Qarabağa dönüşDağlıq Qarabağın Azərbaycanlı icmasıictimai birliyi buraxıldı, yeni qurum  yaradıldı

 

 

 

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz heç vaxt öz dədə-baba torpaqlarımıza qayıdacağımıza olan inamımızı itirməmişdik. Biz mütəmadi olaraq sülh şəraitində birgəyaşayış çağırışları etsək , təəssüf ki, bu çağırışlara Ermənistan Qarabağın erməni icması tərəfindən müsbət cavab verilməmişdir.

 

Nəhayət ki, ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağımız işğaldan azad edildi, milyonlarla insanın 30 illik vətən həsrətinə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü tarixi ədalət bərpa edildi.  İşğalçı Ermənistan ordusu darmadığın edilərək torpaqlarımızdan çıxarıldı bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə həkk edildi. Cənab Prezident həm döyüş meydanında, həm diplomatiyada, həm informasiya müharibəsində ölkəmizin qalibiyyətini təmin etdi. Uzun illərdir gözlədiyimiz xəyallarımız gerçəkləşdi Azərbaycan öz əzəli tarixi hissəsi olan Qarabağa qovuşdu.

 

Bundan sonra həm Azərbaycan, həm onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoymuşdur. ArtıqDağlıq Qarabağadlı inzibati ərazi vahidi onun statusu anlayışı yoxdur. Çoxmillətli multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar.

 

Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqdaDağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasıDağlıq Qarabağ bölgəsinin erməni icmasıanlayışları öz aktuallığını ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyi 30 aprel 2021-ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar vermişdir.

 

Bundan sonrakı fəaliyyətimizi Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəyik.

 

Biz əminik ki, qısa zamanda Qarabağ ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevriləcək. Ermənistanın işğalı dövründə dağıdılmış bütün şəhər kəndlərimiz, mədəni tarixi abidələrimiz, məscidlərimiz bərpa olunacaq. Xalqımız üçün xüsusilə əziz olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müzəffər Ali Baş Komandanımızın da dediyi kimi nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin iqtisadi, sosial humanitar həyatına reinteqrasiyasının Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək.

 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu müqəddəs missiyanı dəstəkləmək üçünQarabağa dönüşadlı ictimai birliyin yaradılmasını bəyan edirik”.

 

 525-ci qəzet.- 2021.- 1 may.- S.5.