Erməni vəhşiliyini
kətana köçürən
rəssam
44 GÜNLÜK
VƏTƏN MÜHARİBƏSİ
NƏTİCƏSİNDƏ ARZULARI ÇİN OLAN
SƏNƏTKAR
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ramil Quliyevdir. Ramil bəylə Məhəmməd
Əliyevin "Son vida"
əsəri haqqında
danışmışıq.
- Məhəmməd Əliyev
1952-ci ildə Bakıda
anadan olub, orta təhsilini doğma yurdunda alıb. Əzim Əzimzadə adına Bakı
Rəssamlıq Məktəbinin
məzunu olub və V.Muxina adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq
Məktəbinin bölməsində
təhsil alıb. İlk fərdi sərgisi
1985-ci ildə Sankt-Peterburq
şəhərində olub.
Məhəmməd Əliyev 1986-cı ildə
SSRİ Rəssamlar İttifaqının
üzvü seçilib. 1990-cı ilin Qanlı Yanvar günlərində
"Ruhların səsi"
adlı tablosu baş verənlərə
etiraz əlaməti olaraq Bakı metrosundan asılıb.
1991-ci ildə Sankt-Peterburq Dövlət Muzeyi onun "Sevgililər" adlı rəsm əsərini yüksək qiymətə
alıb. Türkiyəyə köçərək, burada
yaşamağa başladıqdan
sonra əsərləri
daha böyük marağa səbəb olub. Ən qısa zamanda
onun rəsmləri
ABŞ, İngiltərə, Avstriya, Almaniya və Fransada sərgilənib, öz
modernist üslubu ilə
müəllifi şöhrət
gətirib. O, həm
rəssam, həm heykəltəraş, həm
keramikaçı, həm
də qrafika ustasıdır.
Rəssamın yaradıcılığında erməni vandalizminə qarşı etiraz xüsusi bir səhifə təşkil
edir. Azərbaycan xalqının
fəryadı, acı
səhnələri və
dəhşətli mənzərələr
onun "Xocalı vəhşiliyi", "Son vida",
"Şəhid əsgər",
"Əsir əsgər",
"Xocalıda qadın
qırğını" və
digər əsərlərində əyaniliyi
və yaddaqalanlığı
ilə bədii əksini tapıb.
Bu mənada sənətkarın
"Son vida" tablosu
daşıdığı məna
yükünə görə
çox dəyərlidir.
- Əsərin yaranma
tarixi ilə bağlı nə bilirik?
- Məhəmməd Əliyevlə
görüşüm zamanı
o, Birinci Qarabağ müharibəsi ilə bağlı bir neçə əsər
göstərərək "Son vida" adlanan bu əsəri Qarabağda şəhid olmuş xalası oğluna həsr etdiyini söyləmişdi.
O, Əfqanıstanda hərbi
xidmətdən Azərbaycana
qayıtdıqdan sonra
könüllü olaraq
ətrafına mərd
oğulları toplayaraq
"Qarabağa gedirik"
deyərək döyüşə
yollanıb. Bu əsərdə yeni körpəsi doğulmuş
bu gəncin ailəsi ilə vidalaşması təsvir
olunub. Xalası oğlunun ölüm
xəbərini eşidən
rəssam təsirlənərək
bu əsəri qəlb ağrısı ilə yaradıb.
Kompozisiyanın ön tərəfində təsvir olunmuş qara geyimli əsgər,
qadın və uşaq həmin şəhiddir ki, ailəsi ilə vidalaşır. Bir əli ilə
ailəsini, digər əli ilə silahı tutaraq qürurla dayanan əsgər, qəhrəmanlığı,
Azərbaycan oğlunun
əyilməzliyini göstərir.
- Uşağı qucaqlayan kişi, çıraq,
qara bulud. Bunlar nəyin işarəsidir?
- Bu detallar əsərin ifadəliyini artıraraq kompozisiyada bitkinlik yaradır. Rəssamın qeyd etdiyinə
görə, qara buludla o, Azərbaycanın
üstündə olan
erməni savaşını
göstərməyə çalışıb.
Hətta sənətkarın
bu fikrini qeyd etməyi özümə borc bilirəm: "İnşallah,
o qara buludlar gedər və Azərbaycan günəşli
günə çıxar,
öz Qarabağına
qovuşar".
Kompozisiyanın mərkəzində qucağında
uşaq tutmuş yaşlı kişi
obrazı diqqət çəkir. Bu, rəssamın
özüdür, uşağı
bağrına basıb
"heç bir uşaq ölməsin..."
deyərək sanki bütün Azərbaycan oğullarını həmin
uşağın timsalında
qorumağa çağırır.
Sizə də maraqlı gələn və bir çox əsərlərində sevəsevə
yaratdığı yanan
çırağı bu
tabloda da verməklə
rəssam demək istəyir ki, gedən oğullarımız
qayıdar, həmin çıraq evdə həmişə yanar, sönməz.
- Əsərin rəng
həlli barədə
nə deyə bilərsiniz?
- Əsərin rəng
münasibətləri və
düzümü, bütün
rəng çalarlarının
qarşılıqlı əlaqəsi
onun məzmunu ilə uyğun gəlir. Rəssam daha çox
qara və qırmızı rəngin
çalarlarından istifadə
edərək kədər,
iztirab, narahatlıq ifadəsini kifayət qədər qabardıb.
Görünənlərin mahiyyəti etibarı
ilə ön planda isti rənglərlə
verilən çıraq
isə gələcəyə
ümid bəsləndiyinə,
olanların xoşbəxt
sonla bitəcəyinə
işarədir.
- Hazırda əsər harada saxlanılır?
- Türkiyədə yaşayıb-yaradan
rəssamın fəaliyyətini
davam etdirməsi üçün böyük
emalatxanası var, əsər həmin emalatxana, şəxsi kolleksiyasında saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsərin adından da göründüyü kimi,
kompozisiya nikbinlikdən
uzaq dəhşətli
hadisələrin, müharibənin
acı nəticələrinin
bir anını təsirli şəkildə
əks etdirir. Lakin Məhəmməd Əliyev
yaşananlara ittihamedici
mövqedən yanaşmır,
əksinə, Azərbaycan
oğullarının timsalında
xalası oğlunun ailəsi, yeni doğulmuş körpəsi
ilə vidalaşaraq vətənin keşiyində
mərdliklə durmağa
hazır olduğunu göstərir. Bunu yalnız
ailəsi üçün
etmir, arxa planda verilmiş memarlıq abidələrinin
aşıladığı mədəniyyətimizin, dinimizin,
türkçülüyümüzün keşiyində duraraq qəhrəmanlığı simvolizə
edən abidə kimi ucalır. İnanıram ki, bu abidə gələcək
nəsillərə böyük
örnək olacaq.
Son sözlərimi rəssama ünvanlamaq istərdim: Məhəmməd
müəllim, sizi Qələbə münasibətilə
təbrik edirəm, o qara buludlar çəkildi
və Azərbaycan günəşli günə
çıxdı, öz
Qarabağına qovuşdu...
Aytac Sahəd
525-ci qəzet.- 2021.-
3 mart.- S.21.