KEŞİKÇİ
Cənab
Ali Baş Komandan, öndə olum,
İcazə ver, qoy əsgərin mən də olum.
Vətən
deyən, Allah deyən bəndə olum,
Daim Haqqa,
Ədalətə keşik çəkim,
Qazandığın
məhəbbətə keşik çəkim!
Müzəffərdir,
qurban olsun canım mərdə,
Allah onu bərk
saxlasın qoy nəzərdə!
İcazə ver, azad olmuş kənd-şəhərdə.
Qaldırdığın
bayrağına keşik çəkim,
Azad
olmuş torpağıma keşik çəkim!
Görən
deyir, bax, Komandan belə olar,
Komandan şah, şah Komandan belə olar.
Millətinə Baş Komandan belə olar.
Sənin
kimi Hünərvərə keşik çəkim,
Yazılıbsa
adın hara... keşik çəkim!
Axıb
Araz nə deyir gör: Yaşa, yaşa!
Biz sayəndə
sahib olduq torpaq-daşa!
Xudafərin
körpüsünün üstə düşən
Sənin
ayaq izlərinə keşik çəkim,
Özüm
dönüm gözlərinə, keşik çəkim!
Alovlandı,
yandı yenə od-ocağım,
Keçmiş
olsun çəkdiklərin, a torpağım!
Şükür
olsun, azad oldu Qarabağım,
Yurdun məscid-minarəsi...
keşik çəkim,
Ucaldıqca
Əzan səsi, keşik çəkim!
Gözəlliklər
göz yaşardan şəklindədir,
Gözəlliklər əslimdədir, kökümdədir.
Aman Allah,
qəbristanlar nə gündədir,
Dağıdılmış
məzarlara keşik çəkim,
Yerlə-yeksan
əzalara keşik çəkim!
O
oğulmu, Vətəninə baş əyməsin?
Hər
kimin ki, qeyrəti yox, yaşamasın!
Bir əsgərin
ayağına daş dəyməsin,
Onların
hər birisinə keşik çəkim,
Azərbaycan
Ordusuna keşik çəkim!
Şah
İsmayıl Xətaimiz - sənsən indi,
Hünər
sənin, Zəfər sənin Zəfərindi!
Səda gəldi,
yerlər dindi, göylər dindi:
Min
yaşasın Azərbaycan, keşik çəkim,
Məni də
öz arxanda san, keşik çəkim!
Haqqın
vardır, ey qəhrəman, yaşayasan,
Belə deyir tarix, zaman, yaşayasan.
Yaşadıqca
Azərbaycan, yaşayasan,
Eşq
olsun, eşq, Yurd oğluna, keşik çəkim!
Qoy o Dəmir
Yumruğuna keşik çəkim!
ANAMIN ŞEİRLƏRİ
Hər
sözün üstündə özü göz oldu,
Qatdı hər sözümə gülləri dərib.
Mənim
şeirlərim niyə gözəldi,
Hər
sözə anamın əlləri dəyib...
Mənim
hər şeirimi anam yazıbdı!
Qoymayıb
biri də çiy qala əsla,
Sözü bir yoğurub yüz bişiribdi.
Oxlovu-qələmdi,
duağı-masa,
Çörək
bişirəndə Söz bişiribdi,
Mənim
hər şeirimi anam yazıbdı!
Anam
görübdü ki, yetim uşaqdı,
Çöllərə düşməsin...
yazıqdı şeir.
Nəfəs
alanda da, almayanda da,
Elə
öləndə də yazıbdı şeir,
Mənim
hər şeirimi anam yazıbdı!
Enməz
başım üstdən, enməz göy üstdən,
Qaldırsam
nə zaman, bayraq olar ki!
Anamın
sözünə qurban olum mən,
Anamın
sözündən harda olar ki...
Mənim
hər şeirimi anam yazıbdı!
Bizi
laylasına qərq eyləyəndən,
Bayatı deyəndən gözləri dolub.
Sən
qoca dünyanı xəlq eyləyəndən,
Allah, anam kimi şairmi olub?
