Ankarada “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzulu
mərasim
keçirilib
Martın
2-də mədəniyyət naziri Anar Kərimovun rəhbərlik
etdiyi nümayəndə heyətinin iştirakı ilə
Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə
həsr olunmuş “Dahi Azərbaycan şairi Nizami Gəncəvi”
mövzusunda kitab və rəsm sərgilərinin
açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən
APA-ya verilən məlumata görə,
TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi,
Azərbaycan Mədəniyyət
Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı
ilə təşkil olunan tədbirdə
TÜRKSOY-un Baş katibi
Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və səfir Xəzər İbrahim çıxış
edib, dünya şöhrətli mütəfəkkir
şair Nizami Gəncəvinin həyat və yaradıcılığı
barədə məlumat
veriblər.
Nizami Gəncəvinin yaradıcılığını
bütün dünya üçün tükənməz
ədəbi xəzinə
kimi dəyərləndirən
TÜRKSOY-un Baş katibi
Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən dəstək
veriləcəyini qeyd
edib.
Nizami Gəncəvi irsini, onun tərənnüm etdiyi ideyaları nəsillərə nümunə
kimi dəyərləndirən
Azərbaycanın Türkiyədəki
səfiri Xəzər
İbrahim bildirdib ki, bundan əvvəl olduğu kimi, bu gün də,
gələcəkdə də
biz qardaş xalqlar olaraq bir yerdə
öz mənəvi xəzinəmizi dünyaya
tanıdacaq və qurur duyacağıq.
A.Kərimov Türkiyəyə səfəri
çərçivəsində türk dünyasının
mədəniyyətini təbliğ
edən və bu sahədə çox işlər görən TÜRKSOY-un qərargahında
olmaqdan məmnunluğunu
bildirib. Nazir
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərginin, eləcə də bu il 100 illik
yubileyi tamam olan Azərbaycanın görkəmli rəssamı
Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət
sərginin təşkilinə
görə qurumun baş katibi Düsen Kaseinova, həmçinin Türkiyənin
Mədəniyyət və
Turizm Nazirliyinə göstərdiyi dəstəyə
görə təşəkkürünü
bildirib.
Çıxışlardan sonra tədbir iştirakçıları
Nizami Gəncəvi Azərbaycan Milli Kitabxanasının fondundan
Nizami Gəncəvinin
əsərləri və
onun haqqında nəşrlərdən ibarət
kitab sərgisi ilə tanış
olublar.
Mərasimin bədii
hissəsində Üzeyir
Hacıbəyovun Nizaminin
qəzəlinə bəstələdiyi
məşhur “Sənsiz”
romansı səslənib.
525-ci qəzet.- 2021.- 3 mart.- S. 11.