Azadlığa qovuşan əsir abidə
ZƏNGİLANIN
XIV ƏSRDƏN BOYLANAN TARİXİ - XACƏ YƏHYA TÜRBƏSi
İşğaldan azad olunan torpaqlarımızla
bağlı hamımızın
bir ortaq narahatlığı da həmin
ərazilərdəki tarixi
mədəni, dini, memarlıq abidələrimizin
taleyi ilə bağlı idi.
Artıq 30 ildir düşmənin bütün çirkin əməllərinə şahid
olmuş xalq kimi abidələrlə bağlı da nikbin düşünə bilmirdik. Yaşananlar və
tarix sübut etdi ki, yanılmırdıq.
Körpələri süngüyə keçirən, ananın bətnini yarıb körpəsini çıxaran,
atanı övladları
qarşısında yandıran,
qız-gəlinə təcavüz
edən insanlığın
qara yarası ermənilərin Qarabağdakı
abidələrə qarşı
da sözün əsl
mənasında zorakılığının
şahidi olduq. Düşmənin xüsusilə
qədim dini məbədlərin tarixinin
saxtalaşdırması cəhdləri, məscidlərin
yararsız hala salınaraq içərisində
donuz saxlanılması
kimi çirkin əməllərindən artıq
bütün dünya xəbərdardır.
Mayın 1-də Zəngilana səfərim zamanı erməni barbarlığının bir
də göz şahidi oldum. Bəli, düz
deyirlərmiş, həqiqətən
də ermənilər
təkcə insanlara təcavüz etmirmiş, onlar torpağı da zorlayır, divarlara, daşlara, ağaclara da təcavüz edirmişlər.
Rayonun Məmmədbəyli kəndində
gördüyüm xarabalıqları
film səhnələrinin bir
hissəsi kimiydi.
Dağıdılıb viran
edilən kəndin yarımtikili qalıqları
arasında kəndin ən hündür
yerində bir abidə diqqəti daha çox çəkirdi. Yaxınlaşıb tarixi memarlıq
nümunəsinə baxma
şansımız oldu.
Qeyd edim ki, türbənin
qədim zamanlara söykənən tarixinin
olduğu bilinsə də, haqqında başqa heç bir məlumat yox idi. Bələdçilər türbənin qədim
Məmmədbəyli adı
ilə tanındığını
bildirdilər. Abidənin
aşağı arxa hissəsi 27 il
öncə kəndə
basqın zamanı atılmış top mərmisinin
düşməsi nəticəsində
dağılıb. Yuxarısındakı qübbənin bir tərəfindəki daşlar
da tökülüb. Türbənin giriş tərəfində
yuxarıda yazılı
kitabə vardı.
Türbənin içərisi
də tamamilə yararsız hala salınmışdı, divarlarda hər hansı yazılı məlumat yox idi.
Ümumi məlumat üçün
qeyd edim ki, türbə - görkəmli müsəlman
alimlərinin, vəliəhdlərin,
hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin,
vəzir və hərbi rəhbərlərin
qəbirləri üzərində
ucaldılan və xüsusi qübbələrlə
örtülmüş tikililərə
deyilir. Həmçinin, tanınmış İslam mütəffəkirlərinin üstü
açıq olan məzarlarına da onlara hörmət əlaməti
olaraq türbə deyilir. Hələ qədim dövrlərdən
türbələr camaat
tərəfindən ziyarətgaha
çevrilib və ehtiramla yad edilib.
Bakıya döndükdən sonra Məmmədbəyli türbəsi
haqqında tarix üzrə fəlsəfə
doktoru, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin sədri Fariz Xəlillidən daha geniş məlumat aldıq. Tarixçinin bildirdiyinə görə,
bu abidə Xacə Yəhya türbəsi adlanır.
Onun sözlərinə
görə, tikili
İslam memarlığına aiddir: "Araşdırmaçıların
fikrincə, Xacə Yəhya Məhəmməd
oğlu dövrünün
böyük alimlərindən
olub Elxanilər zamanı Marağa rəsədxanasında çalışırmış.
Onun atası Xacə Məhəmməd isə dövlət qulluğunda vəzifə sahibi imiş. Məmmədbəyli kəndinin adı
da görünür, Xacə
Məhəmməd adından
yaranıb. Şəkildən göründüyü kimi,
yazının başlanğıcında
və haşiyəsində
Qurani-Kərimdən yazılar
verilib.
Daşdan tikilmiş bu türbə qüllə tipli olub ikiqatlıdır. Yeraltında
olan sərdabə hissəsi planda kvadrata yaxın (2,95 x 3,30 m), üst kamerası isə səkkizbucaqlıdır. Sərdabə
1,90 metr hündürlükdə tağtavanla
örtülüb. Onun giriş
qapısı qərb tərəfdəndir. Sərdabənin divar hörgüsü və döşəməsi
yaxşı yonulub, cilalanmış daşdandır.
