Kərim Tahirov Türkiyə Milli Kitabxanasınin
direktoru ilə görüşüb
Kərim
Tahirov Türkiyə Milli Kitabxanasında görüş
keçirib
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Türkiyə Milli Kitabxanasında görüş keçirib.
Milli Kitabxanadan
SİA-ya bildirilib ki, kitabxananın direktoru Türkiyə Mədəniyyət və
Turizm Nazirliyinin Kitabxanalar və yayımlar şöbәsinin
rəhbəri və Türkiyə Milli Kitabxanasının direktoru
Əli Odabaşla görüşüb. Direktor
Kərim Tahirov görüş zamanı iki qardaş ölkə arasındakı
əlaqələrin daha
da möhkəmləndirilməsi
üçün kitabxanalar
arasındakı əlaqələrin
inkişaf etdirilməsinin
vacibliyini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Milli Kitabxanası arasında imzalanmış
əməkdaşlıq haqqında
memorandum yenilənməlidir.
Türkiyə Milli Kitabxanasının direktoru Əli bəy təklifə müsbət münasibətini
bildirib və memorandumun yaxın zamanlarda yenilənməsini
məqsədəuyğun hesab
edib. Danışıqlar
əsnasında yaxın
zamanlarda Türkiyə
Milli Kitabxanasında Azərbaycan mədəniyyətinə,
tarixinə, ədəbiyyatına
və incəsənətinə
dair Azərbaycan guşəsinin yaradılacağı
planlaşdırılıb. Bu məqsədlə, Azərbaycan Milli Kitabxanasından Azərbaycanın
tarixi, mədəniyyəti,
ədəbiyyatı və
incəsənəti ilə
bağlı kitablar Türkiyə Milli Kitabxanasına göndəriləcək.
Daha sonra
Kərim Tahirov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 880-ci ildönümü
münasibətilə Türkiyə
Milli Kitabxanasında saxlanılan Nizami əlyazmalarının elektron
versiyalarının Azərbaycan
Milli Kitabxanasına verilməsini xahiş edib. Eyni zamanda,
Misirdə və Sankt-Peterburqda mühafizə
olunan Nizami əlyazmalarının da rəqəmsal surətlərinin
alınacağını və
çap olunacağını
bildirib.
Görüş zamanı professor Kərim Tahirov işğaldan azad olmuş ərazilərimizdə
975 kitabxananın ermənilər
tərəfindən məhv
olunduğunu və orada olan 4 600 000 kitabın yandırıldığını
diqqətə çatdırıb.
Direktor işğaldan
azad olunmuş ərazilərdəki kitabxanaların
kitab fondlarının
bərpası üçün
kitab toplama kampaniyası başladıldığını
vurğulayıb. Türkiyə
Milli Kitabxanasının
direktoru Əli bəy həmin kitabxanaların fondlarına
dəstək üçün
Türkiyə Milli Kitabxanasının da kitab göndərəcəyini
qeyd edib.
Daha sonra Kərim Tahirov “Qarabağ. Əsrlərin salnaməsi” (Azərbaycan
və ingilis dilində) kitabını Türkiyə Milli Kitabxanasının direktoruna
hədiyyə edib.
525-ci qəzet.- 2021.- 2 mart.- S. 2.