"İrəvan xanlığının bölgə mətbəxi"ndəki tarixi həqiqətlər

 

 

 

Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan "İrəvan xanlığının bölgə mətbəxi" kitabının İstanbulda nəşr olunması diqqətçəkən hadisə kimi qarşılanıb.

 

Kitabın layihə rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli AZƏRTAC-a bu mövzuda danışarkən bildirib ki, mənfur işğalçı qonşularımız tarix boyu Azərbaycan mətbəxini yeməklərini özününküləşdirib "erməni yeməkləri" kimi təqdim edir, bu saxtakarlığı indi davam etdirməyə cəhd göstərirlər.

 

O deyib ki, Azərbaycan Milli Kulinariya Mərkəzi erməni saxtakarlıqlarının ifşa edilməsi, habelə milli mətbəximizin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirir. Mətbəx tarixinin araşdırılması milli mətbəximizə aid kitabların nəşri bu baxımdan xüsusilə təqdirəlayiqdir. İstanbulda çap olunmuş "İrəvan xanlığının bölgə mətbəxi" kitabı Tahir Əmiraslanovun rəhbərlik etdiyi Milli Kulinariya Mərkəzinin Azərbaycan gerçəkliklərini beynəlxalq müstəvidə yaymaq istiqamətində atdığı uğurlu addımların məntiqi davamı olaraq diqqət çəkir: "Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Tarixi qaynaqlara 1500-dən çox etnoqrafik sorğulara əsaslanan, erməni iddialarının əsassızlığını sübuta yetirən bu monoqrafiya azərbaycanlıların qədim tarixə malik İrəvan bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir".

 

Tədqiqat işlərindən aydın olur ki, hələ 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası "erməni yeməklərini bərpa etmək" məqsədilə Göyçə Zəngəzur mahallarında azərbaycanlıların yaşadıqları kənd qəsəbələrdən toplanılan materiallar əsasında ərzaq məhsulları yemək növlərinin adlarını, onların hazırlanma qaydalarını saxtalaşdıraraq "Armənskaə kulinariə" adlı kitab nəşr etdirib.

 

Lakin "İrəvan xanlığının bölgə mətbəxi" kitabını vərəqlədikcə məlum olur ki, ermənilərin milli mətbəximizə aid olan, tarixən İrəvan xanlığının, hazırda "Ermənistan" adlanan tarixi torpaqlarımızda yaşayan azərbaycanlı əhalinin qida rasionunda yer tutan yemək içkiləri özününküləşdirməyə "erməni yeməkləri" kimi tanıtmağa çalışmalarına baxmayaraq, orada yer alan yeməklərin, ərzaq məhsullarının, meyvə-tərəvəzin, ədvaların əksəriyyətinin adları (boranı, əriştə, xəşil, küftə, dolma, qovurma, bozartma, çığırtma, xaşlama, kətə, lavaş, gögüplov, odplov, müəmmərplov, imam bayıldı sair) Azərbaycan dilindədir: "Ermənilər Azərbaycan mətbəx terminologiyasındakı yemək-içmək adlarında bəzi hərfi dəyişiklər etməklə özlərinə saxta "mətbəx mədəniyyəti" yaratmaq iddiasında olublar. Artıq beynəlxalq ictimaiyyət erməni yalanlarının üzə çıxmasını diqqətlə izləyərək onların necə aradan qaldırıldığının şahidi olur. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi ermənilərin iddiasına rəğmən, lavaşın türk xalqlarının çörəyi, 2017-ci ildə dolmanı Azərbaycana məxsus mətbəx növü kimi Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil etməsi buna əyani sübutdur.

 

"İrəvan xanlığının bölgə mətbəxi" kitabının dəyərlərindən biri İrəvan xanlığının mədəni irsini, Azərbaycan İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin - Sərdar Sarayı, İrəvan məscidləri, karvansara İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotosənədlərin nəşrdə əks olunmasıdır.

 

Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək içki adları onların hazırlanması qaydaları verilir ki, bu da Qərbi Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı ərazisində azərbaycanlıların yaratdığı mətbəx süfrə mədəniyyəti haqqında əyani təsəvvür yaradır. Kitab hər bir azərbaycanlını ruhən doğma yurd yerlərinə aparır, o torpaqların gözəlliyini, təndirinin ətrini, yeməklərinin ləzzətini bir daha yada salır.

 

"İrəvan xanlığının bölgə mətbəxi" kitabının nəşri COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyi üçün onun təqdimatı Diasporla İş üzrə Dövlət Komitəsinin "E-Akademiya" layihəsi vasitəsi ilə onlayn keçirilib. Videokonfransda Azərbaycan diasporunun beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə kitabın məziyyətləri beynəlxalq aləmdə təqdim olunması barədə müzakirələr aparılıb.

 

Nəşri barədə xəbərlərin Türkiyə Fransa mətbuatında yer aldığı "İrəvan xanlığının bölgə mətbəxi" kitabı hazırda İsveçdə Alfred Nobelin (Alfred Nobels Bjorkborn in Karlskoga, Sweden) ev-muzeyində sərgilənir. Kitabın Avropa ölkələrində planlaşdırılmış təqdimatının postpandemiya dövründə həyata keçirilməsi nəzərdə tutulur.

 

 

525-ci qəzet.- 2021.- 30 mart.- S.9.