18 yaşlı “Şuşa fatehi
Səbuhi
Əlixan oğlu Həsənquliyev 2002-ci il 11 apreldə Ucar rayonunun Boyat kəndində doğulmuşdur.
O, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşdür.
9-cu sinfə qədər
burada təhsil alan Səbuhi
daha sonra, peşə liseyini bitirmişdir. Orta məktəb illərində
idmanın qaydasız döyüş və futbol kimi növləri
ilə məşğul
olmuşdur. Valideynlərinin dediyinə görə, o göyərçinləri “sülhün
rəmzi” olduğu üçün sevirmiş.
2020-ci ilin iyulunda
hərbi xidmətə
yollanan Səbuhi Beyləqan, Cəbrayıl,
Füzuli, Hadrut və Şuşada döyüş yolu keçmişdir. Həmin
ilin 8 noyabrında Şuşa uğrunda
gedən döyüşlərdə
qəhrəmancasına şəhid
olmuşdur. Beş güllə yarası alan gənc
əsgərin sonuncu güllə ürəyindən
keçmişdir. Şəhadətindən
sonra, “Cəbrayılın
azad olunmasına görə”, “Vətən
uğrunda”, “Füzulinin
azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. O, Sumqayıt şəhərində
Şəhidlər Xiyabanında
dəfn olunmuşdur.
Bu gün zəif
yox, güclü olduğun üçün
həyatda yoxsan. Deyirlər, fəlsəfədə
yoxluq yoxdur. O zaman yoxluq üçün
bir tərif də yoxdur, deməli hər zaman varsan. Dairəni sevmirdin,
çünki küncə
qısılmaq olmur.
Xüsusi istedadlı, məhdud
emosiyalı... ağrın
qaçılmaz, əzablarınsa
istəyə bağlı.
– “Xoş gəldin,
əsgər, əyləşəcəyin
masanın qanunlarını
bilirsənmi?” Sıradan bir
bumbuz gecədə axan qanının istiliyi səni isindirir. Ağrın sənə yaşadığını
söyləyən tək
şeydir. Acı çəkəndə
özünü itələ
və xəyalını
qazanacaqsan. Məqsədsiz bir həyata uyğun deyildin, özünə xitab etməyən şeylərə
məşğul idin.
Bəzən danışmamaq daha
yaxşı hiss etdirir;
heç kimlə, heç cür, heç nə haqqında. Düşdüyün vəziyyətlə ailənə vurduğun duyğusal və zehni ziyanı anlamırsan. Sənə
verilən həyatı
yaşamağını istədilər
heç düşündülərmi
ki, bəlkə vaz keçəcəksən,
Səbuhi ? Ya, elə bir həyatdasanmı ki, orada ölməyə icazə yoxdur? Sinir sisteminin cansız kvant üzərində qurulduğunu bilirsənsə,
o zaman silaha əşya kimi baxma. Sən onu istifadə
etdikcə o canlıdır.
Halallığı da zorla
alan düşmənin
sənin ölümündəki
payının cavabı
o olacaq ki, onun sabahı artıq keçmişidir.
Güc silahlarda yox, onu tutan biləklərdədir.
Uşaq deyilsən, amma əminliklə cavab verə bilərəm ki, heç böyüməmisən də.
İndi yuxuya ehtiyacın var, söhbət yatmaqdan getmir. Bu dəqiqə
alatoran düşüncələrinlə
xəstəxanaları sevmədiyini
dəqiq bilirsən; doğulduğun günün
də orada keçdi, şəhadətin
üçün də
ora gedəcəksən.
Bu andakı “gözəlliyin”
kədərlidir, zəhmət
olmasa, onu üzündən qəlbinə
köçür. Güclü olmağın
üçün yeganə
seçimin olmayana qədər, nə qədər güclü olduğunu bilə bilməzsən. Həyatdan daha
vacib olan şeylər var ki, onu da sən
bu gün etdin. O zaman həyatı ölmədən
tərk edə bilərsənmi? Hisslər dalğalara bənzəyir,
qəhrəman. Onların gəlmələrini
dayandıra bilməzsən,
ancaq hansı ilə sörf edəcəyini yaxşı
bilirsən. Əsgəri həm təbiətdən,
həm də öz təbiətindən
ayırırlar, davam etdikcə vidalaşmağı
bilməyən xatirələrin
var. Kimsə günəşi
söndürəcək qüdrətdə
yaradılmadı, sən
hər zaman üfiqlərdəsən, Azərbaycan
əsgəri. Sus, demə
ki, artıq yavaş-yavaş imtina edirsən. Yuxu sənin üçün
artıq yuxu deyil, qaçışdır.
Yəqin
ki, sevdiyin hər şeyi itirəcəksən, amma sonda sevgi sənə
başqa bir şəkildə geri dönəcək, təyinatlı.
Yansın min lampa, yenə
bir olan günəş qalib gələcək. Yaxşı xatirələri
ağlında, daha yaxşılarını isə
ürəyində saxlayırsan.
Qəhrəmanlıq etməyin üçün
daha gənc olduğunu bil. Susmağı yox, çalış,
danışmamağı üstün
tut. Valideynlərinə həsəd aparırsan,
heç vaxt özün kimi bir uşağın olmayacaq. Düşündünmü onları da bir
anlıq? Sən böyüməklə
məşğul ikən,
onlar da qocaldılar.
Qurumuş dodaqlarında ürəyin
doludur, onları sərbəst buraxacaq söz də yoxdur. Marş! Təkadamlıq ordu! Təbiətlə mübarizədəsən, qalib gəlsən, məğlub olacaqsan.
İmkan
vermə ki, sonda o silah alverçiləri
qalib gəlsin, şəhidlərin əsgəri.
Ölümün əli nə
qədər uzun olsa da sənə aid olan xatirələrə gedib çatmayacaq, Səbuhi.
Əsgər alayını eyni kütlədən daha nəcib edən bir baxış obyekti nədir? Qolları, geyimləri,
pankartları və hərəkətlərinin sənəti
və süni simmetriya. Rütbə nə olursa
olsun, sən yenə də hərbçisən. Şəfəqdən günbatana qədər vətən torpağının
keşiyində dayanan
da sən özünsən.
Çilçıraqlı uşağı qumbaralı
əsgərlə əvəzlədik.
Əyil,
balaca, ayaqqabılarının
ipini çək, dik duruş alanda tarıma çəkilmiş əzələlərin
kimi. Yazıçılar ölüm üçün
payızı seçir.
Sən, səni məhv edən noyabr yarpaqlarını əz, düşmənin qürurunu
əzdiyin kimi. Sən qayıdan torpaqların, qayıtmayan oğlusan.
Texnikanın qarşısında duruş göstərməni
heç nə sındıra bilməz.
Qalx bu masadan, qəhrəman,
burada süfrə müharibəyə uyğundur,
yeməklər və çiçəklər əvəzi
gilizlə, qumbara ilə doludur. Bu gün boşalan
hər daraqda, yerə düşən hər gilizdə bir gənclik şəhid oldu. Hansı ki, qullar yox, ağalar
üsyan qaldıranda
o zənginlikləri özü
qarşılığında alan kasıb
gənclik. Elə isə deyirəm: - “Bir dodağın öpdüyü simanı,
bir böcək gəmirir indi, əsgərim”.
Aysun Əmirəliyeva
525-ci qəzet.- 2021.-4 may .- S.16.