Anar Kərimov:
Türkiyə ilə əməkdaşlıq əlaqələrini
daha da genişləndirmək
niyyətindəyik
Türkiyə Respublikasına səfərimiz
səmərəli oldu.
Ankarada keçirdiyimiz görüşlərdə
Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində
əməkdaşlıq əlaqələrini
genişləndirmək, eləcə
də incəsənət,
muzey, kitabxanaçılıqla
bağlı təcrübə
mübadiləsi üçün
faydalı müzakirələr
apardıq.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının
mədəniyyət naziri
Anar Kərimov bildirib.
Türkiyəli həmkarı Mehmet
Nuri Ersoy ilə görüşdə
aparılan müzakirələr
nəticəsində mədəniyyət
sahəsində əməkdaşlıq
əlaqələrinin yeni
bir keyfiyyət mərhələsinə yüksəltmək
barədə qərar
qəbul olunduğunu diqqətə çatdıran
nazir Anar Kərimov deyib ki, Azərbaycan-Türkiyə
birinci birgə Mədəniyyət Komissiyanın
iclasından sonra imzalanan iki sənəd
əlaqələrin faydalı
və səmərəli
inkişafına təkan
verəcək.
Qeyd edək ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti
Ankarada bir sıra ikitərəfli görüşlər keçirib,
o cümlədən ölkəmizin
Türkiyədəki səfirliyində
və TÜRKSOY-da tədbirlərdə iştirak
edib.
Sabir Şahtaxtı
525-ci qəzet.- 2021.- 4 mart.- S.9.