Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır

 

Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını fasiləsiz cavablandırdı.

 

Məhz Xocalı faciəsi qurbanlarının anım günündə soyqırımı həqiqətlərinin dövlətimizin başçısı tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni faşizminin təkzibolunmaz faktlarla ifşasının nüfuzlu KİV-lərin manşet xəbərlərində tirajlanması informasiya cəbhəsində növbəti böyük uğur olaraq, ilk növbədə, beynəlxalq ictimaiyyətin Azərbaycana artan diqqətindən xəbər verir.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Hüseynli deyib.

 

Deputat bildirib ki, media nümayəndələrinin Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə Azərbaycana vurduğu ziyan bu cinayətə görə cəza perspektivləri barədə sualları xüsusi maraq doğurur.

 

Bildiyiniz kimi, erməni varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə-yeksan etmiş, xalqımızın tarixi, mədəni mənəvi irsinə ağır zərbə vurublar. 100 min hektar kənd təsərrüfatı təyinatlı münbit torpaqlar, 54 min hektar ərazidə meşə fondu məhv edilib, bölgə ekoloji fəlakət həddinə çatdırılıb. Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın qəbul olunmasından sonra da davam etmişdir. Vurulmuş ziyanın həcmi 100 milyardlarla ölçülür.

 

Görünən odur ki, başı daxili çəkişmələrə qarışmış məğlub Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir. Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbindən gedir. Artıq dünyanın aparıcı media qurumları da Ermənistan tərəfindən barbarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər, onlarıruhlar şəhəriadlandırırlar. Bu, məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir. Mətbuat konfransının gedişində Prezident İlham Əliyev bu məsələyə münasibətini açıqlayaraq söylədi: “Bütün dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq hesablayırıq. Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları video, foto çəkilişlər aparırlar, dron çəkilişləri aparılır. Dəymiş bütün ziyan hesablanacaq. Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərdi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər”.

 

Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə, onun birbaşa etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması təzminat məbləğinə daxil edilməsinə ehtiyac yaranır. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var.

 

Deputat bildirib ki, Azərbaycan Prezidentinin dediyi kimi, bununla bağlı işlər bir neçə istiqamətdə mərhələdə reallaşacaq: “İkinci mərhələdə, - artıq bu sahədə işlər başlanıb, müvafiq sənədlər imzalanıb, - buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə sənədlər imzalanıb, onlar yaxın gələcəkdə Azərbaycana gələcəklər. Əlbəttə ki, onlar özləri tədqiqatlar aparacaqlar, ancaq biz onları lazım olan materiallarla təmin edəcəyik. Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var dəymiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”.

 

Təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlərin məsuliyyətə cəlb edilməsi gündəlikdədir. Bu, beynəlxalq cinayətdir. Prezident İlham Əliyev açıqladı ki, artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb: Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir daha demək istəyirəm ki, ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da ki, məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə, tam əminəm ki, məhkəmədə onlar uduzacaqlar, eyni zamanda, dünya miqyasında biabır olacaqlar. Çünki başqa ölkədə qanunsuz işlərlə məşğul olmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, o ölkənin təbii sərvətlərini talamaq cinayət sayılır. Bu şirkətlərin beynəlxalq reputasiyasına da çox ciddi ziyan dəyəcək”.

 

Bu cinayət əməllərinin mühakiməsi ilə bağlı perspektivlərə gəldikdə, ölkə rəhbəri dünya ictimaiyyətinə beynəlxalq hüquq institutlarına çağırış edərək, onları bu məsələdə ədalətli obyektiv olmağa dəvət etdi: “İndi beynəlxalq məhkəmələrdə buna dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı ödəməli olacaqlar. Biz, eyni zamanda, beynəlxalq praktikaya da nəzər saldıq. Xarici İşlər Nazirliyinə tapşırıq verildi artıq bu günlərdə mənə məlumat verildi, presedentlər necə olub, bu presedentlər var. O qədər çox deyil, amma var. Burada, əlbəttə, hər bir presedent bizim tərəfimizdən təhlil edilməlidir ki, bunun təməlində nələr dayanır? Obyektivlik, yoxsa ki, siyasi sifariş? Çünki sirr deyil ki, beynəlxalq məhkəmə sistemi siyasi təzyiqdən azad deyil bəzi hallarda siyasi sifarişlər yerinə yetirilir. Ona görə hər şey bundan asılı olacaq. Hər halda, biz öz üzərimizə düşən missiyanı yerinə yetiririk yaxın zamanlarda dolğun hesabat hazırlanacaqdır”.

 

Prezident İlham Əliyevin hələ ötən il noyabrın 6-da imzaladığıErmənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi aradan qaldırılması ilə bağlı tədbirlər haqqındaSərəncama uyğun olaraq Dövlət Komissiyası müxtəlif regionlar üzrə yaradılmış 9 işçi qrupu bu istiqamətdə fəaliyyətini davam etdirir.

 

Digər tərəfdən, tarix mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası müstəqil dövlət olaraq bir sıra beynəlxalq müqavilələrə, o cümlədən müvafiq beynəlxalq konvensiyalara qoşulmuş, öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır. 1998-ci il aprelin 10-da “Tarix mədəniyyət abidələrinin qorunması haqqındaAzərbaycan Respublikası Qanunu qəbul edilib. Bu qanun tarix mədəniyyət abidələrinin mühafizəsi, öyrənilməsi onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.

 

Beləliklə, həm milli qanunvericilik səviyyəsində, həm beynəlxalq hüquq normaları baxımından yetərincə imkanların mövcudluğu təzminatla bağlı məsələlərin həlli prosesində Azərbaycan tərəfinin nikbinliyi artıran ən vacib amildir.

 

Səs.-2021.- 3 mart.- S.5.