Lütfi Zadə ilə bağlı virtual konfrans keçirilib

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Görkəmli elm xadimi Lütfi Ə.Zadənin 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Dillər Universitetinin "Təhsil-2" fakültəsi nəzdində İngilis dilinin qrammatikası kafedrası virtual konfrans keçirdi.

 

Tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru professor N.Məmmədov, Tədris işləri üzrə prorektor professor S.Zeynalova, rektorun müşaviri A.Osmanlı, "Təhsil-1" fakültəsinin dekanı professor F.Cahangirov, "Təhsil-2" fakültəsinin dekanı dosent S.Nuriyev, Linqvokulturologiya kafedrasının müdiri professor M.Qazıyeva, regionşünaslıq kafedrasının müdiri dosent S.Əliyeva, müəllimlər tələbələr iştirak etdilər.

 

Tədbirin moderatoru, İngilis dilinin qrammatikası kafedrasının dosenti Leyla Xanbutayeva virtual görüşü açıq elan edərək ADU-nun Elmi işlər üzrə prorektoru Novruz Məmmədova söz verdi.

 

 

 

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin qeyri-səlis məntiqin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə dühasının elmimizə verdiyi töhfələrdən bəhs edən N.Məmmədov onunla bağlı xatirələrini paylaşdı, alimin ölümündən sonra nəşinin Bakıya gətirilməsində, onun torpağa tapşırılmasında iştirakçı olduğunu qeyd etdi.          

 

Azərbaycan Texniki Universitetinin professoru, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova alimin elmi irsindən, bioqrafiyasından, Soft Computing nəzəriyyəsindən danışdı. Böyük alimlə sıx ünsiyyətindən danışan Ş.Şahbazova L.Zadənin məhz onun təkidi ilə alimin kremasiyadan imtina etdiyini doğulduğu, heç vaxt unutmadığı vətəni Azərbaycanda torpağa tapşırılmağı seçdiyini iştirakçıların nəzərinə çatdırdı.

 

Mədəniyyət İncəsənət Universitetinin professoru rejissor Oqtay Babazadə Lütfi Zadə haqqında çəkdiyi, ssenarisi M.Səmədə aid "Uzaq-yaxın Lütfi Zadə" filmi haqqında xatirələrini iştirakçıların nəzərinə çatdırdı. Dəfələrlə böyük alimlə görüşən O.Babazadə onun incəsənətə vurğunluğundan danışdı evində Azərbaycanın görkəmli bəstəkarları Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin əsərlərinin lentlərini saxladığını, böyük həvəslə dinlədiyini vurğuladı.

 

 

 

Rumıniyanın Arad Universitetinin professsoru Valentina E.Balas Lütfi Zadə haqqında xatirələrini slaydların müşayiətilə ifadə etdi. V.Balas 2017-ci ildə Bakıya gələrək görkəmli alimin məzarını ziyarət etdiyini bildirdi.

 

IMG

 

Meksika Milli Politexnik İnstitutunun professoru, Süni İntellekt Cəmiyyətinin prezidenti İldar Batırşin qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olan dünya şöhrətli Lütfi Zadə haqqında xatirələrini bölüşdü, onun həm gözəl rəssamlıq qabiliyyətinin olduğunu qeyd etdi.

 

Görüşdə fakültə dekanı S.Nuriyev Lütfi Zadənin "Z-çevirmə" kimi tanınan nəzəriyəsi haqqında bu nəzəriyyənin tərcümə sahəsində əhəmiyyətli rolundan danışdı.

 

İngilis dilinin qrammatikası kafedrasının baş müəllimi A.Səlimova alimin həyat yaradıcılığı ilə bağlı apardığı araşdırmalardan söz açdı.

 

 

 

Prorektor S.Zeynalova L.Zadə fenomeni barədə fikirlərini bölüşdü. O, görüşün təşkilində əməyi olan əməkdaşlara, həmçinin iştirakçılara dərin təşəkkürünü bildirərək, tədbirin üç dildə - Azərbaycan, rus ingilis dillərində keçirilməsini mühüm məqam kimi qeyd etdi.

 

525-ci qəzet.- 2021.-5 may.- S.13.