“Qabdulla Tukay və Azərbaycan”
kitabı işıq üzü görüb
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən
“Qabdulla Tukay və Azərbaycan” kitabı nəşr edilib. Kitabın müəllifləri
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli
və filologiya üzrə fəlsəfə
doktoru İsmixan Osmanlıdır.
525.az-a verilən məlumata görə, kitab İnstitut Elmi Şurasının 29 yanvar 2021-ci il tarixli 1 saylı iclas protokolunun qərarı ilə çap olunub. Kitabda tatar ədəbiyyatının
görkəmli nümayəndəsi,
mütəfəkkir şair,
publisist, tərcüməçi,
ictimai xadim Qabdulla Tukayın (1886-1913)
Azərbaycan mətbuatı
və ədəbiyyatı
ilə əlaqələri,
ədəbi irsinin ölkəmizdə nəşri
və tədqiqi məsələlərindən
bəhs edilir.
Kitabın elmi redaktoru Tatarıstan Respublikası
EA-nın akademiki, filologiya elmləri doktoru, professor Daniya Zahidullinadır.
“Elm və təhsil” nəşriyyatında işıq
üzü görmüş
kitabın rəyçiləri
Tatarıstan Respublikası
EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor
Kim Minnullin və filologiya elmləri doktoru, professor Məmməd
Əliyevdir. Nəşrə
məsul isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.
536 səhifəlik kitab Azərbaycan və rus dillərindədir.
Doqquz bölüm, nəticə və Azərbaycan, rus, tatar dillərində 256 sayında ədəbiyyat siyahısından ibarət
kitab türk xalqları ədəbiyyatına
dəyərli töhfədir
525-ci qəzet.- 2021.- 1 may.- S.13.