İstalbulda Azərbaycan mədəniyyətinə
həsr olunan sərgi açılıb
Azərbaycan
Respublikasının mədəniyyət naziri Anar Kərimovun
rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul səfəri
zamanı bir neçə tədbirdə iştirak edib.
AZƏRTAC xəbər
verir ki, səfər proqramı çərçivəsində nümayəndə heyətimiz
Maltepe Bələdiyyəsinin
Türkan Saylan Mədəniyyət Mərkəzində
təşkil olunan Xalq rəssamı Mikayıl Abdullayevin andan olmasının
100-cü ildönümü münasibətilə rəssamın
Türkiyədəki
əsərlərindən ibarət
sərgi və dünya şöhrətli
dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunan rəsm, kitab sərgilərində
iştirak edib.
Sərginin açılış mərasimində çıxış
edən Azərbaycanın
Əməkdar rəssamı
Teymur Rzayev müəllimi Mikayıl Abdullayevin yaradıcılığı
haqqında danışıb,
sərginin təşkili
üçün başda
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
(TÜRKSOY) olmaqla əməyi
keçən hər kəsə minnətdarlığını bildirib.
TÜRKSOY adına tədbir iştirakçılarını
salamlayan təşkilatın
Baş katibi Düsen Kaseinov sənət adamlarının
bizlərə qoyduğu
mədəni mirasın
yaşadılmasının vacibliyini vurğulayıb.
Bu sənətçilərin
yaratdığı əsərlərin
zaman keçdikcə dəyərinin daha da artdığını bildirən baş katib sərginin Türkiyədə yaşayan
rəssamların şəxsi
kolleksiyalarından olan
əsərlər əsasında
hazırlandığını deyib.
Mikayıl Abdullayev yaradıcılığını
zamana səyahət kimi dəyərləndirən
Azərbaycanın Türkiyədəki
səfiri Xəzər
İbrahim Bakı Dövlət Universitetində
oxuduğu illər ərzində kirayə qaldığı evdən
bu ali təhsil
müəssisəsinə məhz
yalnız Bakının
deyil, dünyanın ən gözəl metrostansiyalarından
olan “Nizami” stansiyasından keçdiyini
və demək olar ki, hər
gün bu stansiyada Xalq rəssamının Nizami yaradıcılığını əks etdirən əsərlərlə rastlaşdığını
xatırlayıb. Səfir
bu cür sərginin məhz qardaş Türkiyədə
təşkil edilməsinin
qürurverici olduğunu
deyib.
Tədbir iştirakçılarını
salamlayan nazir Anar Kərimov Azərbaycan rəssamlıq
məktəbinə böyük
töhfə verən Mikayıl Abdullayevə həsr olunan sərginin məhz qardaş Türkiyədə
açılmasının qürurverici
olduğunu deyib. Bildirilib ki, Bakının “Nizami” metrostansiyasındakı miniatürlər
Azərbaycan mədəniyyətinin
ən görkəmli sənət əsərlərindən
biridir və hər bir azərbaycanlı
üçün çox
dəyərlidir. Azərbaycan xalqı
və dövləti tərəfindən hər
bir sənətçiyə
olduğu kimi, Mikayıl Abdullayev yaradıcılığına verilən
yüksək qiyməti
vurğulayan A.Kərimov
bu əsərlərin
Azərbaycanın milli
mədəni irsinin ən qiymətli inciləri olduğunu deyib.
Nazir tədbirin
təşkili və sənətçilərimizin dünyada
tanıdılmasında göstərdiyi
səylərə görə
TÜRKSOY-a təşəkkürünü
bildirib.
Sərginin açılışı
zamanı Teymur Rzayev şəxsi kolleksiyasından Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən
çəkilən orijinal
əsəri Şuşada
açılacaq muzeylərə
hədiyyə edib.
Sonra sərgiyə
baxış olub.
Tədbirin bədii hissəsi
Azərbaycanın görkəmli
dramaturqu Əbdürrəhim
bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan “Mask-Kara” teatrı tərəfindən
hazırlanan “Kimdir müqəssir” tamaşasının
premyerası və V Teatr Almanaxının təqdimatı ilə davam etdirilib.
525-ci qəzet.- 2021.-
5 mart.- S.9.