Türbənin giriş
portalı üstündə
nəsx xətti ilə yazılmış bir kitabə də var. Kitabənin məzmunu belədir: "Mən, bu tikintinin
sahibi (türbədə
basdırılan şəxs)
ulu Allahın yardımına möhtac olan aciz qul
Yəhya ibn Məhəmməd əl-Xacəyəm.
704-cü ilin Ramazan ayında (23.III-27.IV.1305-ci il miladi). Əli Məcdəddinin əli ilə tikilmişdir".
Türbənin tikiliş forması
haqqında da məlumat
verən Fariz Xəlilli qeyd edib ki, bu
türbədə memar
Əli Məcdəddin
oğlu qülləvarı
türbə tipinin özünəməxsus örnəklərindən
birini yaradıb: "Kənd kənarında təpə üzərində
ucalan Xacə Yəhya türbəsinin səkkizüzlü prizmatik
korpusu içəridə
sferokonik, bayırda isə piramidal günbəzlə örtülüdür.
Onun ağ
daşdan tikilmiş kütləsində tünd
rəngli daşdan işlənmiş karnizi kəskin seçilir. Həmçinin, korpusun şimal-qərb üzündə
olan düzbucaqlı qapı gözü yer səthindən xeyli hündürdədir
(1,8 metr). Qapı gözü də tünd rəngli çərçivə
içərisinə alınmış,
ağ daş
üzlüklü bastağın
yanları və üstü sadə quruluşlu stalaktit sırası ilə haşiyələnb. Üst kamera
divarının qalınlığı
90 sm-ə yaxın olub daxildən və xaricdən yaxşı yonulub cilalanmış daş lövhələrlə üzlənib.
Korpusun bayır üzləri batıq olub çiyinli düzbucaqlı
tağça şəklindədir.
Türbənin sadə həll
edilmiş üzləri
arasında bastağ olan üz nisbətən
plastik işlənməsi
ilə seçilir.
Türbənin ətrafında orta
əsr qəbiristanlığı
yerləşir. Türbədən
bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas
əd-Dinin (759 h. - 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin
davamçılarının pərakəndə şəkildə
başdaşıları mövcuddur".
Tarixçinin bildirdiyinə görə, bu
türbələr adətən
ikikameralı olur. Ona görə də qəbir birinci kamerada yox, daha altda
olur: "Ehtimal ki, bu türbədə
də qəbir eyni formada basdırılıb.
Hesab edirəm ki, abidənin yanındakı
tikililər köhnə
tikili deyil. Şəkillərdən göründüyü
qədər dağıntılardan
iki mərtəbəli
olduğu hiss edilir. Ola bilər türbə
ətrafında məscid
tikilib. Yaxud dini məqsədlə tikilmiş hansısa tikili də ola bilər.
Ona görə abidə bərpa və konservasiya olunanda qazılıb araşdırılmalı, həmçinin,
yanındakı tikililər
də daha ətrafı öyrənilməlidir.
Tək türbənin
özünü bərpa
etməklə iş bitmir. Yəni kompleks formada
həm öyrənilməli,
analiz edilməli, həm də bərpa olunmalıdır.
Azərbaycanın bir çox yerlərində belə səkkizbucaqlı türbələr
var. Bu memarlıq üslubu
ən çox Şirvan bölgəsində
yayılıb. Ümumən Şamaxıdakı Kələxana
türbələr kompleksini,
Ağsudalı Şeyx
Dursun, Şeyx Əmir Əhməd türbələrini, Bakıdakı
Seyid Yəhya Bakuvi türbəsini və s. belə türbələrə aid etmək
olar. Əsasən Şəki, Bakı, Qəbələ, Şamaxı
ərazisində qeydə
alınıb. Lakin Qarabağda - Cəbrayıl,
Ağdam, Xocalı, Zəngilanda və digər rayonlarda da gördüyünüz kimi,
türbə tipli abidələrə rast gəlmək olur. Ağdamda Qutlu Musa və ya Xaçındərbətli
türbəsi adlanan abidəni misal göstərmək olar".
İndi azad olunan
torpaqlarda görüləcək
işlər çoxdur. Lakin qədim
memarlıq nümunələrimizin
tarixinin öyrənilməsi,
həm erməni yalanlarını və vandalizmini, həm də Qarabağın tarixi Azərbaycan torpaqları olmasını
dünyaya çatdırmaq
üçün ən
yaxşı vasitədir.
Bunun üçün abidənin
bərpa və konservasiya işlərinə
həssas, tarixiliyinin qorunub saxlanılmasına isə ciddi yanaşılmalıdır. Tariximizə
sahib çıxmaq və
qorumaq öz əlimizdədir.
Yaxın zamanda xarabalıqdan gülüstana çevriləcək
bir kənd görmək ümidi ilə ayrıldıq XIV əsrə işıq salan Məmmədbəylidən.
Afaq RZA
525-ci qəzet.- 2021.- 6 may.-S.13