Şuşada yaranan xalq oyunları  

 

Milli adət-ənənələrimizin qorunub saxlanılmasında xalq oyunlarının özünəməxsus yeri var. Oyunlar xalqın həyat tərzini, sosial mədəni şəraitini, inanc rituallar sistemini, psixologiyasını, əhval-ruhiyyəsi, əyləncə estetik dünyasını əks etdirir. Xalqımızın zəngin mənəvi dünyası onun oyunlarında da özünü göstərir. Həmin xalq oyunlarından bir neçəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaranıb inkişaf edib.

 

Uzun illərdən bəri Qarabağ tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı-jurnalist Vasif Quliyev bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib: "Belə oyunlardan biri daha çox baharın ilk aylarında oynanılan "Baharbənd" xalq oyunu idi. Oyunun qaydasına görə, atlı atın çaparağında çuxasını, arxalığını, çarıqlarını çıxarıb yerə atır, müəyyən məsafədən sonra yenə həmin yolu qayıdır atın cilovunu yığmadan növbəylə çuxanı, arxalığı çarıqları yerdən götürür. Həmin əməliyyatı ən tez yerinə yetirən atlı qalib hesab edilir.

 

Mərasim şənliklərində subay gənclər tərəfindən qurulmuş müxtəlif formalı yelləncəklərə "Yellənti" deyilirdi. Bir çox zonalarda müxtəlif adlarla geniş yayılsa da, Şuşada ona "Uçuncaq" deyilirdi.

 

Ağacdan asılmış həmin yelləncəklərdə ayaq üstə yellənən qızlar oğlanlar bayatı deyişmə formasında müxtəlif mahnılar oxuyur, ətrafdakılar isə qaval çalıb onlara səs verir, rəqs edirdilər. Əski el inancına görə, bu "sehrli ayın" məhsuldarlığın yüksəlməsinə səbəb ola bilərdi.

 

XVIII əsrin axırları-XX əsrin əvvəllərində Şuşada rəqs məzəli oyunlarla müşayiət edilən "Əl üstə kimin əli" adlı uşaq oyunu geniş yayılmışdı. Yalnız uşaqların deyil, yeniyetmə gənclərin oynadığı bu oyunda iştirakçılardan biri ortada üzüqoylu uzanır, ətrafda oturanlar isə yumruqlarını üst-üstə onun belinə qoyub "əl üstə kimin əli?" deyə soruşurdular. Düz cavab verəndə yumruq sahibi onu əvəz edir, tapa bilmədikdə iştirakçılar onun belinə vurub "götürün, vurun, yalandır!" deyir, yaxud məğlub olan iştirakçıların arzusunu yerinə yetirir, məsələn, oxuyur, rəqs edir ya hansısa məzəli oyun göstərirdi. Həmin oyundan tənbehetmə üsulu kimi başqa oyunlarda da istifadə edilirdi".

 

Tədqiqatçı-jurnalist mövzunu davam etdirərək deyib: "Qarabağ ərazisində, xüsusilə Şuşada "Qodu-qodu" mərasim oyunu "Dodu-dodu" kimi tanınırdı. Oyunun iştirakçıları "dodu"nu qapı-qapı gəzdirərək "dodunu gördünüzmü?" sözləri ilə başlanan bir mərasim tənərləməsi oxuyur, dairə ətrafında bu oyuna "dodugəzdirmə" deyilirdi.

 

Novruz bayramı ərəfəsindəki axır çərşənbə mərasimində qız-gəlininin bəxtini sınamaq məqsədilə "Dintutma" oyunu keçirilirdi. Mahnı məzəli oyunun müşayiəti ilə hər iştirakçı ürəyində niyyət, əlində güzgü tutaraq yoldaşları ilə birgə qonşu ya küçə qapısına yollanır, ayağının altına açar qoyaraq qapı arxasında dururdu. İnama görə, əgər bu vaxt qapının arxasında xoş söz eşidilərsə, niyyət hasil olacaq, yaxud əksinə. Oyunun el-oba içində "Qapıpusdu", "Qulaqaparan, "Qulaqfalıyaçıxdı" s. adları da var.

 

XVIII əsrin ortalarında Şuşada "Fincan-fincan" musiqili folklor oyunu əsasən el şənlikləri mərasimlər zamanı subay gənclərin oynadıqları sözlü-nəğməli, çox da mürəkkəb olmayan oyun idi. Oyunda on iki nəfər-altı qız, altı oğlan iştirak edirdi. Mahnı rəqsin müşayiəti ilə oyun canlı, şən, müxtəlif atmaca zarafatlarla keçirdi.

 

Oyun zamanı ki dəstədən ibarət olan iştirakçıların sayına görə məcməyiyə üzüqoylu fincanlar düzülüronlardan birinin altında bir üzük gizlədilirdi. Bir dəstə o biri dəstəyə üzüyü tapmağı təklif edirdi. Üzüyü tapmayan iştirakçı cərimə olunurdu: o, ya oxumalı, ya rəqs etməli, ya da bir oyun göstərməli idi. Oyunun uğuru isə üzük olan fincanı tapmaq idi. Həmin oyun bəzən "Gün oyunu", "Üzük-üzük", "Üzüyü gizlətdi" də adlanır və Qarabağdan başqa Bakıda da oynanılırdı".

 

525-ci qəzet.- 2021.- 17 mart.- S.11.