Azərbaycana aid nəşrlər
Qətər Milli Kitabxanasında
Azərbaycanın
zəngin tarixi və mədəniyyəti, müasir
inkişafı, eləcə də Qarabağ haqqında kitablar
Qətər Milli Kitabxanasına hədiyyə edilib.
Ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov Azərbaycan
Mədəniyyət Nazirliyi
tərəfindən təqdim
olunmuş müxtəlif
mövzulu, əsasən
ingilis və ərəb dillərində
olan 70 kitabı Qətər Milli Kitabxanasının rəhbəri,
Qətərin dövlət
naziri Həməd bin Əbdüləziz əl-Kavariyə
təqdim edib.
Tədbirdə çıxış edən
səfir mədəni
fəaliyyətlərin xalqlar
arasında əlaqələrin
möhkəmləndirilməsində əvəzolunmaz rolunu vurğulayıb. O, ümidvar
olduğunu bildirib ki, təqdim edilən kitablar dost ölkədə Azərbaycanla bağlı
məlumatlılığın artmasına zəmin olacaq.
Qətər Milli Kitabxanasının rəhbəri Həməd
əl-Kavari qeyd edib ki, Ön
Asiya regionu ərəb və İslam mədəniyyətləri
ilə köklü tarixi əlaqəyə malikdir. Bu, regionun
ölkələri ilə
kitab və bilik mübadiləsində
xüsusi əhəmiyyət
kəsb edir. O, kitabxanaya hədiyyə olunan kitablara görə təşəkkürünü
bildirib.
Mərasimdən sonra səfir R.İsmayılov Qətər
Milli Kitabxanası ilə yaxından tanış olub. Səfirə kitabxananın
elektron imkanları, elektron kitabxana, tətbiq edilən qabaqcıl təcrübələr,
habelə istifadəçilərə
göstərilən xidmətlər
haqqında məlumat verilib.
525-ci qəzet.- 2021.- 11 mart.- S.8.