,
Arandan qaçanlar
dağa sığınır.
Başında hər cürə
huylar-havalar,
Zirvədən qopan qar dərədə çaydı,
Bineyi-qədimdən zülmət kahalar
Dağların səfalı buzxanasıydı.
İzləri şəst ilə
gedən zamanın
Qalar simasında qayanın, daşın,
Ahıl
dağ adamı tay-tuşlarından
Ərk edib soruşmaz: "Neçədir yaşın?"
Hər şey buralarda həddini bilir,
Dağlar dünya kimi mükəmməldilər.
Çıxıb-getməlilər vaxtında
gedir,
Qalanlar dünyanı tutub gedirlər...
ÖMRÜNÜ
BƏXTƏVƏR YAŞAMAQ ÜÇÜN...
Gözəli odur ki, varsan Vətəndə,
ən azı - yaxında sevən bir ürək,
təqsirin yoxdursa,
küsüb gedən də,
hirsi soyuyanda dönüb gələcək.
Doğma
obalarla verin əl-ələ,
ellərdə sayılar
nəslin, kimliyin,
Qürbətdə səyyahtək olanda
belə,
dəryadan atılmış
balıq kimiydim.
Atılsın qəlblərdən qəzəbli
kinlər,
qınağa partlama mərmilər kimi,
ana da övladdan inciyə bilər,
özgə də öyrədər həyat
dərsini,
Sözüm çətinliklər görməyənlərə:
"Həyatdı, nə cürə desən, çağ olar,
Yurda küfr etməyin "qıtlığa" görə,
bu gün "qara" çörək
sabah "ağ" olar!"
Hayıf,
görməmişlər artır
ilbəil,
bu qədər var-dövlət yığmaq
olarmı?
Şan-şöhrət dalınca sürünən cahil,
özünə O səni
yaraşdırarmı?!
Alovdan incimə, sönərsə
ocaq,
qəlbimdə ümiddən
köz gəzdirmişəm.
Kimisə
günahkar biləndən
qabaq,
özüm-öz içimdə
göz gəzdirmişəm,
Haçansa açılar hər
düşən düyün,
ən azı - özündən heç
nə gizləmə,
ömrünü bəxtəvər
yaşamaq üçün,
Ulu Yaradandan çox şey istəmə...
TƏBRİZ YANĞISI
VAR VƏTƏN CANINDA...
Təbriz
yanğısı var Vətən canında -
dağlardan sallanar,
dənizdən keçər,
yolu Şuşanın
da, İrəvanın
da,
harda ayrılsa da, Təbrizdən keçər!
Kimlərlə vuruşduq, kimlə
bacardıq,
mizrablar yandırdıq,
simlə bacardıq,
şeytanla dil tapdıq, cinlə bacardıq,
əyilmiş işimiz
İblisdən keçər!
Çoxdandır, fələklə tutmur
bizimki,
imansız ağlına
batmır bizimki,
Şərq də bizimkiydi,
Qərb də bizimki -
amma "Kəmərimiz"
Tiflisdən keçər.
Tanrım,
ilan-çayan çalmasın
bizi,
fəlakət qoynuna almasın bizi,
varlılar pis günə salmasın bizi -
pulluya bəlalar müflisdən keçər!
Təbriz
yanğısı var Vətən canında,
qanlı sellər
axıb hər üsyanında,
yolu Şuşanın
da, İrəvanın
da
harda ayrılsa da, Təbrizdən keçər...
28.10.2012
KİMƏ
İNANAYDIM SƏNDƏN SAVAYI?
Oldu param-parça doğma bir qayıq,
yas tutar üstündə tənha
qağayı,
biz ki bir ümmanın
dalğalarıydıq,
kimə yan alaydım səndən savayı?
Söndüm şimşək kimi
dərd buludunda,
yatdım, çiçək
kimi, şər qılığında,
özüm bilə-bilə
yandım odunda -
kimi qısqanaydım
səndən savayı?
O qədər hönkürdü
- tutmur qədəmi,
daha intizardı canın həmdəmi,
canımı çəksən
də, sarmaşıq
kimi,
kimə sarmanaydım səndən savayı?
Fələknən baş-başa nəyi bölürsən?
Ömür başa çatır - indi gəlirsən?!
Özünü günahkar nahaq
bilirsən -
Kimə aldanaydım səndən savayı?
Həsrət - nəqaratdır sənli
fəryada,
yaşamaq müşküldür
sənsiz dünyada,
bütün dediklərin
yalan olsa da,
kimə inanaydım səndən savayı?
Duymadım Günəş də
haray salanda,
solmaq - daha gözəl sənsiz qalanda!
Nə olar hamıya Əziz olanda,
kimə boylanaydım səndən savayı...
ÖMÜR-GÜN
BAYATILARI
Göylərin yarı oldu -
Ağ geydi, sarı oldu,
Ay axşam bütöv idi,
Səhərə - yarı oldu.
Yuxu gördüm bal-şirin,
Qaçan dodaq lal - şirin!
Kəpənək çiçəklərin
Bircə gün yarı oldu.
Yarı
gül, yarı koldu,
Qızılgül yarı koldu,
Dərdindən kimlər öldü,
O, kimin yarı oldu?
Sənəyim yarı doldu,
Daşmadı - yarı doldu,
Ömrü təzə sürürdüm,
Baxdım
ki, yarı oldu...
YETİM QİSASI...
Heyrətli qüdrət var
Ana səsində,
laylalı dilindən
qəhər duyulmaz,
qeyrətli qadının
himayəsində
atasız böyüyən
"yetim" sayılmaz!
Yetimlər yurd üçün
canından yanar,
coşar damarında
ləyaqət, qürur,
qan içən düşməndən qisas
alanlar
yetim qoyduqları uşaqlar olur,
Yetimlər zirehlər üstünə
gedən,
tankları əridər
alovu, odu,
bu Şair hökmümə şahidlik
edən
İkinci
Qarabağ savaşı
oldu!
O qədər görmüşəm
- dar məqamında,
elini, yurdunu tərk edib gedən,
Vətən yanılmasın vətəndaşında,
Yetimə
hər şeydən əzizdir Vətən!
Şəhid məzarında şəkilə
bir bax,
bu yetim özü də yetim atası,
düşmən agah olsun: yetimliyinin
qisasın alacaq yetim balası...
Vahid Əziz
525-ci qəzet.- 2021.-
26 iyun. S. 23.