Mənim
hər şeirimi anam yazıbdı!
Elə
deyəcəkdir öz dediyini,
Hər
ağrı-acını, bəlanı yenib,
Oğlunun
başına dolanır kimi,
Hər
sözün başına dolanıb, dönüb,
Mənim
hər şeirimi anam yazıbdı!
Ən
çətin iş nədir, bilirəm bişəkk,
Gəzmək və toplamaq söz qəlpə-qəlpə.
Mənə
təzə qardaş, bacı doğurtək
Qızıl
Dan yerinə üz sürtə-sürtə,
Mənim
hər şeirimi anam yazıbdı!
Özüm
öz gücümü yaxşı bilirəm,
Mən aşkar şairəm, gizli şairəm.
İndi
bildin ki, əziz oxucum,
Mən niyə bu qədər güclü şairəm?
Mənim
hər şeirimi anam yazıbdı!
Mənə
nə qalıb ki, ta indən belə,
Mənə bir şairi sevmək qalıbdı.
Mənə
bu qalıb ki, öyünün elə,
Mənə
bircə sözü demək qalıbdı:
"Mənim hər şeirimi anam yazıbdı!"
Gəlib pıçıldayır bir mələk,
baxdım.
"Şair, olarmı ki, özüm oxuyum?
Sənin
şeirini oxuyan çoxdu
,
Vallah,
vallahın da özü oxuyur,
Vallah, Allahın da özü oxuyur!"
Mənim
hər şeirimi anam yazıbdı!
ARI YEŞİYİ
Allahım,
üstümdən əksik eyləmə,
O namusu mənim,
o arı mənim.
Hamıdan
ötəri bal toplayır, bax,
Mən o
Arınınam, o Arı mənim!
Yolçudu,
getdiyi o yol şirindi,
Qarşısında çəmən, tarla, toplayır.
Niyə
topladığı o bal şirindi?
Namusla
toplayır, arla toplayır!
Allah, mən
Arını necə sevməyim,
Mənə
də öyrətdi Arı olmağı!
Arıdan,
çiçəkdən, güldən öyrəndim,
Olanda
hamının balı olmağı!
Arı
olmayanlar boş-boş vızıldar,
Boş-boş
da sızlarlar... əfçidi, əfçi!
Biləydim,
Arının qəlbidi qəlbim,
Biləydim,
Arının nəfsidi nəfsim!
Arı
kimi girsən qəbrə də, nə var,
Könül,
bu yandan gir, yol tap o yana!
Arı
yeşiyidir bəlkə də məzar,
Uçub
qaranlıqda bal toplayana?!
Gərək
Arı kimi olmaq istəsən,
Yarı
olmayasan...
yarı
olasan.
Hardan xəbər
tutdun, bildin ey könül,
Elə
istəyirdim bal toplayasan,
Elə
istəyirdim Arı olasan!
GÖYTÜRK NƏVƏSİ
Getsəm
elə-belə yol getmirəm ki,
Yerlə yeriyirəm, Göylə gedirəm.
Mən
Göyü arabir Yerə gətirib,
Mən
Yeri eyləyib Göy də, gedirəm!
Bələdəm
mən göyün nə olduğuna,
Bələdəm mən Yerin hər bir yoluna.
Arxamca
deyiblər... çox eşitmişəm,
"Bu Göynən gedir ki, nə olub buna?!"
Heç
vaxt yaşamazdım bu ömrü bəlkə,
Mənası
ulduza, Aya dəyməsə!
Hara getsəm
əgər, hər dəfə başım,
Ulduza dəyməsə,
Aya dəyməsə!
Qartal
qanadlıdır deyirlər, bu ki,
Sanırdıq adi bir öyün oğludur.
Allah, bu
adamda nələr var, nələr,
Bu, Yerin,
yoxsa ki Göyün oğludur!
Bu ki,
baxça-bağı yerdə becərir,
Bunun ki, əkini yerdə əkilir.
