"Nizami Gəncəvi: etnogenez və mifologiya" işıq üzü görüb
Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun "Nizami Gəncəvi: etnogenez və mifologiya" kitabı nəşr olunub.
Folklor İnstitutundan
AZƏRTAC-a bildirilib ki,
kitabda müəllifin
1986-cı ildə müdafiə
etdiyi diplom işinin əsas mətni orijinalda olduğu kimi təqdim olunur. Əsərdə
Azərbaycan - Oğuz
mifologiyası, XII əsr
intibah şəraitində
Nizaminin mifoloji motivlərə müraciətinin
nəzəri-estetik şərtləri
və tarixi-etnik şəraiti, sənətkarın
"Yeddi gözəl"
poemasında təbiət
və cəmiyyətin
vəhdəti konsepsiyası,
Bəhram və Oğuz ovçuluq kultu Bəkil, ictimai-əxlaqi ideya və əski əsatirlər, poemadakı
"Xeyir və Şər" nağılında
Azərbaycan - Oğuz
əsatirlərindən istifadə,
Bəhram şah və əski heyvandarlıq kultu ilə bağlı müdrik çoban kimi məsələlərdən
bəhs olunur.
"Elm və
təhsil" nəşriyyatında
işıq üzü
görən əsərin
elmi redaktoru filologiya elmləri doktoru, professor Mürsəl Həkimov, rəyçisi filologiya üzrə fəlsəfə
doktoru, dosent İsrail Mustafayevdir.
525-ci qəzet.- 20201.- 5 may.- S.20