Milli Kitabxana beynəlxalq forumda iştirak edib
Azərbaycan
Milli Kitabxanası martın 11-də “Kitabxanalar birliyi:
Uzunmüddətli tərəfdaşlığın nailiyyətləri
və perspektivləri” adlı beynəlxalq forumda iştirak
edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, forumda Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Tacikistan
və digər MDB ölkələrinin milli kitabxanaları iştirak ediblər.
Beynəlxalq forumda milli kitabxanaların
ötənilki fəaliyyəti,
pandemiya dövründə
həyata keçirilən
ən yaxşı layihələr və milli kitabxanaların istifadəçilərin informasiya
təminatında rolundan
danışılıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov forumun ekspert sessiyasında “İlin ən yaxşı təcrübəsi:
Yeni şəraitdə
yeni xidmətlər” mövzusunda çıxış
edib. O, çıxışında
Azərbaycan Milli Kitabxanasının fəaliyyəti
haqqında və bütövlükdə Azərbaycan
kitabxanalarının pandemiya
şəraitində üzərinə
düşən vəzifələr
ətrafında danışıb.
Pandemiya şəraitində ölkənin
əsas kitabxanalarının
xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini
müvafiq şəraitə
uyğun qurduğunu qeyd edən K.Tahirov, Azərbaycan Milli Kitabxanası tərəfindən onlayn formada oxuculara kitabxana informasiya xidmətinin davam etdirilərək, kitabxananın
onlayn xidmətlərinin
(biblioqrafik sorğu,
sənədlərin sifarişi
və elektron çatdırılması, virtual
sərgi və metodiki xidmətlər) oxucular üçün aktivliyini vurğulayıb.
Kitabxananın direktoru Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə müzəffər
Azərbaycan Ordusu tərəfindən 44 günlük
müharibə nəticəsində
erməni işğalından
azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək
fəaliyyət göstərmiş
kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət
Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi kitabtoplama kampaniyası haqqında məlumat verib. O, erməni işğalından
azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən
Mədəniyyət Nazirliyinin
kitabxana şəbəkəsinə
daxil olan 975 kitabxananın tamamilə məhv edildiyini və onların fondlarında olan 4.587.696 nüsxə qiymətli kitab və digər
çap məhsullarının
tamamilə yandırıldığını bildirərək,
hazırda bu kitabxanaların fondlarının
bərpası məqsədilə
kitabtoplama kampaniyasının
keçirildiyini diqqətə
çatdırıb, habelə
forumda iştirak edən kitabxanaları bu kampaniyaya qoşulmağa çağırıb.
K.Tahirov,
həmçinin Azərbaycan
Respublikasının erməni
hərbi birləşmələrinin
işğalından azad
etdiyi 10 rayonunun mərkəzi kitabxanalarının
və Azərbaycan Milli Kitabxanasının adından Beynəlxalq Kitabxana Təşkilatının
- İFLA-nın prezidenti
xanım Kristin Makenziyə müraciət
edərək bu vandalizm
aktına qiymət verilməsini xahiş etdiyini və İFLA-nın prezidenti xanım Kristin Makenzidən kitabların yandırılmasının insanlığa
yaraşmayan hərəkət
olması və bu hadisənin ciddi qınanılması barədə cavab məktubu aldığını
bildirib.
Forumda Azərbaycan
Milli Kitabxanasının
2020-ci ildə həyata
keçirdiyi layihələr
təqdim olunub. Görkəmli şəxsiyyətlər
və əlamətdar
tarixi hadisələr haqqında elektron məlumat bazaları, virtual sərgilər, Milli Kitabxananın nəşrləri böyük
maraqla qarşılanıb.
525-ci qəzet.-
2021.- 12 mart.- S.9.