Bütün
baxçaların barı-bəhəri
Bəs
necə olur ki, bunun başına
Sanki
Göydən yağır... Göydən tökülür!
Yeri də,
Göyü də sanki yol sanır,
Ayılır
yatanda...
Yatır, ayılır.
İki dəqiqədə
Göyə yollanır,
İki dəqiqəyə
Yerə qayıdır!
Görür
ki, oxşamır Yer adamına,
Yerin bu adamdan gözü su içmir.
Göyün
üzü gülür: "Bizim adamdı,
Bir bax, seçilirmi bizlərdən, heç, bir!"
Yerdə əkilən
bağ göydə bar verir,
Mən də
əkinçiyəm, peşəm nədi, bəs!
Bizim Azərbaycan
nağıllarında
Göydən
üç alma tək düşən nədi
bəs!?
Heç
nə bu dünyada edə bilmərəm,
Mən Yerdə yer salıb Göydə yatmasam.
Heç yana, heç yerə gedə bilmərəm,
Yerlə
yeriyəndə Göylə getməsəm,
Yerdə
yeriməsəm... Göydə getməsəm!
Göylərdə
ölürəm Yerdən ötəri,
Yerdə də Göylərin nəfəsiyəm mən.
Bəs
necə, nə təhər olmalıyam ki,
Göytürkün
min illik nəvəsiyəm mən!
SƏNƏ MƏN QALMIŞAM
Oyandır
həyatı, həyata səslə,
Ölmə, istədiyin baş daşı yoxdu.
Məndən
başqasını axtarma gözəl,
Gəzmə
vallah, məndən başqası yoxdu,
Sənə
mən qalmışam, mənə də sən qal!
Gül
açar bəlkə də daş daşa varsa,
Qalmaz, əvvəlki
tək bu gərdiş, qalmaz!
Vallah, iki
adam baş-başa versə,
Dünyada
düzəlməz bircə iş qalmaz,
Sənə
mən qalmışam, mənə də sən qal!
Bacarsan, həm
ömrü aşırım eylə,
Səni də,
məni də bir cavan, həm gəl!
Sənə
də, mənə də yaxşılıq eylə,
Nə
olar, bir gözəl iş eylə sən, gəl,
Sənə
mən qalmışam, mənə də sən qal!
Odlara,
sulara hey düşə-düşə,
Yaraq,
tufanların bağrını yaraq!
Oxşasaq
oxşayaq Aya, Günəşə,
Olanda beləcə
hamının olaq...
Sənə
mən qalmışam, mənə də sən qal!
Sanki,
yaşamağa vaxt olmamışdır,
Amma
ötmədi də ömür biqərar!
Bu gələn
bəlkə də sonuncu qışdır,
Bu
yağan bəlkə də son qardı, son qar...
Sənə
mən qalmışam, mənə də sən qal!
ÇİN OLMUŞ YUXU
Bir dəfə yuxumda gördüm ki, Kəbədəyəm,
Kəbə evinin içindəyəm. Qarşımda qara bir stol, altımda qara bir stul var. Oturmuşam (Yox, əslində
oturdulmuşam!).
Məramım,
məqsədim Allah məramı,
Mən axına qarşı axın təkiyəm.
Ən
uzaq olana uzaq olanam,
Mən
yaxın olana yaxındakıyam!
Necə
saf qalmışam, bunu saf bilər,
Bu əclaf neyləyir, o əclaf bilər.
Duysa rəssam
duyar, fotoqraf bilər,
Mən
Varın rəsmiyəm, Yoxun şəkliyəm!
Məni
düz tanıyır özü düz olan,
Bircə söz desə də, sözü yüz olan.
Könülmü
tanıyır könülsüz olan,
Məni səpən
tanır... toxumdakıyam!
Həllac
Mənsur idim darda olanda,
Babam Nəsimiydim,
bir də olanda!
Oturdulmuş halda harda olanda,
Orda-Kəbədəyəm... Yuxumdakıyam!
Barat
VÜSAL
525-ci qəzet.- 2021.- 17 mart.- S.23.