Azərbaycan şərqşünasının
məqaləsi Rusiya elmi mətbuatında
AMEA
akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun Ərəb ölkələri tarixi və
iqtisadiyyatı şöbəsinini müdiri, tarix üzrə
fəlsəfə doktoru Fərda Əsədovun Rusiyanın
şərqşünaslıq sahəsində aparıcı nəşri
olan və SCOPUS siyahasına daxil olan "Vostok-Oriens"
jurnalıda elmi məqaləsi dərc olunub.
Alimin
"Taqı əd-Din əl-Məqrizinin "Kitab
İğasat al-umma bi-kəşf əl-ğummə (Mömin
icmasına fəlakət səbəblərinin izahı vasitəsi
ilə yardım kitabı) əsərində dövlət və
bazar münasibətləri" məqaləsi jurnalın
2021-ci il 2-ci buraxılışında çap olunub.
Məqalədə
orta əsrlər parlaq müsəlman tarixçisi və
mütəfəkkiri İbn Xəldunun (1332-1406) şagirdi və
davamçısı Təqi əd-Din əl-Məqrizinin
(1364-1442) orta əsrlərdə Misirdə hökumətin bazar münasibətlərinə
dair siyasəti barədə nadir məlumatları
araşdırılır. Burada Misirdə hökumətin əsas
qida məhsullarının bazar qiymətlərinə təsir
mexanizmləri açıqlanır.
Məqalədə Taqi əd-Din əl-Məqrizinin həyat
yolunun və bürokratik karyerasının əsas mərhələləri
təsvir edilir, onun geniş nəzəri biliklərinin Qahirədəki
bazar işinin təşkili üçün məsul olan bir məmurun
təcrübəsinə söykənməsi isbat edilir. Təbii
amilin - Nil çayının illik daşqınlarının kənd
təsərrüfatı istehsalına təsiri qiymətləndirilir.
Bundan sonra qida bazarının vəziyyətinə mənfi təsiri
və təbii səbəbləri azaltmaq üçün
hökumət tədbirlərinin təhlili aparılır:
dövlət satınalma planının əhəmiyyəti,
ticarət rüsumlarının tətbiqi və ləğvi və
bazar qiymətlərinə təsir göstərmək üçün
digər tədbirlər təsvir edilir. Müsəlman dövlətinin
erkən tarixindən bəri hökumətin pul siyasəti
ayrıca xarakterizə olunur. İqtisadi böhranların və
sosial gərginliyin səbəblərini araşdırarkən
müəllif hökmdarın və məmurların şəxsi
keyfiyyətlərinin xüsusiyyətlərinə də diqqət
yetirir, əhalinin müxtəlif kateqoriyaları
arasındakı münasibətlərin psixologiyasını təhlil
edir. Əl-Məqrizinin dövlət aparatındakı
korrupsiyanın mahiyyəti, meydana gəlməsinin psixoloji tərəfləri,
əsas qida məhsulları bazarında böhran vəziyyətinin
yaranmasında rolu və ölkədəki siyasi vəziyyətin
sabitləşməsi barədə fikirləri indiki ictimai
araşdırmalar üçün xüsusi maraq kəsb edə
bilir.
525-ci qəzet.- 2021.- 7 may.- S.9.