Qahirədə Azərbaycan rəssamlarının
sərgisi açılıb
Misirin paytaxtındakı
Opera Evində yerləşən
Salah Tahir Qalereyasında
Azərbaycan rəssamlarının
əsərlərindən ibarət
"Xarı bülbül"
adlı sərginin açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Opera Evinin birgə təşkil etdikləri sərgidə ölkəmizin
füsnkar təbiəti,
paytaxt Bakının mənzərələri və
xalqımızın tarixi
ənənələrini əks
etdirən tablolar nümayiş etdirilib.
Açılış mərasimində Azərbaycanın
Misirdəki səfiri Tural Rzayev, Misirin
ictimai və incəsənət xadimləri,
Qazaxıstan, Özbəkistan
və Belarusun diplomatik missiyalarının
təmsilçiləri, Qahirədə
yaşayan azərbaycanlılar
və mətbuat nümayəndələri iştirak
ediblər. Rəssamlar Məmməd Mustafayev, Tural Rzayev, Emin
Ələkbərov, Əlihüseyn
Rzayev, Qeyyur Yunusov, Altay Hacıyev, Arif Əzizov, Elxan Tahirov, Nağdəli Xəlilov,
Sandi Səlim və Əfsanə Əliyevanın
müxtəlif janrlarda
çəkdikləri rəsm
əsərləri sərgiyə
gələnlərin böyük
marağına səbəb
olub.
Azərbaycan rəssamlarının əsərlərindən
ibarət sərgi mayın 8-dək davam edəcək.
525-ci qəzet.- 2021.-
7 may.- S.9.