Teatr Xadimləri
İttifaqı "Sənsiz"
bədii qiraət müsabiqəsi keçirib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
2021-ci il "Nizami Gəncəvi ili" elan edilib. Bu münasibətlə
Mədəniyyət Nazirliyi
və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı
ilə 29-30 apreldə
"Sənsiz" adlı
bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq
proseslərini fəallaşdırmaq,
bədii qiraətə
olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait
yaratmaqdır.
Giriş sözü ilə tədbiri açan İttifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov müsabiqə
ilə bağlı ətraflı məlumat verib, onun əhəmiyyətindən
danışıb. Sonra iştirakçıların
çıxışları təqdim olunub. Münsiflər tərəfindən seçilən iştirakçılar
aprelin 30-da mükafatlandırılıb.
Qərara əsasən
birinci yerin qalibi müəyyənləşməyib.
II yerin qalibləri
Bakı Uşaq Teatrının aktyoru Niyaz Qasımov, Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrının aktyoru
Yaroslav Trifonov, III yerin qalibləri Mingəçevir Dövlət
Dram Teatrının aktrisası, Xalq artisti Ella Yaqubova,
Şuşa Dövlət
Musiqili Dram Teatrının aktrisası
Bahar Həmzəyeva olub.
Bundan başqa
"Münsiflər heyətinin
xüsusi diplomu ilə" və "Müsabiqədə iştiraka
görə" təltif
edilənlər də
var.
Münsiflər heyətinin xüsusi
diplomu ilə Şirinova Naibə Həmdulla qızı (Alman-Azərbaycan Ziyalılar
Birliyinin sədri), Məmmədzadə Nəsimi
Əyyub oğlu (Naxçıvan Dövlət
Musiqili Dram Teatrı), Kərimova Gülər Rövşən
qızı (Lənkəran
Dövlət Dram Teatrı), Muradov Elçin Əkrəm oğlu (Bakı Bələdiyyə
Teatrı), Nəzərova
Dilarə Vaqif qızı (ADMİU-nun tələbəsi) təltif
edilib. Müsabiqədə iştiraka görə
təltif olunanlar isə Fətullayeva Aygün Bəhruz qızı (Dövlət Gənc Tamaşaçılar
Teatrı), Hümbətov
Elmir Uğurlu oğlu (Ağdam Dövlət Dram Teatrı), Muradlı Kamran Əhməd oğlu (Sumqayıt Dövlət Dram Teatrı), Qarayev Qaçaq Məhərrəm oğlu (Füzuli
Dövlət Dram Teatrı), Zəmanə Dərviş (Qazax Dövlət Dram Teatrı), Hacızadə Vəfa Nadir qızı (Lənkəran
Dövlət Dram Teatrı), Səfərova Kəmalə Mazanovna (Qusar Dövlət Ləzgi Dram Teatrı), Qasımova Fatimə Bəxtiyar qızı (ADMİU-nun
tələbəsi), Zeynalova Aytac
Rizvan qızıdır
(ADMİU-nun tələbəsi).
Tədbirdə
Nizami Gəncəviyə
həsr olunan videoçarx da nümayiş olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti, professor Azər Paşa Nemətov müsabiqədə iştirak
edən teatr xadimlərinə təşəkkürünü
bildirib, onların Nizami Gəncəvi yaradıcılığına münasibətini
yüksək qiymətləndirib.
Azər Paşa Nemətov deyib ki, Azərbaycan
Teatr Xadimləri İttifaqı bundan sonra da müxtəlif
yaddaqalan tədbirlər
keçirəcək, ədəbiyyat
və mədəniyyət
xadimlərinin yaradıcılığının
təbliğinə, milli
mədəniyyətimizin inkişafına
öz töhfəsini
verəcək.
Qeyd edək ki, münsiflər heyətində
Teatr Xadimləri İttifaqının "Dramaturgiya"
laboratoriyasının rəhbəri,
Xalq artisti Ramiz Fətəliyev, "Gənc rejissorların yaradıcılıq laboratoriyası"nın
rəhbəri, Əməkdar
incəsənət xadimi
Bəhram Osmanov, "Aktyorluq laboratoriyası"nın
rəhbəri Məhəmməd Verdiyev,
ADMİU-nun kafedra müdiri, Əməkdar artist Azad Şükürov,
Teatr Xadimləri İttifaqının sədri
müavini, Xalq artisti Hacı İsmayılov təmsil olunub.
525-ci qəzet.- 2021.- 4 may.- S.9.