Mütəfəkkir şair
Dünya şöhrətli şair,
bir sıra elmlərin bilicisi Nizami Gəncəvi haqqında çoxsaylı
kitablar, elmi məqalələr yazılıb.
N.Gəncəvinin xələfi Ə.X.Dəhləvi
şairin yaradıcılığını
belə qiymətləndirir:
Nizami hər sözü demiş birinci
Qoymamış cilasız qalsın bir inci.
Təsadüfi deyil ki, Nizami Gəncəvinin əksər misraları aforizmə çevrilib:
İncitək sözlər seç
az danış,
az din,
Qoy az sözlərinlə
dünya bəzənsin.
Söz mülkünün
sultanı N.Gəncəvinin
qələmindən süzülən
dərin məzmunlu fikirlər bizə həyatın sirlərini açır. Dahi ədib dövrünün
bir sıra elmlərinə vaqif olub və biliklərini
insanlara poeziya vasitəsi ilə çatdırıb. Onun yaradıcılığında
elm ilə bilik vəhdət təşkil
edir. O, peşəkarlıq
haqqında belə deyir:
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi
kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Böyük mütəfəkkir əksər
qapıların yalnız
elmlə, yüksək
zəka ilə insanların üzünə
açıldığını bu fəlsəfi fikirlərlə çatdırır:
Qüvvət elmdədir başqa
cür heç kəs,
Heç kəsə üstünlük
eyləyə bilməz.
N.Gəncəvinin bədii irsi bitib-tükənməyən bir
xəzinədir. O, yaşadığı
dövrün tarixini, zəngin və çoxcəhətli mədəniyyətini
dərindən öyrənib,
bunları əsərlərində
yüksək sənət
nümunəsi kimi əks etdirib. Ədəbiyyatşünas alim
F.Köçərlinin dediyi
kimi: "Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir".
Nizaminin əsərlərində astronomiya,
riyaziyyat, fəlsəfə,
kosmologiya, həndəsə,
tibb, ilahiyyat, musiqi, təbiətşünaslıq
və digər elmlərlə bağlı
məqamlara rast gəlinir. O, həmçinin,
qüvvə mənbəyinin
Allah olduğunu bildirir:
Bəli,
hər bir bilici başa düşür ki,
Dolananı bir dolandıran
var
Qarı
arvadın dolandırdığı
çarx (cəhrə)
ilə
Dolanan çarxı (fələkləri)
müqayisə et
Burada N.Gəncəvi
bir hədisdən bəhrələnib. Yuxarıdakı misralarda şair
oxuculara çatdırır
ki, "Allahın varlığına necə
inanırsan?" - deyə qarıdan soruşurlar O, əlini cəhrədən çəkib
deyir ki, bu cəhrəni fırladaramsa, o, hərəkətə
gələcək, deməli,
bu dünyanı da hərəkətə
gətirən bir qüvvə var.
N.Gəncəvi haqlı olaraq bəşəriyyətin cazibə,
eşq üzərində
qurulduğunu söyləyir:
Eşqdir
mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir
dəyərin?!
Eşqsiz
olsaydı xilqətin canı
Dirilik sarmazdı
bütün cahanı.
Nizami bəzi məqamlarda həm dini, həm də elmi baxımdan qaranlıq məsələlərə
aydınlıq gətirməyə
çalışır:
Maqnit əgər aşiq olmasaydı,
O, şövqlə dəmiri
necə çəkə
bilərdi.
Sovet imperiyası
dönəmində bu
kimi fikirlər söyləmək dini fanatizm kimi qiymətləndirilirdi. Onun fəlsəfəsi
dar çərçivəyə
sığmır, ümumbəşəri
sevgini ehtiva edir. Ona görə də
İlahi sevgini əsas götürən dühanın əsərlərinin
əksər misraları
hikmət, mərifət
mənbəyinə çevrilir.
Həbibə ƏLİYEVA
AMEA Mərkəzi
Elmi Kitabxanasının
əməkdaşı
525-ci qəzet.- 2021.- 6 may.- S.13.