Tbilisidə Mirzə Fətəli Axundzadəyə həsr olunmuş sərgi təşkil edilib

 

 

Martın 10-da Tbilisidəki Gürcüstan Parlamentinin Milli Kitabxanasında dahi şəxsiyyət və pedaqoq, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadəyə həsr olunmuş sərgi açılıb.

 

AZƏRTAC xəbər verir ki, tədbir ədibin vəfatının 143-cü ildönümünə həsr olunub.

 

Sərgidə M.F.Axundzadənin Gürcüstan Milli Kitabxanasında Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində saxlanılan 50-yə yaxın fotosu, müxtəlif rəssamların əsərləri, eləcə ədibin əsərləri yazılı ədəbiyyat nümunələri nümayiş etdirilib. Kitablar arasında 1936-cı ildə çap olunmuş Axundzadəyə aid kitab da diqqət çəkir.

 

Tədbiri Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək dahi ədibin həyat yaradıcılığından söhbət açıb.

 

Sonra kitabxananın şöbə müdiri Levan Taktakişvili çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, M.F.Axundzadənin bu əlaqələrin inkişafındakı xidmətlərindən, eləcə kitabxanada saxlanılan Azərbaycan ədiblərinin əsərlərindən danışıb.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov çıxışında M.F.Axundzadənin yaradıcılığından, dramaturgiyamızın inkişafındakı rolundan, eləcə Gürcüstanda yaşayıb yaratmış azərbaycanlıların yaradıcılığından bəhs edib.

 

Diplomat strateji tərəfdaş olan Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafında bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

 

Digər çıxış edənlər M.F.Axundzadənin yaradıcılığıdan danışıb, Azərbaycan mədəniyyətinin, dramaturgiyasının inkişafında, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin dərinləşməsində, eləcə insanların maariflənməsindəki xidmətlərindən bəhs ediblər.

 

Tədbir zamanı dahi ədibin yadcalığında bəhs edən səhnələr nümayiş etdirilib, mahnılar səsləndirilib.

 

525-ci qəzet.- 2021.- 12 mart.- S.9.